Tarix: 18-05-2016 15:28 | Bölmə: Dünya

İran prezidenti Həsən Ruhani ABŞ-ı 10 ittiham maddəsiylə beynəlxalq məhkəməyə verəcək.
Reyting.az Strateq.az-a istinadən xəbər verir ki,ölkə parlamentinin dünən qəbul etdiyi qanun bunu zəruri hala gətirib. Yəni Həsən Ruhani istəməsə belə, bu addımı atmalıdır.
Həsən Ruhaninin üzərinə qoyulan bu məsuliyyət yükü 1953-cü ildən bu günə qədər dövrü əhatə edəcək.Prezidentdən tələb olunur ki, 63 illik bu dövr ərzində İran xalqı və dövlətinə vurduğu maddi, mənəvi ziyanı ABŞ-a ödətdirmək üçün hüquqi yola baş vursun.
10 başlıq altında toplanan ittihamların ilki 1953-cü ilin 19 avqustunda demokratik seçkiylə hakimiyyətə gələn İran baş naziri Məhəmməd Müsaddiqin devrilməsində və bu zaman yaşanan can və mal itkisində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) roluyla bağlıdır.
Ən ağır ittiham isəİran-İraq müharibəsi zamanı yaşanan dağıntılardan və can itkisindən Səddam Hüseynə yardım edən ABŞ-ın məsuliyyətli tutulmasıdır.
Qətnamə mətnində bu müharibə zamanı 223 min iranlının öldürüldüyü, 600 mindən çox vətəndaşın isə əlil qaldığı irəli sürülür və ABŞ-dan zərərçəkənlər üçün təzminat ödəməsi tələb olunur.
Qanunda, həmçinin, Xarici İşlər Nazirliyinin hər altı aydan bir parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası ilə Hüquq və Mühakimə Komissiyasına mövzuyla əlaqədar hesabat təqdim etməsinin zəruriliyi vurğulanır.
Parlamentin birdən-birə ABŞ-ın 63 il ərzində İrana vurduğu zərəri xatırlaması təsadüfi deyil, bir növ,Tehranı terrorizmə dəstək verməkdə ittiham edən Amerika məhkəmələrinə cavab xarakteri daşıyır.
Qeyd edək ki, ötən mart ayında Nyu-York Federal Məhkəməsi İranı 11 sentyabr 2001-ci il terror hadisəsinə dəstək verməkdə təqsirləndirmiş və zərərçəkənlərin ailələrinə 10,5 milyard dollar təzminat ödəməyə məhkum etmişdi. ABŞ Ali Məhkəməsi isə bu məhkəmə hökmünə istinadən, İranın ABŞ-dakı təxminən 2 milyard dollar dəyərindəki mülkiyyətini müsadirə etmək qərarı vermişdi.
İran prezidenti Həsən Ruhani isə çıxışlarının birində bu hadisəni bərk qınamış, "İran xalqına aid olan pulun Amerikanın boğazından rahatlıqla keçməsinə icazə verməyəcəklərini" bildirmiş, lazım gələrsə, məsələylə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəklərini açıqlamışdı. Dünən parlamendə qəbul olunan qanunla Həsən Ruhaninin bu arzusunun qarşısındakı maneə ortadan qaldırıldı.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək