Tarix: 17-03-2017 11:47 | Bölmə: Cəmiyyət

"Ali təhsil müəssisələrinə 22 mindən çox abituriyent ərizə verib ki, onlardan 403 nəfəri artıq öz ərizəsini təsdiqləyib”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Məleykə Abbaszadə bildirib ki, magistraturaya sənəd verən 10 650 nəfər, rezidenturaya isə 949 nəfər öz ərizəsini təsdiqləyib: "Statistik göstəriciləri analiz etdikdə belə qənaətə gəldik ki, hələ də ərizə verib təsdiqləməyən insanlar kifayət qədərdir. Məndə olan ilkin məlumata görə, magistraturaya 2 111, rezidentura üzrə isə 900 nəfər şəxs öz ərizəsini təsdiqləməyib. Ona görə də qərara gəlinib ki, hər iki təhsil səviyyəsi üzrə sənəd qəbulunun vaxtı martın 28-i gecə saat 00.00-a qədər uzadılsın”.
M.Abbaszadə əlavə edib ki, Novruz bayramı günlərində də sənəd vermək və təsdiq etmək mümkündür: "Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd qəbulu komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra SQK-ları 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Amma elektron qaydada sənəd qəbulu mümkündür”.
DİM sədri qeyd edib ki, Təhsil Nazirliyi ilə müsabiqə şərtlərini dəqiqləşdirdikdən sonra "Abituriyent” jurnalı işıq üzü görəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək