15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Xalq şairi: “Valinin xanımı məni xəlvət məclisə çağırdı”
Tarix: 23-09-2020 18:26 | Bölmə: Cəmiyyət

İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında xalq şairi Süleyman Rüstəm də olub. Şairin İran xatirələrində maraqlı məqamlar var.
Reyting.az Süleyman Rüstəmin “Seçilmiş əsərləri”ndən seçmələri təqdim edir:
“Mən şəhəri dolaşdım. "Hövdək" adlı qəzet redaksiyasında Ayı Cövdətlə tanış oldum. Ziyalılarla görüşdük. 7 Noyabr nümayişi haqqında söhbət etdik. Onlar məni başa düşdülər. Nəhayət, çayxanaları gəzdim. Burada Bakıdan gələnləri gördüm, səmimi söhbətimiz oldu.
Bir çayxanada qəribə hadisə baş verdi. Yeri torpaq, mizi köhnə taxtadan ibarət, tüstüdən göz-gözü görmək mümkün olmayan bu çayxanada oturub çay istədim. Ərdəbillilər məni əhatə edib ölkəmiz və müharibə haqqında suallar verirdilər. Əlində stəkanlar dolu padnosla bizə tərəf çay gətirən adam mənə tanış gəldi. O mənə yaxınlaşanda "Süleyman!" deyib padnosu əlindən yerə buraxdı. Çayxanadakılar donub qaldılar. Mən də "Baba!" deyib ayağa qalxdım.
Qucaqlaşıb öpüşdük. Baba ağlayırdı. Göz yaşını əlinin dalı ilə silib yanımda oturdu. Babanın paltarı köhnə, ayaqları yalın idi. Bəli, atamın cənnət kimi qələmə verdiyi burda, Baba çayçı şagirdi olmuşdu.
Baba deyirdi ki, sovet qoşunları İrana daxil olanda göydə sizin ilk təyyarəni mən gördüm. Ona əl elədim.
Baba ilə şərtləşib evlərinə getdim. Arvadı da məni görüb ağladı. Bütün məhəllə adamlarını soruşdu. Bu yoxsul, bər-bəzəksiz, yeri torpaq daxmada bir neçə saat şirin söhbətimiz oldu. Artıq əmin idim ki, Ərdəbildə heç bir xoşagəlməz hadisə baş verməyəcəkdir. Ərdəbildəki hərbi dostlardan bir qədər azuqə alıb Babanın evinə göndərdim. Əvəzinə Babadan yalnız bir kütüm balığı götürdüm.
...Təbrizdə mənim çox dostlarım var idi. Onlardan biri də Hilal Nasiri idi. Mən onun dəftər, kitab mağazasındakı kitabları araşdırıb mütaliə üçün götürürdüm. Bəzən insanlığa düşmən yazanların kitabına da təsadüf edirdim. Hilal Nasiri həmin kitabları xahişsiz, filansız cırıb yandırırdı.
Hilal Nasirini biz "Köşkü balaban" deyə çağırardıq. O, "Köşkü balaban Araza baxar-Arazın suyu gözlərdən axar" adlı bir dastan yazmışdı. Tribunalardan həmin şeiri tez-tez oxuyardı. Hətta bir axşam konsert zamanı Hilal Nasirinin təşəbbüsüylə səhnədə "Köşkü balaban" ifa olundu.
On iki adam bir-birinin qurşağından tutmuş, onların çiynində isə yenə o qədər adam dayanmışdı. Aşağıdakılar "Köşkü balaban Araza baxar", mahnısını oxuyaraq yallı gedir. Üstdəkilər isə əllərini gözlərinin üstünə qoyub Arazın o tayına baxır və oxuyurlar. Hilal Nasiri "Köşkü balaban" şeirilə, rəqsilə həmişə yadımıza düşür.
Dostumuz İsmayıl Şəmsi də həmişə məhəbbətlə yad edirik. Bu mədəni, təvazökar, bir az utancaq və səmimi dostumuz "Azərbaycan" qəzetinin məsul katibi idi. Demək olar ki, qəzetin əsas işini o görürdü. Bu qəzetin səhifələrində sovet dövlətinə, sovet ordusuna məhəbbət dolu məqalələr çap olunurdu.
Bir axşam Mirzə ilə Təbriz küçələrinin birindən keçirdik. Qəzet satan uşaqlar "Ruznameyi Şahin, əşari Süleyman Rüstəm" deyə bağırıb əllərindəki qəzeti yoldan keçənlərin qabağında yellədirdilər. Biz təəccübləndik. Mirzə dedi: "Təbrizlilər yaman zarafatcıl olurlar. Yəqin bizi tanıyıblar ki, belə edirlər". Mirzə pul verib qəzet aldı. Doğrudan da "Şahin" qəzetinin birinci səhifəsində başda mənim kiçik bir şeirimi dərc etmişdilər. Redaksiya bu növ ilə qəzetini satdırmaq istəyirmiş. Təbrizdə çıxan qəzetlər arasında yaman rəqabət vardı. Bəzi qəzetlər alıcısız qalanda daha nəşr olunmurdu.
Hələ canubda yaşayan yazıçı və şairlərin vəziyyətinə bir nəzər salaq. Şair mətbəə sahibi ilə danışıb qiymət kəsirlər. Əsər müəllifin kefi istədiyi tirajla çap olunur. Şair kitabını mətbəədən götürüb düşür bazarın canına. Dükançılarla sövdələşəndən sonra kitablarını satmaq üçün onlara təhvil verir. Əlbəttə, belə şəraitdə ancaq yazıçılıqla yaşamaq çox müşküldür.
Yeri gəlmişkən, Təbrizdə bir fars yazıçısına təsadüf etdim. O mənə kitabını bağışladı. Kitabın cildində rəngli, yarımçılpaq bir qadın şəkli vardı. Ondan soruşdum ki, kitabda bu qadının haqqında söhbət gedir? Dedi: “Xeyr ağa, kitabda başqa həyatdan bəhs edilir. Bu şəkil kitabın satılması üçündür”.
Bu yazıçı mənə çox qəribə bir təklif də etdi. Deyirdi ki, şair gərək həmişə cananlar arasında vaxt keçirsin. Məni şəhərkənarı bir bağa çağırırdı. Guya orda çəmənlikdə iki gözəl qadınla oturmalıydıq. Mən hərbi şair olduğumu bəhanə edib bu dəvətdən boyun qaçırdım.
Bir gün yanıma yaşlı bir qadın gəlmişdi. Bu qadın deyirdi ki, "Kürdüstan valisinin xanımı Kürdüstanda olan ərindən çox nigarandır. Onun xanımı bu haqda şəxsən mənimlə görüşüb söhbət etmək arzusundadır. Oraya getsəm, könlüm açılacaqdır. Orada kişi tayfasından bir kimsə olmayacaqdır. Valinin xanımı, bir çalan və bir də oxuyan iki xanım olacaqdır".
Bu qəribə dəvəti də rədd etdim. Əlbəttə, bu, validən nigarançılıq məsələsi deyildi. Validən dürüst xəbər tutmaq üçün bir çox başqa vasitələr vardı. Mən sovet vətəndaşı olduğumu, bu adı heç bir vəchlə ləkələməməyi nəzərə alıb bu əcaib təklifdən yaxamı qurtardım”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək