15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
BMT-nin Əhali Fondu: “Demoqrafik dəyişiklik böhran deyil”
Tarix: 29-11-2021 12:18 | Bölmə: Cəmiyyət

A. Armitaj
Avropa ciddi nəticələri olan demoqrafik keçidin ortasındadır. İnsanlar daha az uşaq sahibi olur və daha uzun və sağlam həyat yaşayırlar. Bir çoxları isə daha yaxşı imkanlar axtarışında bir yerdən digərinə hərəkətdədirlər.
Reyting.az xəbər verir ki, bu, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktoru Alanna Armitajın məqaləsində yer alıb.
A. Armitaj daha sonra yazır:
Nəticədə Avropa əhalisi sürətlə yaşlanmaqdadır. Artıq bu gün hər dörd avropalıdan birinin yaşı 60 və daha yuxarıdır. 2050-ci ilə qədər qitə əhalisinin üçdə birindən çoxu bu yaş qrupunda olacaq.
Bəzi ölkələrin əhalisi isə azalmağa başlayıb. Bu, əsasən doğuş nisbətlərinin xüsusilə aşağı olduğu, bir çox insanın başqa yerlərdə işləmək üçün ölkələrini tərk etdiyi və hökumətlərin immiqrantları cəlb edə bilmədiyi və ya istəmədiyi Mərkəzi və Şərqi Avropada baş verir.
Bu demoqrafik dəyişikliklər çox vaxt böhran kimi təsvir olunur. Ancaq bu dəyişiklikləri şərtləndirən əsas amillərə əslində başqa yöndən də baxmaq mümkündür. Ölkələrin əhalisi yaşlanır, çünki insanlar daha sağlam və daha uzun yaşayırlar. Doğuş nisbətləri daha aşağıdır - bu həm də o səbəbdəndir ki, qadınlar daha çox sözə, daha çox seçimə və imkana malikdirlər. Və bəzi yerlərdə əhali sayının azalması da insanların harada yaşamaq və işləmək istədiklərini seçməklə bağlı daha çox azadlığa malik olmasından qaynaqlanır.
Bununla belə, demoqrafik dəyişikliyin təsirləri ilə məşğul olmaq asan deyil. Getdikcə daha da azalan əmək qabiliyyətli insanların hesabına getdikcə artan yaşlı insanların güzəranı təmin edilməlidir. Bu səbəbdən, sosial sistemlər böyük təzyiq altındadır. Həmçinin daha seyrək məskunlaşmış kənd yerlərində infrastruktur və xidmətlərin saxlanması da bir qayda olaraq baha başa gəlir.
Sadalananlar ekzistensial təhlükələr deyil, həllini tələb edən çağırışlardır. Yaxşı xəbər isə odur ki, demoqrafik dəyişikliyin təsirlərinin aradan qaldırılmasında nəyin işlədiyinə və nəyin işləmədiyinə dair artan konsensus var.
Əsas diqqət, xüsusən də Şərqi Avropada, doğum əmsalının artırılmasına yönəldilib və hökumətlər insanları daha çox uşaq sahibi olmağa həvəsləndirmək üçün onlara maddi güzəşt imkanları yaratmağa çalışıblar. Əlimizdə olan dəlillər bunun çox yaxşı nəticə vermədiyini göstərir: doğum nisbətləri müvəqqəti olaraq arta bilər, lakin ümumiyyətlə qadınların həyatları boyu sahib olduğu uşaqların sayı demək olar ki dəyişmir. Hətta doğuş nisbətlərinin artdığı yerlərdə belə müsbət dəyişikliklər böyük deyil və Avropanın heç bir ölkəsi, hətta ÜDM-nin ən böyük hissəsini ailə dəstək proqramlarına yatıran ölkələr belə əhali dinamikasının nəinki yüksəlməsini, hətta stabilliyini təmin edəcək dərəcəyə belə yaxınlaşmayıb.
Lakin bu o demək deyil ki, ailələrə dəstək göstərilməsi özünü doğrultmur. Əksinə, gənclərin ailə həyatı qurmasını asanlaşdıran ağıllı tədbirlər insanların istədikləri sayda uşaq sahibi olmasına imkan yaratmaq baxımından vacibdir. Bunun üçün insanların uşaqlarla bağlı qərarlar qəbul edərkən qarşılaşdıqları bir çox maneələrin aradan qaldırılması tələb olunur: buraya iqtisadi qeyri-müəyyənliklər, yüksək mənzil qiymətləri, artan sonsuzluq, əlçatan uşaq baxımı xidmətlərinin olmaması və qadınlardan öz karyeralarını qurban verərək ailənin qayğı yükünü tək öz çiyinlərində daşıması ilə bağlı gözləntilər aiddir.
Geniş mənada isə demoqrafik dəyişikliyə cavab verilməsində instrumental olan addım məhz insanların öz həyatları və gələcəkləri ilə bağlı qərarları və imkanlarına təsir edən çoxsaylı sosial, iqtisadi, siyasi və mədəni reallıqlardan doğan çağırışları həll etməyə qadir olan, əhəmiyyətli dərəcədə sübut və dəlillərə əsaslanan və mərkəzində insan amili dayanan əhatəli siyasətlər çərçivəsinin reallaşdırılmasıdır.
Əgər bu iş düzgün aparılarsa, demoqrafik dəyişiklik ölkələri daha firavan gələcəyə apara biləcək innovasiyalar üçün imkanlar aça bilər. Mərkəzi və Şərqi Avropa regionunda yerləşən Rumıniyadakı Kluj və ya Serbiyadakı Belqrad kimi şəhərlər də məhz ölkə daxilindən və xaricdən istedadları cəlb edərək texnologiya sənayesi üçün əsas mərkəzlər kimi meydana çıxıb.
Bütün Avropada miqrantlar COVID-19 pandemiyası səbəbindən evlərinə qayıtdılar və özləri ilə öz yeni bacarıqlarını, nou-hau və əlaqələrini də gətirdilər. Rəqəmsal köçərilər daha yaşıl, daha stressiz, daha ailəcanlı həyat axtarışına çıxdıqca kənd yerləri də bundan canlanma görür. Hökumətlər yaşlı insanların verdiyi töhfələrdən faydalanmaq və onları iqtisadiyyata və cəmiyyətə daha yaxşı inteqrasiya etmək yollarını sınaqdan keçirir. Həmçinin indiyədək istifadə olunmayan resurslardan istifadə edərək əmək bazarlarını və ictimai həyatı insanlar üçün daha geniş miqyasda əlçatan edir. Bütün bunlar ölkələrə demoqrafik problemlərin öhdəsindən daha yaxşı gəlməyə kömək edir.
BMT-nin Əhali Fondu Bolqarıstan hökuməti ilə birlikdə innovativ həlləri müzakirə etmək və Demoqrafik Dayanıqlıq Onilliyinə başlamaq üçün 1-2 dekabr 2021-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yüksək səviyyəli konfransda Avropanın hər yerindən hökumətləri və rəy liderlərini bir araya gətirir.
Artıq uzun müddətdir ictimai fikirdə hökmranlıq edən narahatlıq və həyəcan ab-havasını geridə qoymağın və demoqrafik dəyişikliyə daha əhatəli, müxtəlif və nəhayət, daha güclü və firavan cəmiyyətlər qurmaq imkanı kimi baxmağın zamanıdır.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək