Bir ailənin 6 üzvü zəhərlənib
Tarix: 13-12-2021 09:05 | Bölmə: Cəmiyyət
Bir ailənin 6 üzvü zəhərlənib

Qazax rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, hadisə Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, bir ailənin 6 üzvü naməlum şəraitdə zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar S. Nəsibova (1984-cü il təvəllüdlü), Ş. Ələkbərova (1988-ci il təvəllüdlü), X. Qoruçlu (2014-cü il təvəllüdlü), N. Qoruçlu (2017-ci il təvəllüdlü), L. Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C. Qoruçludur.

Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.

Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S. Mustafayeva da xəstəxanaya aparılıb və ona ambulator yardım göstərilib.

İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.

Faktla bağlı araşdırmalara başlanılıb.




Bölməyə aid digər xəbərlər