15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Prokurorluq “Caspian Service”nin şikayətini araşdırmaq istəmir
Tarix: 10-11-2021 08:51 | Bölmə: Cəmiyyət

Yasamal Rayon Prokurorluğu
“Caspian Service” MMC-nin rəhbəri Rəhim Sultanovun şikayəti əsasında bir qrup şəxs tərəfindən ona qarşı dələduzluq cinayətinin törədilməsi faktına dair hələ 2015-ci ildə Yasamal Rayon Polis İdarəsində cinayət işi qaldırılıb. Lakin keçən 6 il ərzində cinayət təqibi hərtərəfli, tam və obyektiv aparılmadığından dəfələrlə dayandırılaraq yenilənib, istintaq hərəkətləri icra edilməyib. İddialara görə, vəziyyətin bu həddə çatmasına səbəb müxtəlif şəxslərin istintaqa təzyiqinin nəticəsidir. Rəhim Sultanov tərəfindən məhkəmə nəzarəti qaydasında verilən şikayətdən sonra 02 fevral 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsi 11 fevral 2020-ci il tarixli qərarı ləğv edib və cinayət təqibi davam etdirilib.
Hələ bir müddət əvvəl “Caspian Service” MMC-dən bildirilirdi ki, cinayət təqibinin təzələnməsinin ilk günlərində istintaq hərəkətləri - şahidlərin dindirilməsi və üzləşmələr keçirilib və bu zaman cinayət faktının törədilməsində təqsirkar bilinən şəxslərin yalan ifadələri arasında ziddiyyətlər yaranıb və üzləşmələr zamanı Rəhim Sultanov qarşı tərəfi ifşa edib. Gözləmək olardı ki, dələduzluqda ittiham olunanlar haqqında qanuni qərarlar qəbul olunacaq, təəssüf ki, yenə də istintaqa təzyiqlər başlayıb və faktiki olaraq heç bir istintaq tədbirləri aparılmayıb. Belə ki, Rəhim Sultanova aid şirkətə məxsus hazırki bazar dəyəri 500.000 ABŞ dolları olan evi heç bir məbləğ ödəməyərək əldə edən Emin Hüseynovun ziddiyyətli ifadələri aradan qaldırılmayıb, bir müddət əvvəl həmin evi başqa şəxsə satmaqla aradan çıxartmaq istəyi belə araşdırılmayıb, şahidlər dindirilməyib, onun əvvəlki həyat yoldaşının istintaqa çağırılmasına imkan verilməyib. Və bütün bunlar heç bir hüquqa, qanuna əsaslanmadan edilib.
Məlumata görə, qanunsuzluq yuxarıda sadalananlarla da bitmir. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsindən rəsmi sorğu ilə götürülməli olan sənədlər - order, qeydiyyat kitabı, ərizələr iş materiallarına əlavə edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsi müstəntiqin rəsmi sorğusuna cavab vermədiyi üçün müstəntiq də həmin sorğuya cavabı qanunun tələb etdiyi formada əldə etmək istəməyib. Bir sözlə, axırıncı istintaq hərəkəti olan üzləşmədən sonra istintaq orqanına aydın olanda ki, Rəhim Sultanovun şikayəti əsaslıdır, ona görə də, hətta bəhanə belə gətirmədən nümayişkəranə şəkildə istintaq hərəkətləri dayandırılıb.
Daha sonra - 18.10.2021-ci il tarixdə məlum olub ki, yenə də Yasamal rayon prokuroru Elman Süleymanovun və müavini Rəşadət Orucovun əsasız göstərişləri ilə 14.10.2021-ci il tarixdə cinayət işinə arxa tarixlə, yəni 25 sentyabr 2021-ci il tarixlə xitam verilib. Cinayət işinin arxa tarixlə xitam edilməsi sadə iddia deyil, kifayət qədər əsasları olan faktlara dayanır. Belə ki, həmin fakt üzrə Rəhim Sultanova qarşı dələduzluq cinayəti törətməkdə ittiham olunan şəxs, iş üzrə şahid Elmaz Hüseynovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsində, məhkəmə nəzarəti qaydasında iş olub. Həmin iş əvvəlcə 23.09.2021-ə təyin edilsə də, sonra 30.09.2021-ə keçirilib. Daha sonra Elmaz Hüseynovun xahişi ilə (?) təxirə salınıb və növbəti baxışın tarixi naməlum qalıb. Baxmayaraq ki, işə növbəti baxış əvvəlcədən elan olunmalı idi. Bir müddət keçəndən sonra iş 08.10.2021-ə təyin edilib və Elmaz Hüseynovun müstəntiq barədə şikayəti təmin edilməyib. Həmin şikayətdə Elmaz Hüseynov bildirirdi ki, müstəntiq onu telefonla istintaqa çağırır, hüququnu pozur. Necə olur ki, 25.09.2021-ci ildə xitam edilən cinayət işi üzrə 30.09.2021-ə məhkəmə nəzarəti qaydasında şikayətə baxılır? Məgər həmin məhkəməyə müstəntiq və Elmaz Hüseynov çağırılmayıb? Onlardan heç biri deməyib ki, bəs cinayət işinə 25.09.2012-də xitam verilib? Göründüyü kimi, cinayət işinin xitam tarixi barədə də saxtakarlığa və qanunsuzluğa yol verilməsi barədə xeyli suallar yaranıb.
Diqqətinizə çatdırırıq ki, cinayət işinin istintaq tərəfindən xitam edilməsi və məhkəmə qaydasında həmin xitam qərarının qanunsuz və əsassız olmasına görə ləğv edilməsi iki dəfə baş verib. Birinci dəfə Səbail Rayon Məhkəməsinin qərarı ilə ləğv edilib. Həmin qərardan prokurorluq heç etiraz da verməyib. İkinci dəfə isə, iş üzrə şahid olan Elmaz Hüseynovun həmin qərardan apellyasiya qaydasında verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Seyfəliyev tərəfindən rədd edilib və qanunu qərar qəbul edilərək cinayət təqibinin davam etdirilməli olması bildirilib. İndi də 25.09.2021-ci il tarixli xitam qərarından məhkəməyə şikayət verilib.
Məhkəmədən əvvəl Yasamal rayon prokuroru Elman Süleymanova rəsmi müraciət edilib ki, polis idarəsinin müstəntiqi tərəfindən qəbul edilən xitam qərarı qanunsuzdur. Belə ki, fakt üzrə başlanan cinayət işinə, kiminsə əməlində cinayət tərkibi olmamasına görə xitam verilə bilməz. Bundan əlavə, iş üzrə ziddiyyətli ifadələr barəsində qərar qəbul edilmədən iş yekunlaşa bilməz. Həmçinin iş üzrə adı keçən bütün şəxslərin tam siyahısı dəqiqləşdirilmədən və onların da ifadələri alınmadan iş tamamlana bilməz. Lakin Yasamal rayon prokurorunun müavini Rəşadət Orucov müraciətə cavab olaraq bildirib ki, cinayət işi qəbul edilən xitam qərarının qanuni və əsaslı olmasının yoxlanılmasından ötrü 14.10.2021-ci ildə Bakı Şəhər Prokurorluğuna göndərilib. Bu zaman yenə də istintaq orqanının başqa bir qanunsuz hərəkəti ortaya çıxır. 25.09.2021-ci ildə xitam edilən qərar 18.10.2021-ci ildə Rəhim Sultanova göndərilib, amma 14.10.2021-ci ildə Bakı Şəhər Prokurorluğuna. Bəs, Rəhim Sultanovun həmin xitam qərarından şikayət etmək hüququnun olması, həmin cinayət işi ilə tanış olmaq istəməsi halları niyə nəzərə alınmayıb? Bütün bunlar göstərir ki, Yasamal Rayon Prokurorluğu qanunu əsas tutmur, hansısa qeyri-qanuni işləri icra edir.
Cinayət işinin Bakı Şəhər Prokurorluğuna göndərilməsi hansı məqsəd daşıya bilərdi? Cinayət işini şikayətçidən gizli saxlamaq, şikayətçinin işlə tanış olmasına, iş materiallarında olan daha çox ziddiyyətlərlə məlumatlanmasına əngəl yaratmaq və cinayət işi barədə qanunsuz qəbul edilən qərarı qüvvədə saxlamaq. Əvvəllər də dəfələrlə belə hal olub. Aylarla həmin cinayət işi Bakı Şəhər Prokurorluğunda saxlanılaraq, cinayət təqibinin aparılmasından yayındırılıb və qanunsuz qərarlar qəbul edilib.
Sonda onu da bildiririk ki, Yasamal Rayon Prokurorluğunun, bir qrup cinayət törətməkdə şikayət olunan şəxsi himayə etməsi ona gətirib çıxarıb ki, həmin şəxslərin təşkilatçılığı ilə saytlardan birində yalan və böhtan dolu məqalə yayımlanıb. Bu yerdə el məsəli yada düşür ki, “oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. Bir başqa el məsəli də var: “oğurluğun... gizli qalmasının müddəti 40 gündür”. Gec-tez həqiqət üzə çıxacaq və ədalət bərpa ediləcək. “Caspian Service” həmin məqaləyə dair təkzib məktubunu redaksiyaya ünvanlayıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək