Tarix: 01-12-2025 19:46 | Bölmə: Dünya

Bu gün Moskvadakı “Qrad Moskovski” yaşayış kompleksinin yaxınlığında “Land Cruiser 200” Prado markalı avtomobil partlayıb.
Reyting.az “The Moskov Times” qəzetinə istinadla bildirir ki, avtomobilin sahibi Rusiya raket texnologiyaları üçün istiqamətləndirmə sistemlərinin hazırlayan şirkətdir.
Zərbə dalğası bir neçə mənzilin pəncərələrini sındırıb.
Nəşrin məlumatına görə, avtomobil dərhal alovlanıb və tamamilə yanıb. Partlayış zamanı avtomobildə heç kim olmayıb.
Rusiyanın “112” Telegram kanalı bildirir ki, yanmış avtomobil 41 yaşlı fizika-riyaziyyat elmləri doktoru və Stelmax Polyus Tədqiqat İnstitutunda kvant elektronikası üzrə mütəxəssisin sərəncamında olub. “Rostec”in törəmə müəssisəsi olan bu institut, raketlər də daxil olmaqla, yüksək dəqiqlikli silahların naviqasiyası üçün lazer məsafəölçənləri, hədəf göstəriciləri və giroskoplar hazırlayır.
Yerli sakinlər rusiyalı jurnalistlərə bildiriblər ki, avtomobilin idarə edən Yevgeni Rıtnikov hazırda Cənub-Şərqi Asiyadakı bir ölkədə işgüzar səfərdədir.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək