15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Uşaq bağçalarının maliyyələşmə normativləri müəyyənləşib -Şərtlər
Tarix: 16-01-2018 09:18 | Bölmə: Cəmiyyət

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.
Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri dövlət məktəbəqədər təhsil müəssisələrinin büdcədən maliyyələşdirilməsi üçün saxlanma xərclərinin proqnozlaşdırılması məqsədi ilə hazırlanıb.
Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan ərazisində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir. Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir və “Ştatda olan işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativlərinin hesablanması üzrə aparılır. “Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir. “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.
Təhsilverənlərin (pedaqoji işçilər) və təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin əməkhaqqı hədləri Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla, Əmək Məcəlləsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir. “Əməkhaqqına üstəlik” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə işəgötürənlərin “Sosial sığorta haqqında”, “İcbari tibbi sığorta haqqında” (bu sığorta növü tətbiq edilən ərazilərdə) və “İşsizlikdən sığorta haqqında” qanunlarına əsasən müəyyənləşdirilmiş hədlərdə sığorta ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.
Normativin hesablanması:
Nə.üst. = ƏHF * MDSSH
Burada, Nə.üst. - illik əməkhaqqına üstəlik norması (manatla), ƏHF - əməkhaqqı fondu, MDSSH – işçilərin hesab-lanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun 22 faizi miqdarında ödənilir.
“Cari təmir xərcləri” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə əmlakın cari təmiri, habelə cari təmirlə bağlı mal-materialların alınması üzrə xərclər daxildir.
Normativin hesablanması:
Nct. = Dəf. * Kamort.
Burada, Nct. - illik cari təmir norması (manatla), Dəf. - əsas fondların dəyəri, Kamort. - əsas fondların cari il ərzində aşınmasını faizlə ifadə edən amortizasiya əmsalıdır.
“Ölkədaxili ezamiyyələr” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə ölkə daxilindəki ezamiyyələr və xidməti səfərlər zamanı gediş-gəliş, gündəlik və mehmanxana xərcləri, kompensasiya ödənişləri, xidməti səfərlərə, kurslara və təhsil müəssisələrinə, sessiyalara, müşavirə və konfranslara göndərilməsi ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
Nezam.= Sezam. * Sgün * N1 gün
Burada, Nezam. - illik ölkədaxili ezamiyyələr və xidməti səfərlərin norması (manatla), Sezam. - ezamiyyələrin sayı, Sgün – bir ölkədaxili ezamiyyətdə və xidməti səfərdə olma günlərinin orta sayı, N1 gün - ölkədaxili ezamiyyələrin və xidməti səfərlərin bir günlük normasıdır.
“Elektrik enerjisi haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə sayğacın göstərişinə əsasən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. Vəsaitin proqnozlaşdırılması sayğac göstəricilərinə uyğun istifadə olunmuş elektrik enerjisi üzrə ortaillik sərfiyyatla bağlı təqdim edilmiş sifariş əsasında həyata keçirilir. “Qaz haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. İstilik sistemi quraşdırılmış qaz cihazlarının texniki göstəricilərinə uyğun təqdim edilmiş sifariş əsasında, sayğac göstəricilərinə uyğun illik qaz sərfiyyatı əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir. “Su və kanalizasiya xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrində istifadə olunan suyun və kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş su üzrə ortaillik sərfiyyata uyğun və həmin sərfiyyata görə kanalizasiya xidmətləri üzrə təqdim edilmiş sifariş əsasında vəsaitin proqnozlaşdırılması həyata keçirilir. “İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə dövlət istilik sisteminin normal fəaliyyəti üçün sərf olunan yanacağın (odun, kömür və s.) dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir. “Digər kommunal xidmətləri haqqının ödənilməsi” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə digər növ kommunal xidmətlərin dəyərinin ödənilməsi, o cümlədən tullantıların ləğvi və daşınması, camaşırların yuyulması və bu növ digər xərclər daxildir. Bu xərclər üzrə vəsaitin proqnozlaşdırılması məktəbəqədər təhsil müəssisəsinin sifarişi və müvafiq hesablamalar əsasında aparılır. “Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə digər kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər, sayğacların quraşdırılması, elektrik, rabitə, qaz, su və digər xətlərin çəkilişi, onların cari təmiri və bu işlərlə bağlı digər xərclər daxildir. Bu xərclər üzrə tələbat tərtib olunmuş qüsur aktları əsasında və təqdim edilmiş sifarişə uyğun həyata keçirilir. Kommunal və kommunikasiya xidmətlərindən istifadə müəyyən edilmiş limitlər həddində həyata keçirilir.
Dövlət məktəbəqədər təhsil müəssisələrində məskunlaşmış məcburi köçkünlər tərəfindən istehlak olunan kommunal xidmətlərin haqları müəyyən edilmiş qaydada ödənilir (məcburi köçkünlərin öz vəsaitləri hesabına və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçün bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına). “Ərzaq məhsullarının alınması” xərc normativinin hesablanması istiqaməti üzrə xərc normativinə dövlət məktəbəqədər təhsil müəssisələrinin tipindən, yaş qrupundan, uşaqların qalma müddətindən (saatla) asılı olaraq, uşaqlar üçün ərzaq məhsullarının alınmasına sərf edilən xərclər daxildir.
Normativin hesablanması:
Nərz. = Nərz.1 * Qəm. * Sgün.
Burada, Nərz.- dövlət məktəbəqədər təhsil müəssisələrin-də uşaqların illik ərzaq norması (manatla), Nərz.1 - dövlət məktəbəqədər təhsil müəssisəsi üçün “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli 103 nömrəli qərarı ilə müəyyən edilmiş ərzaq norması, Qəm. - cari il üçün müəyyənləşdirilən ərzaq məhsullarının satın-alma qiymətlərinin yuxarı həddi, Sgün. – uşaq günlərinin sayıdır (mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ildə 210 gündən artıq olmamaq şərtilə). Dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün ərzaq məhsullarının orta hesabla adambaşına düşən istehlak həcmi Metodikanın “1. Ərzaq məhsulları” bölməsinə, satınalma qiymətləri isə Dövlət Statistika Komitəsinin “Qiymətlər və qiymət indeksləri bülleteni”ndə göstərilən qiymətlərə uyğun hesablanır.(APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək