15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İntiqam Qasımzadənin “toxunulmazlıq” sindromu - Əli bəy Azəri yazır
Tarix: 28-01-2023 21:36 | Bölmə: Cəmiyyət

Əli bəy Azəri
Heç kimə sirr deyil ki, “Azərbaycan” jurnalının bərbad halda nəşrini davam etdirməsi Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyata olan aşağılayıcı münasibətinin göstəricisidir. Başqa cür ola da bilməz.
Sizcə, mənim ötən yazılarımda sadaladıqlarımdan AYB sədri və katiblərinin xəbəri yoxdur? Varsa, onda niyə bir tədbir görmürlər?
Hələ sovetlər dövründən bizə bəlli bir məsələdir ki, qəzet və jurnal nəşri kollektiv əməyin bəhrəsidir. Heç şübhəsiz, “Azərbaycan” jurnalının redaksiya heyətində bir neçə nəfər işləyir və dövlətin ayırdığı vəsait hesabına məvacib alırlar. Bəs onda niyə vəzifə borclarını yerinə yetirmirlər? Doğrudanmı jurnalın bərbad nəşrinə görə kollektiv məsuliyyət daşımamalıdır?
Jurnalın redaksiya heyətində neçə nəfərin işlədiyi, məvacib aldığı bizi əsla maraqlandırmır. Əgər dövlət vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət edəcək bir qürum varsa, buyursun, maraqlansın. Yoxdursa, bu anarxiya öz axarında davam edəcək.
Arada dolaşan şayiəyə görə, guya jurnalın əvvəlcədən üç aylıq planlanması olur. Belə ki, hansı yazıların, kimin əsərlərinin qarşıdakı üç ay müddətində çapa gedəcəyi ən azından redaksiya işçilərinə bildirilir. Bu məsələ şayiədən başqa bir şey deyil. Necə planlanma ola bilər? Planlaşdırılmışdısa, niyə o boyda orfoqrafiq və üslub səhvləri olan materiallar çapa gedirdi?
İkincisi, əgər planlama vardısa, niyə yanvar və fevral aylarında dörd eyni qəzəl müxtəlif adamların imzası ilə çap olunurdu?
Göründüyü kimi, planlanma peşəkar baş redaktorun beynində ola bilər və bundan redaksiya işçilərinin xəbəri olmaz.
İnanmıram ki, redaksiya işçiləri çapa gedəcək materiallara əvvəlcədən göz gəzdirməsinlər. Göz gəzdirib bu qədər qüsuru isə görməmək mümkünsüzdür.
Bundan əlavə, redaksiyada poeziya şöbəsi fəaliyyət göstərirdi. Bu şöbənin də nəsr şöbəsi kimi heç bir ixtiyarı, qərarı nəzərə alınmırdı. Dəfələrlə mənə müraciət edənlər əsərlərinin poeziya şöbəsi müdiri tərəfindən bəyənildiyini, baş redaktor tərəfindən isə rədd edildiyini bildiriblər. Hər şeyə baş redaktor qərar verəcəkdisə, onda poeziya, yaxud nəsr bölməsi yaratmağın, onlara məvacib ayırmağın nə lüzumu var?
Ədəbi tənqid bölməsi barədə danışmağa dəyməz. Jurnalın baş redaktorunun ədəbi tənqidçiləri görməyə gözü heç vaxt olmayıb. Bu barədə AYB-nin qurultayöncəsi hesabat yığıncaqlarında da kifayət qədər tutarlı arqumentlər səsləndirilib.
Yekun olaraq belə qənaətə gəlmək olur ki, baş redaktor son anda əvvəlcədən nəzərdə tutduğu üç aylıq planlamanın birinci ayını redaksiya işçilərinə açıqlayır və onlar da tələm-tələsik həmin materialları çapa göndərirlər. Nəticə etibarilə bir nəfər - yalnız baş redaktor jurnalın çap məsələsini həll edir. Elə buna görə də jurnal bərbad vəziyyətdə nəşr olunur və buna cavabdeh şəxs elə baş redaktorun özüdür. Məsələdən xəbərdar olan AYB rəhbərliyi, şəxsən Xalq yazıçısı Anar Rzayev isə baş redaktor İntiqam Qasımzadəyə irad tutmaq, nöqsanları aradan qaldırmaq üçün göstəriş vermək iqtidarında deyildir. Hər halda aşkara çıxardığımız mənzərə belə deməyə əsas verir.
Əmin ola bilərsiniz ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin məsələdən xəbəri var. Öz əlaltılarının ona çatdırıb-çatdırmadıqları barədə heç nə deyə bilmərik. Bəlkə də İntiqam Qasımzadənin qorxusundan ona bu barədə heç kim bir söz deməyib. Bunu mən “Azərbaycan” jurnalının bərbad nüsxələrini AYB katiblərinə şəxsən təqdim edəndə aşkara çıxarmışam. “Sən İntiqam Qasımzadəyə irad tuta bilərsən?” deyə üstümə cocuyanlar da olub. Sonda mən də yüzlərlə sadəlövh cızma-qaraçı kimi AYB sədri Anar Rzayevin məsələdən xəbərsiz olduğunu düşünmüşəm və vəziyyəti ictimailəşdirənə kimi açıq-aşkar onu xəbərdar etmək qərarına gəlmişəm. Bunun üçün rəsmən məktub yazaraq şəxsən sədrin özünə çatdırmışam. Sədr isə məsələyə reaksiya vermək, nöqsanları araşdırmaq, aradan qaldırılması üçün tədbir görmək əvəzinə katiblərinə mənimlə söhbət aparmaq göstərişi verib. Dərhal vəziyyətin nə yerdə olduğunu anlamışam.
İntiqam Qasımzadə AYB-də özü üçün bir toxunulmazlıq sindromu yaradıb. Belə çıxır ki, o, hamıdan bacarıqlıdır, savadlıdır və heç kim ona bir söz deyə bilməz. Hətta mənim üçüncü yazım saytlarda yayılandan sonra AYB kabinetlərində bunu pıçıltı ilə bir-birinə danışır və “Bəyəm İntiqam Qasımzadədən yazmağa icazə verilib?” deyə ağız büzürlər.
Belə bir şayiə də gəzir ki, guya bir dəfə İntiqam Qasımzadə Anarın yazılarını bəyənməyib, sədrin otağına gələrək vərəqləri onun qabağına tullayıb (şişirdərək “sifətinə çırpıb” deyənlər də var), “Al, yenidən işlə, düzəldəndə təqdim edərsən”, - deyib. Bununla da hamının gözünün odunu alıb.
İntiqam Qasımzadənin haqsızlığına tuş gələn onlarla məşhur imza bu gün fikrini bildirməyə çəkinir. Azərbaycan ədəbiyyatına biganə olanların öz yaradıcılığına müsbət yanaşması mənimçün inandırıcı görünmür. İnsan ərsəyə gətirdiyi əsərə doğma övladı kimi münasibət bəsləmirsə, onda bu yaradıcılıq hissi onda sünidir, ötərgidir. Bütün varlığı ilə yaradıcılığına bağlanan insanlar mütləq mübariz olurlar və haqları uğrunda mübarizədən heç vaxt çəkinmirlər. İctimai şəraitə uyğun müəyyən bir dövrdə qələbə qazanmamaq da mümkündür. Heç bir halda bu əsas vermir ki, haqq işin uğrunda mübarizədən çəkiləsən.
Yuxarıda qeyd olunduğu kimi İntiqam Qasımzadənin “toxunulmaz”lıq sindromu AYB sədri Anar Rzayevin və katiblərin onunla “ehtiyatlı” davranmasına bir sübutdur.
İntiqam Qasımzadə bu toxunulmazlığı kimin sayəsində qazanıb?
Ona bu toxunulmazlığı yaradan adama sədaqətlidirmi?
Araşdırmalarımız davam edəcək.
Böyük hörmət və ehtiramla:
Əli BƏY AZƏRİ
Qeyd: Yazılarımı yayımlayan saytlara obyektiv və qərəzsiz yanaşmanın dayağı kimi baxır və dərin təşəkkürümü bildirirəm. Oxuyub bəyənməyə qorxan, rəy bildirmədən yayınan ədəbiyyata və şəxsən öz yaradıcılıqlarına biganələrin hərəkətini anlaşıqlı qarşılayıram. Bir nəfər oxumasa belə bunları yazmağı özümə mənəvi borc bilirəm.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək