Tarix: 24-05-2017 13:43 | Bölmə: Cəmiyyət

Təhsil Nazirliyi mediada və sosial şəbəkələrdə tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.
Reyting.az saytının məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün "facebook” səhifəsində yazıb ki, iki il əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılmasına dair qərar qəbul edib.
O, əsas məqsədin inkişaf etmiş ölkələrdən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi, indi 34 tədris həftəsi) tədris ili müddətində müəyyən ahəng yaratmaq olduğunu qeyd edib: "Çünki çox oxuyan çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi, hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq, daha 2 həftə çox öyrənmək istəyirik".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək