Tarix: 21-04-2016 14:15 | Bölmə: Dünya

Dünən Səudiyyə Ərəbistanına rəsmi səfərə yollanan ABŞ prezidenti Barak Obamanın Ər-Riyadda olduqca soyuq qarşılanması «Wall Streer Journal»,«Guardian», «New York Times» kimi, dünyanın nüfuzlu nəşrlərinin də diqqətindən qaçmayıb.
Bu nəşrlərin yazdığına görə, Obamanı hava limanında kral özü yox, qubernator və bir neçə rəsmi şəxsqarşılayıb. Həmişəkindən fərqli olaraq qarşılanma mərasimi efirdə canlı yayımlanmayıb.
Kral Salman bin Əbdüləziz Fars körfəzi liderlərini hava limanında özü qarşılamış və mərasim televiziyada canlı yayımlanmışdı.
Bu dəfə kral Obamanı öz sarayında qarşılamaqla kifayətlənib. Üstəlik, görüşərkən liderlər yalnız əl sıxışıblar. Məsələn, oğul Buşun krallığa səfəri zamanı liderlər qucaqlaşaraq daha səmimi görüşmüşdülər.
CNN telekanalının fikrincə, bu cür soyuq qarşılama iki ölkə arasındakı son qalmaqalla bağlıdır.ABŞ Səudiyyənin 11 sentyabr teraktında rolunun olduğunu iddia edir. Və Səudiyyəyə qarşı yeni qanun layihəsi hazırlayır. Sənəd qəbul edilərsə, Ər-Riyad məlum terakta görə mühakimə olunacaq.
Ər-Riyad isə bir neçə gün əvvəl bəyan edib ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə 750 milyard dollarlıq aktivini satışa çıxaracaq.
Kral Salmanın bu təhdid mesajınıSəudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Zübeyrşəxsən ABŞ rəhbərliyinə də çatdırıb.
Strateq.az



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək