15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dünya üzrə intiharların sayı artır
Tarix: 10-09-2017 13:57 | Bölmə: Cəmiyyət

Professor Fuad İsmayılov deyir ki, bəzən insan cəzalandırma məqsədilə də intihara əl atır, üsyan etmək üçün özünə qəsd planlaşdırır
Hər il dünyada 800 min insan intihar nəticəsində dünyasını dəyişir. Yəqin elə bu səbəbdəndir ki, 10 Sentyabr - Dünya İntiharların Qarşısının Alınması Günü kimi qeyd olunur.
Bəzi mütəxəssislər intihar hadisələrinin tək Azərbaycanda deyil, dünya üzrə artdığını bildirirlər.
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, ATU-nun Psixiatriya kafedrasının professoru Fuad İsmayılov intiharların əsas səbəbləri, özünəqəsdə meylli olan insanlara yardım etməyin yollarından danışıb.
Professor F.İsmayılovun sözlərinə görə, intiharların 4 əsas səbəbi var.
Reyting.az saytı professorun müsahibəsini təqdim edir:
- Bəzən, insanlar müəyyən böhran keçirir, reallıq onlara həddən artıq qəddar görünür. Reallıq onlara o qədər ağır görünür ki, problemin hansısa həlli yolunu görə bilmirlər. Belə olanda da, həyatlarına qəsd edirlər. Məsələn, bu günlərdə 80 yaşlı kişinin özünü öldürməsi haqqında xəbər yayıldı. O, xəstə idi, tək yaşayırdı, qulluq edəni yox idi, ağrıları çox olurdu. Bu reallığa dözə bilmədiyinə görə, intihar edib.
İkinci səbəb insanın özünə qarşı aqressiv olmasıdır. Buna misal kimi xəstələrimdən birini göstərə bilərəm. Bu gənc mərc oyunlarında xeyli pul uduzub. Atası evini və maşınını satıb oğlunun uduzduğu pulu ödəməli olub. Amma bu gənc yenə borca pul tapıb, oynayıb və uduzub. Bundan sonra gənc özünə nifrət etməyə başlayıb və intihara cəhd edib. İndi bu oğlan atası və qardaşı ilə bura müalicəyə gəlir.
- Bəs intihar üçün digər hansı səbəblər var?
- Bəzən insan cəzalandırma məqsədilə də intihara əl atır. Məsələn, kimsə iş yerində ədalətsizliklə üzləşir. Üsyan etmək üçünsə özünə qəsd planlaşdırır. Belə hallar az olsa da, rast gəlinir.
Özünəqəsdin dördüncü səbəbi köməyə çağırışdır. Bu hala dair növbəti nümunə çəkim. 19 yaşlı bir xəstəmiz var. Bu qızı 16 yaşında ikən ailəsi ərə verib, həyat yoldaşı işləmir, əhlikef həyat tərzi sürür, hələ bir qızı da tez-tez döyür. Qız da dərman içərək intihara əl atıb.
Qız deyir ki, mən ancaq bu addımla köməyə ehtiyacım olduğunu göstərmək istəyirdim. Amma bundan sonra qızın atası yenə də onun boşanmasına razı deyil.
– Bəzən çox sakit, xüsusi bir problemi olmayan, xoşbəxt görünən adamlar da intihar edirlər. Belə hallarda səbəb nə ilə əlaqədar ola bilər?
- İntihardan heç kim sığortalanmayıb. Hər bir insanın həyatında maddi, yaxud mənəvi böhran yaşana bilər. Yaranmış çətin durumdan çıxmaq üçün insanın resursları çatmayanda, o, kritik halda intihara əl ata bilər. Bəzən özünü tənha hiss edən insanlar özünüqəsdə əl atır. Onlar özlərini digərlərinə yük kimi hiss edirlər.
- Bəs ətrafdakı insanlar bu cür kritik durumda olan tanışlarına necə kömək edə bilərlər? İntihara meylli insanlar bunu necə büruzə verir?
- Çoxları elə düşünür ki, kimsə özünü öldürəcəyini deyirsə, demək bunu etməyəcək. Fikirləşirlər ki, boş-boş danışır, heç vaxt eləməz. Əslində, belə adamlar bu sözü işlədirlər, fikirlərini bildirirlər, bezdiklərini deyirlər, “yaşamaq istəmirəm”, “yatım, heç durmayım”,- kimi ifadələr işlədirlər. Belə insanlara qarşı ətrafındakılar diqqətli olmalıdır.
Digər miflərdən biri də budur ki, əgər insan özünü öldürmək qərarı veribsə, o, bunu mütləq edəcək və öz qərarıdır. Belə deyil. İnsan çətin duruma düşəndə, bu addımı atmaq haqqında düşünür. Amma onlar bir tərəfdən normal həyat sürmək istəyirlər, digər tərəfdən də özünü öldürmək. Belə ikitərəfli fikirlərlə üzləşən insanlar mütəxəssisə müraciət etsələr, yaxşı olardı.
Bəzən deyirlər ki, filankəs özünü öldürməkdən çox danışır, onun yanında bu mövzunu açıb-ağartmayın. Bu, çox yanlış yanaşmadır. Əksinə, bu barədə onunla danışsanız, ona məsləhət versəniz, bu adama ürəyini boşaltmağa imkan versəniz, ona kömək etmiş olarsız.
- Təəssüf ki, bəzən yeniyetmələr və uşaqlar arasında da intiharlar haqqında eşidirik. Bu cür halların səbəbi nə olur və valideynlər bu cür halları önləmək üçün nələrə diqqət yetirməlidir?
- Dünya üzrə statistikaya baxdıqda, intihar edənlər arasında yeniyetmə və uşaqların sayı az olur. Dünyadakı tendensiya Azərbaycanda da mövcuddur. Lakin təbii, belə hallar da olur. Yeniyetmə və gənclik dövründə də insan çox sınaqlardan keçir – məktəb bitirir, universitetə daxil olur, işə girir, evlənir. Bunların hamısı stress yaradan faktorlardır.
- Professor, deyirlər ki, intiharların əksəriyyəti depressiya nəticəsində yaranır. Bəs depressiya niyə belə geniş yayılıb?
- Əksər hallara depressiyanın səbəbi stresslə əlaqəli olur. Stress olmadan həyat mümkün deyil. Amma stressin miqyası böyük olanda, həyat keyfiyyəti aşağı düşür.
Stressin növləri müxtəlif olur. Yaxını həlak olan, yaxud qəzaya düşən şəxs stress keçirir. Amma bizdə əksəriyyət qorxu hissi ilə stressi səhv salır. Deyirlər ki, filankəsin işi bağlandı, borca düşdü, çox qorxu. Bu, qorxu deyil, stressdir. Ona görə çalışıb belə stressli situasiyaları sakit şəkildə həll etmək, öhdəsindən gəlmədikdə isə yardım üçün mütəxəssislərə müraciət etmək lazımdır.
Mən hər kəsə məsləhət görərdim ki, ətrafındakı insanlara, ailə üzvlərinə qarşı diqqətli olsunlar. Yaxınlarının davranışında qəribə hallar müşahidə edəndə onları mütəxəssisə yönləndirsinlər.
Onu da qeyd edim ki, Psixi Sağlamlıq Mərkəzinin nəzdində “İnam telefonu” adlandırdığımız Qaynar xətt nömrəsi fəaliyyət göstərir. Bəzən insanların böhran anında başqa çarəsi olmur və problemi bölüşəcək birilərini axtarır. Mərkəz daxilində yaradılmış “İnam telefonu” məhz bu zaman köməyə çatır və insana bir qədər sakitləşmək və hadisələrə daha sakit tərzdə başqa bir prizmada baxmağa kömək edir. Hər gün çoxlu sayda müxtəlif problemlər səbəbindən bizə zənglər daxil olur və mütəxəssislərimiz həmin insanlara psixoloji yardım göstərir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək