15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Süleyman Rüstəm “Təbrizli inqilabçı” jurnalisti necə xatırlayır? - Xatirələrdən seçmələr
Tarix: 26-09-2020 11:50 | Bölmə: Cəmiyyət

İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında xalq şairi Süleyman Rüstəm də olub. Şairin İran xatirələrində maraqlı məqamlar var.
Reyting.az S. Rüstəmin “Seçilmiş əsərləri”ndən seçmələri təqdim edir:
“Oktyabr inqilabının ildönümü günü 7 noyabrdı. İran torpağında olan sovet adamları bu günü böyük iftixar hissiylə, faşizm üzərində qəti qələbəyə inamla qarşılayırdı.
Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən uğultular, gurultular qopdu. Balkona çıxdım. Atları addım-addım, ağır-ağır gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam "urra" deyə bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyərçinsayağı uçurdu.
Bu nə işdir, nə olmuşdu? Mənə elə gəldi ki, təbrizlilər 7 noyabr gününü qarşılayır.
Faytonun içindəki adam mənə çox tanış gəldi. Bəli, bu "Şahin" qəzetinin sahibi Ağazadə idi. Bu şəxs yel hayana əsdi, o yana əsən adamdı. O həmişə deyirdi: "Baba, bu yaşda mənim dağa-daşa düşüb inqilabçılıq eləməyə iqtidarım yoxdur. Nə bilim... Siz burda qalacaqsınız, yoxsa gedəcəksiniz. Əgər qəti burada qalacaqsınızsa mən kəfən taxıb sizdən də betər inqilabçılığa hazıram. Yox, gedəcəksinizsə, mənlə işiniz olmasın...”
Bu qorxaq, liberal bir adamdı, biz bir növ ilə onunla dil tapıb qəzetində ziyanlı materialların çıxmamasına çalışırdıq. İndi budur, Ağazadənin dalınca baş küçədən insan seli axır. Mən dərhal mehmanxanada yaşayan yuxarı rütbəli yoldaşları bu işdən xəbərdar etmək istədim. Təəssüf ki, onlardan heç birini tapa bilmədim.
Yoldaşların hamısı şəhərdən bir az kənarda hərbi hissədə 7 noyabr təntənəsini keçirməyə getmişdilər. Mehmanxanada bir yoldaş tapdım (bu adam hazırda Azərbaycan Dövlət Universitetindədir). Maşına minib Gülüstan bağına gəldik. Vərəqələrdən birini alıb oxuduq. Farsca yaxşı bilmədiyimizə baxmayaraq vərəqədəki mətləbi başa düşdük. Vərəqədə deyilirdi ki, "Şirindilli şirazlılar sizə peyam göndərir. Onların səsinə səs verməliyik və ilaxır..."
Bu vərəqəni Ağazadə özü tərtib etmişdi. Gülüstan bağının qabağında faytonun sürücüsü oturan yerinə qalxıb əsasını hərlədərək Ağazadə nitq söyləyirdi. Əlbəttə, bu nitqin Oktyabr inqilabının ildönümünə heç dəxli yoxdu. Nitq Təbrizdəki hökumətin başçılarının ünvanına söyüşdən ibarətdi. Əhali isə "urra" deyib Gülüstan bağına axışdı. Ağazadə əsasını şahın heykəlinə doğru uzadıb "Məhv olsun Pəhləvi xanədanı" deyirdi.
Bu sözlərdən sonra kimi Rza şah Pəhləvinin heykəlinə tüpürür, kimi heykəli daşa basır, uşaqlar isə heykəlin başına dırmanırdılar.
Bu dəmdə Gülüstan bağında yaşayan həkimlərdən bir neçəsi bizim köməyimizə gəldi. Əhalini sakit etdik. Ağazadəni və bir dostunu maşına mindirib “Firdovsi” mehmanxansındakı nömrəmizə gətirdik. Otağa çay gətirdilər. Ortaya nərd gəldi.
Ağazadə ağzıköpüklü ona mane olduğumuzdan narazılığını bildirirdi. "Baba, niyə qoymursunuz ki, inqilabçı öz inqilabçilığını eləsin", - deyə bizi töhmətləndirirdi.
Biz çox yaxşı bilirdik ki, Ağazadə “Tudə”də yoxdur. Qəti bir məslək sahibi də deyil. Onun bu hərəkətlərinin xalqa, vətənə bir xeyri yox idi.
“Haradan bildiniz ki, vərəqədə mən nə yazmışam?!"
Onu başa saldıq ki, farsca bilməsək də, ayrılıqda bir çox sözün mənasını başa düşürük. Ağazadə yaman həyəcan keçirirdi.
- Baba, olmaya məni həbs etmisiniz?
- Xeyr, ağayi Ağazadə, bizim İran vətəndaşları ilə işimiz yoxdur. Onları həbs etməyə səlahiyyətimiz də yoxdur. Siz bizim qonağımızsınız. Buyurun, çay için, meyvə yeyin... Nərd oynayın. Bir qədər də söhbət edək.
- Xub, elə olsun.
O yenə də bizə şübhəli nəzərlərlə baxırdı. Hadisədən iki saat sonra Təbriz ağsaqqallarından bir neçəsi yanımıza gəldi. Əli Birəng də onların arasındaydı. Ağazadəni nərd oynayan gördükdə, sevindilər. Onlara xəbər çatıbmış ki, şurəvilər Ağazadəni həbs ediblər.
Onlar da söhbətə girişdilər. Şəhərdə artıq sakitlikdi. Lakin mehmanxana ətrafında bəzi nigaran adam görünürdü.
Ağazadəni və onun ardınca gələnləri opera teatrmızın tamaşasına apardıq. Bütün salonun gözü bizim oturduğumuz lojada idi. Şəhərə yayılan şayiə bununla yuyulub getdi. Qonaqları maşınlarda evlərinə yola saldıq. Bu hadisə haqqında isə mənimlə olan yoldaşla birlikdə yazılı surətdə izahat yazdıq. Ağazadənin "inqilabı" bu yolla yatırıldı.
Ağazadənin səsini sonra bir dəfə radio vasitəsilə eşitdim. Tehran qoşunları Cənubi Azərbaycandakı azadlıq hərakatını boğmaq üçün Təbrizə gələndə, Ağazadə yenə fəaliyyətə keçmişdi.
Təbriz radiosu vasitəsilə cır səslə bağıraraq şah qoşunlarını təbrik edirdi. Cənubi azəri qardaşlarımız cəlladlar tərəfindən qətlə yetirilərkən Ağazadə radio vasitəsilə "Zindabad şah İran'" - deyə bar-bar bağırırdı.
Doğrudan da, bu "dostum"un ürəyi dilindəydi”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək