15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən” - Məhkəmə prosesi
Tarix: 16-02-2022 12:03 | Bölmə: Cəmiyyət

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi(MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.
İş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb. İstintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin – Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının müsadirə üçün üzərilərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir. Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub. Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.
Məhkəmə sədri jurnalistlərin məhkəməyə buraxılmamasının səbəbini bilmir?
Cinayət işi üzrə proses ötən ilin oktyabrında başlanıb. Açıq keçirilən məhkəmə prosesinə ötən müddət ərzində jurnalistlər buraxılmır. Fevralın 15-də baş tutan prosesdən əvvəl jurnalistlər bu məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət ediblər.
İş üzrə hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini faktiki olaraq qapalı keçirməsinin səbəbini Həbib Həsənov da açıqlaya bilməyib. Deyib ki, jurnalistlərin məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı hakim qərar verə bilər.
Əməkdaşlarının açıq məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı “Yeni Müsavat” qəzetinin, “Teleqraf.com”, “Qaynar.info”, “Haqqin.az” saytlarının baş redaktorları Həbib Həsənova və Elbəy Allahevrdiyevə də rəsmi müraciət ünvanlayıblar.
Həbib Həsənov müraciətə baxılacağını bildirib.
Hakim vəsatəti alır və baxmır
Prosesdə iş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov da jurnalistlərin məhkəmə prosesində iştirakının təmin edilməsi ilə bağlı vəsatət verib. Hakim Elbəy Allahverdiyev heş bir əsaslandırma aparmadan vəsatəti müzakirəyə çıxarmayıb.
Bundan sonra zərərçəkənlərdən Namil Rzayev sərbəst ifadə verib.
“Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var”
Namil Rzayev deyib ki, onun “Texnikabank”da əmanəti olub. Mövlam Şıxəliyevin rəhbərliyi altında “Texnikabank”da araşdırmalar başlandıqda Vüsal Ələkbərov onu MTN-in İstintaq İdarəsinə çağırıb:
“Mən Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsi ilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Mənim şəhərdə ofisim vardı. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi də dedi ki, sizi “Texnikabank” işi ilə bağlı cəlb etmək istəyirik, həbs edəcəyəm. 1 milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, onunla görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev gözləyir. Məni onun kabinetinə apardı. Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir. Mövlam Şıxəliyevdən soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar pul tələb edirsiz? Dedi ki, siz “Texnikabank”a pul qoymusuz, 1 faiz yazdırıb, 2-3 faiz almısız. Mən də dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim ki, mənim o qədər pulum yoxdur ki, verim. Mövlam Şıxəliyev də dedi ki, gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir. Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, 700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq, 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.
“Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub”
Zərərçəkən deyib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər: “Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da “Texnibank”a əmanət qoyduqlarına görə tam qanunsuz olaraq həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs ediləcəyəm, qohum-qardaş 1 milyonu yığıb verəcək. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım. Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. “Funikulyor”un yanında mənzilim vardı, məcbur olub həmin evi satdım. Vüsalla əlaqə saxladım. Dedim ki, pul hazırdır. Dedi ki, “28 May”da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım.
Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Mən də elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin.
Belə də eləmişdim, 300 min pulu çantaya qoydum, üstünə də göyərti yığıb aparıb ona verdim. O zaman Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”.
“Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən”
Zərərçəkən Namil Rzayev sərbəst ifadəsindən sonra dövlət ittihamçısının suallarını cavablandırdı.
Dedi ki, Mövlam Şıxəliyevlə uzun illər əvvəldən tanış olub: “Onun xeyir işində də, şər işində də iştirak etmişdim. Vüsal məni MTN-ə çağıranda dedi ki, səni həbs edəcəyəm. Vüsal Ələkbərovun otağında, iş masasının üstündə Mövlam Şıxəliyevin çərçivəyə salınmış fotosunu gördüm. Soruşdum ki, bu kimdir? Dedi ki, rəisimizdir. Ona dedim ki, get rəisinə de ki, Namil Rzayev gəlib. O da getdi dedi və məni apardı Mövlam Şıxəliyevn yanına. Mövlam Şıxəliyev də ədəb-ərkanla mənimlə görüşdü, çay içdik. Sonra da Eldar Mahmudovun siyahısını göstərdi, dedi ki, adın buradadır, 1 milyon verməlisən. Verməsən, həbsə gedəcəksən”.
“Mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm”
Dövlət ittihamçısı pulu 2 hissədə verməsinin səbəbini soruşub.
Namil Rzayev deyib ki, pulu iki hissəyə ayrıb verməsini ona Mövlam Şıxəliyev tapşırıb: “Mövlam Şıxəliyev mənə demişdi ki, 300 min manatı Vüsal Ələkbərova ver. Qalan pulu – 200 min dolları isə mənə verərsən. Amma bunu kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubumda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, “Texnikabank”a qoyduğum əmanətimin mənə qaytarılmasına köməklik göstərsin. Həmin məktubun surəti məndə var və məhkəməyə də təqdim edirəm. Lakin Mövlam Şıxəliyev məni aldatdı, “Texnikabank”dakı əmanətimi qaytarmadı. Ona görə də mən pulun 300 min dollarını Vüsala, 200 min dollarını Mövlam Şıxəliyevin özünə vermişəm”.
“Həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”
Dövlət ittihamçısının dəqiqləşdirici sualı Mövlam Şıxəliyevin Namil Rzayevdən aldığı 200 min dollarla bağlı oldu. Dövlət ittihamşçısı “Mövlam Şıxəliyev kimsə bilməsin deyəndə kimi nəzərdə tuturdu” sualına zərərçəkən “Mövlam Şıxəliyev Eldar Mahmudovdan bu məsələni gizlədilməsini istəyirdi. Belə başa düşdüm ki, həmin 200 min dolları Mövlam Şıxəliyev Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”.
“Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər”
Bundan sonra zərərçəkən Namil Rzayevdən mütəşəkkil cinayətkar quldur dəstə şəkilində, hədə-qorxu ilə pul alınması epizodu üzrə şahid Hüseyn Mustafayev sərbəst ifadə verdi. Bildirdi ki, Namil Rzayev yaxın qohumudur:
“Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Namili hədələyib ondan pul tələb edirdilər. O da məcbur olub pulu yığmaq üçün evini satdı. Həmin günlərdə mənim Namillə şərikli biznesim vardı. Namilin “Funikulyor”un yanındakı evini o zaman “Gilan Holdinq”ə satdıq”.
“200 min dolları da Namil Mövlam Şıxəliyevə əlbəəl verdi”
Bu yerdə zərərçəkən mənzilin alqı-satqı müqaviləsini də məhkəməyə təqdim etdi.
Şahid ifadəsində bildirdi ki, yığılan pulun 300 min dollarının Vüsal Ələkbərova, 200 min dollarının isə Mövlam Şıxəliyevə verilməsində iştirak edib:
“Vüsal dəri çanta aldırdı, pulu içinə yığdıq, üstünə də göyərti yığıb aparıb ona vedik. 200 min dolları da Namil Mövlam Şıxəliyevə əlbəəl verdi. Həmin vaxt Mövlam Şıxəliyev idman geyimində idi. Namil Mövlam Şıxəliyevlə ofislə onun evinin arasında, binanın qarşısında görüşdü, pulu bağlamada ona verdi”.
Şahid deyib ki, həmin pulu alarkən Mövlam Şıxəliyev Namil Rzayevə “Texnikabank”dakı əmanətinin ona qaytarılacağına söz verib: “Namil sonra dedi ki, Mövlam Şıxəliyev onu aldadıb, 200 min dolları alsa da, bank hesabındakı pulları ona qaytarmayıb. Bu söhbətdən sonra bir dəfə Namil Rzayev Mövlam Şıxəliyevlə rastlaşıb, ondan “Texnikabank”dakı əmanətinin nə vaxt geri qaytarılacağını soruşub. Mövlam Şıxəliyev konkret bir söz demədi”.
Mövlam Şıxəliyev yenə də cinayətləri Rüstəm Usubovun üzərinə yıxdı
Dövlət ittihamçısı zərərçəkənin və şahidin ifadəsi ilə bağlı Vüsal ələkbərovun mövqeyini xəbər aldı. Vüsal Ələkbərov ifadə verməkdən imtina elədi.
Eyni təkliflə dövlət ittihamçısı Mövlam Şıxəliyevə də müraciət etdi. Mövlam Şıxəliyev isə bildirdi ki, o, istintaqa nəzarət edən prosessual şəxs olmayıb:
“Mən ancaq təşkilatçı idim. Müstəntiqlər kimi istəsəydilər çağırıb dindirə bilərdilər. Namil Rzayevin çağırılmasından da məlumatsız olmuşam. Onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki? Kimin tutulması, kimin də buraxılması barədə məlumatlı olsam da, tutulub buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır”.
Zərərçəkənlərdən Zaur Əliyev Mövlam Şıxəliyevə bir neçə sual verdi.
“Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi”
Dostluq münasibətində olduğu Namil Rzayevin və onun qohumu Hüseyn Mustafayevin niyə görə onun əleyhinə ifadə vermələrinin səbəbi ilə maraqlandı. Mövlam Şıxəliyev zərərçəkən Zaur Əliyevin sualına əsəbi reaksiya verdi: “Mən sənin sualına cavab vermirəm. Ümumiyyətlə ifadə verməkdən imtina edirəm!”
Bundan sonra zərərçəkən Əfsəl Həsənəliyev ötən prosesdən yarımçıq qalan sərbəst ifadəsini davam etdirdi.
“2013-cü ildən bu yana Prezident Adminstrasiyasına, baş prokuror Zakir Qaralova dəfələrlə ərizə ilə müraciət etmişəm. Zakir Qaralovun qəbulunda olmuşam. Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi. Az qala məni həbs etdirirdi. Birbaşa mənim yanımdan göstəriş verdi ki, mənimlə bağlı şahidlərin ifadələrini təkzib etsinlər. Prokurorluqda Zakir Qaralov, Prezident Adminstarasiyasında isə Fuad Ələsgərov bunlaırn cinayətlərini ört-basdır edirdilər. Onlar...”.
Bu yerdə hakim zərərçəkəni dayandırıb dedi ki, proses fevralın 22-nə qədər təxirə salınır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək