15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Rasim Quliyevin işində ittiham olunan şirkətin rəhbəri: “İşgüzar nüfuzumla oynanılır”
Tarix: 07-04-2021 15:15 | Bölmə: Cəmiyyət

Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamasında sözügedən şəxsin Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verdiyi qeyd olunub.
Reyting.az-ın Qafqazinfo-ya istinadla verdiyi məlumata görə, adı çəkilən şirkətin - “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimova ittihamları cavablandırıb.
- Baş Prokurorluğun rəsmi açıqlamasında sizin şirkətin adı çəkilib. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz?
- Bununla bağlı deyə bilərəm ki, mənim bütün sənədlərim qanuni və düzgündür. Bir az ətraflı qeyd edim ki, Nəsimi rayonu, M. İbrahimov, D. Əliyeva, Ə. Topçubaşov və M. Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb, yerlərində çoxmərtəbəli, müasir standartlara uyğun yaşayış binasının tikilməsi üçün mən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Onlar altı aydan sonra mənə bu yöndə fəaliyyət göstərməyim üçün sərəncam verdilər. Bundan sonra bütün sənədlərimi toplayıb, inşaat pasportu aldım. Eskiz və işçi lahiyələrim təsdiqləndi. Şəhərsalmadan keçdikdən sonra, 2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən “Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur.
Eyni zamanda qeyd etməliyəm ki, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirib ki, bütün söküntü işlərini meriya aparıb. Ərazidə yeni yol və park qurulduğu üçün Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini nə bizə, nə də digər şirkətlərə həvalə etdi və bütün prossesi sona qədər özü apardı. Yəni, bütün sənədlər də qaydasında olub, fəaliyyətimizi də buna uyğun qurmuşuq.
- Bəs sənədləriniz qaydasındadırsa, fəaliyyətinizə necə əngəl olunur?
- Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı Şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, Aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə və mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var.
Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi. Sənəddə yazılıb ki, Rauf Pənahovun vəfatı ilə əlaqədar başçının müavini səlahiyyətlərini Rasim Quliyevə həvalə edir və sərəncamın icrasına nəzarəti özündə saxlayır.
- Söküntü işini kim aparıb?
- Bir daha təkrar edirəm ki, söküntü işini Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirib. Park və yola zərər dəyməməsi üçün meriya bu məsuliyyəti öz üzərinə götürdü.
DŞAK-da da Namiq Hümbətov var, birinci müavindir. Biz bir-birimizi on ildir ki, tanıyırıq və onun o prosesdən, hansı sənədlərin olub-olmamasından çox gözəl xəbəri var. O çox gözəl bilir ki, ora necə sökülürdü. Mənim sənədlərimin düzgün olduğunu da bilir. Tikinti işlərinin dayanmasından sonra yenə ona müraciət etdim. Məni get-gələ saldı və 2020-ci ilin sentyabrında ümumi razılığa gəlmək üçün mərtəbə sayının azaldılmasını təklif etdi və biz razılaşdıq. Yanvar ayında isə mənə həyat yoldaşım vasitəsi ilə xəbər göndərdi ki, biz tərəfdən alınmır, dərdini “yuxarı” ilə çözsün. Bizim işimizi dayandıran bu komitədir və “yuxarı” deyiləndə kimin nəzərdə tutulduğunu mən bilmirəm. Dəfələrlə Anar Quliyevin də qəbuluna düşmək istəsəm, heç bir cəhdim alınmayıb. Mən Namiq Hümbətova öz vəziyyətimin çətinliyi, həmin ərazinin sakinlərinin bu səbəbdən yaşadığı problemləri bildirdikdə, açıq şəkildə dedi ki, “get, hamıya de ki, Namiq Hümbətov tikintiyə icazə vermir”. Axı mən illərdi kirayədə yaşayan insanlara bunu necə deyim?
- Yəni, siz bu məsələdə zərərçəkən olduğunuzu iddia edirsiz?
- Mən, 14 oktyabr 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində oldum və onların razılığı ilə yenidən işə başladım. İki mərtəbəsi zirzəmi olmaqla, səkkiz mərtəbənin sütunlarını qaldırdıq. 2019-cu ilin martında tikintini dayandırdılar. O zamandan da tikintiyə icazə verilmir. Zərər də mənə dəyir. Çünki insanları ərazidən köçürmüşəm, banklardan kreditlər götürmüşəm, 4 ildir kirayə pulu verdiyim adamlar var. Mən o insanlar üçün üzülürəm, xəcalət çəkirəm, ancaq əlimdən heç nə gəlmir. Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır. Bu barədə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya müraciət etmişik.

Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək