Tarix: 26-05-2016 16:27 | Bölmə: Dünya

Bir müddətdir müzakirə edilən Suriyanın yeni konstitusiya layihəsinin Rusiya tərəfindən tamamlandığı və tərəflərə təqdim edildiyi iddia edilir.
Məlumata görə, yeni konstitusiya ilə Bəşər Əsədin səlahiyyətləri azaldılır və hakimiyyət gücü Nazirlər Kabinetinin xeyrinə yenidən qurulur.
Bu barədə Livanda fəaliyyət göstərən "Əl-Əhbər” qəzeti məlumat yayıb.
Rusiya tərəfindən hazırlanan qanun layihəsində diqqətçəkən digər məqamlar da var. Konsitutsiyanın ilk maddələrində Suriya Ərəb Respublikası adı dəyişdirilərək Suriya Respublikası ilə əvəz edilir. Bir başqa ifadə ilə hazırki konstitusiyaya hakim olduğu bildirilən "sosialist və milliyyətçi" dil dəyişir. Eləcə də Konstitusiya andındakı, "sosial ədalət və ərəb millətinin birliyi üçün çalışmaq" hissəsi də ləğv edilərək, onun yerinə "Sərbəst iqtisadiyyat" və "vətənpərvərlik" terminləri yer alır.
Yeni konsitutsiya iləbirlikdə rəsmi dil ərəb dili ilə yanaşı əyalətlərdə yaşayan etnik azlıqların dillərinin də istifadəsi qanuni olaraq qüvvəyə minir.
ABŞ və Rusiyanın birlikdə hazırladığı kostitusiya layihəsinin avqusta qədər tamamlanması planlaşdırılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək