15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Elmdə yeni söz - Qeys Əbilov yazır
Tarix: 31-08-2020 16:42 | Bölmə: Cəmiyyət

Dünyanın yaranışı haqda elmdə yeni söz - “Dünyanın üçüncü görüntüsu” (Traktatın müəllifi Lev Əsgərovun 80 illiyinə)
Elə alınıb ki, axırıncı 40 il ərzində məşhur rusdilli Azərbaycan yazıçısı, jurnalist və mütəfəkkir Lev Əsgərovun əsərlərinin işıq üzü görməsində birbaşa iştirakım olub. Onunla tanışlığım 3 №-li Bakı kitab mətbəəsində işlədiyim dövrdə, həmkarlarımla birbaşa sexdə, linotip dəzgahının yanında onun bizi heyran etmiş “Bu evdə necə də qaranlıqdır” elmi-fantastik povestini oxuyarkən baş tutub.
“Əbilov, Zeynalov və oğulları” nəşriyyat-poliqrafiya müəssisəsi təsis edildikdən sonra Lev Əsgərov daim bizimlə işləyən yazıçılardan oldu. Mətbəənin əməkdaşları onun bütün əsərlərini yığımdan rotasiya çapına qədər texnoloji proseslər ardıcıllığında əlyazma və maketlərdən oxuyurdular. Bu əsərlər təkcə bizdə həqiqi oxucu marağı doğurmurdu. Belə ki, onun keçən əsrin 80-ci illərinin sonunda nəşr etdiyimiz “Qeybdən gəlmiş adam” elmi-fantastik romanı 250 min tirajla keçmiş Sovet İttifaqına yayılmışdı.
Xatırlayıram, romanın çapı çox az sayda - cəmi 20 min tirajla planlaşdırılırdı, lakin Zati-Aliləri - oxucu tələbatı işə qarışmışdı. Sonralar həmin janrda qələmindən çıxmış “Məhkumlar”, “Missiya ilə cəhənnəmə”, “İntiqam” kimi romanlar da eyni maraqla qarşılanmışdı. Onların tirajları çox deyildi. Zəmanə dəyişmişdi. Müəlliflər əsərlərini öz hesabına nəşr etməli olurdular. Üstəlik, rusdilli çap nəşrlərinin yayılma coğrafiyası da daralmışdı. Nə vaxtlarsa nəhəng olan bir dövlət həyatını bizə tapşırıb məhv olmuşdu. Buna baxmayaraq, mətbəənin poçt qutusuna kitabsevərlərin onun bu və digər kitabının əldə edilməsinə kömək diləyi ilə məktubları gəlməkdə idi. Əfsuslar olsun, kömək üçün imkanımız yox idi. Nə bizdə, nə də mağazalarda kitab qalmamışdı. Ədəbiyyat və elmi yaradıcılıqla məşğul olan adamlar üçün çətin vaxtlar idi. Lakin bu çətinliklər Lev Əsgərovun qələmini əlindən ala bilmədi.
Əgər insanda istedad varsa, bütün çətinliklərə baxmayaraq o, özünü mütləq büruzə verəcək, insanlar ona əhəmiyyət verib diqqət yetirəcəklər. Onun yazdığı, oxucuların yaddaşında yaxşı qalmış iki əsərlə də belə olmuşdu. Söhbət 2 kitabdan ibarət XX əsr haqqında − “Qeybə səyahət” roman-epopeyasından və “Onun Qolqofu” povestindən gedir. Hər iki əsərin tirajı beş yüzdən artıq deyildi və əlbəttə, ani olaraq yayılmışdılar. Bizə məlum idi, çox oxucular bu kitabları alıb oxumaq istəyində idilər. Amma müəllifin, eləcə də nəşriyyatın vəsait məhdudiyyətləri əlavə nəşrə imkan vermədi.
Yazdığı əsərlər onun sonsuz yaradıcı istedadının bir tərəfidir. Digər, fikrimcə, daha parlaq tərəf isə Lev Əsgərova məxsus − nə vaxtsa kiminsə başlanğıc verdiyi yaranış mexanizmində İnsan varlığına qeyri-adi, qaranlıqları yarıb keçən və inamlı işıq salan fəlsəfi əsərləridir.
Yaradıcılığının bu səmtinə onu elmi-fantastik kitablarda obrazlı verilən, həyatımızda proqlamlaşdırılmış Fəza-Zaman faktorunun əhəmiyyəti haqqında ideya sövq edirdi.
Dünya məşhurlarının çoxəsrlik nəhəng əmək kütləsinə baş vuraraq keçən əsrin 90-cı illərində bizə təqdim etdiyi həcmcə böyük olmayan, “Suallar sualı” adlandırdığı fəlsəfı düşüncələrini və orijinal əqli mülahizələrini kitab halında çap etdik. 10 il sonra isə Lev Əsgərovun ciddi cəhdlə apardığı axtarışlardan sonra onun “Alatorandan işığa” kitabı “OL” nəşriyyatında işıq üzü gördü. Əsər onun irəli sürdüyü Yaranışın quruluşu konsepsiyasını inamla sübut edirdi. Son vaxtlar bizə məlum oldu ki, bu əsər heç də yekun variant deyilmiş.
O, müasir riyaziyyatcıların, fiziklərin, biokimyaçıların və dünyanın digər araşdırmaçılarının kəşflərinin məzmununda təsdiqini tapan ideyasına daha dərindən baş vuraraq onun üzərində işləməyi davam etdirirdi.
Budur, bu gün “Ruh−ilahiyyatçiların uydurması deyil... Həyatın kodu Zamanın parçasındadır... İnsan qanadlıymış!... Ölməzlik var! O bizdədir! ” kimi tam heyranedici altbaşlıqlarla “Dünyanın üçüncu görüntusu” traktatının əlyazması istehsalatda – çapdadır. Yeri gəlmişkən, müəllif bizə qədər traktatın əlyazmasını Kazan universitetinin professoru, tarix elmləri doktoru Aleksey Litvinə yollayıbmış. Professordan alınmış geniş və analitik məktubdan kiçik bir parçanı qeyd edirəm:
“... Əsərinin dəyəri şübhəsizdir. Bəlkə üzərimə çox götürürəm, bütün məsuliyyətimlə sənin işinin doqmatik yanaşmalarda ilişib qalan elmimizdə − yeni söz olmasını təsdiq edirəm. Əgər o qəbul edilsə, bütün varlığın mövcud və köhnəlmiş axtarış metodologiyaları köklü dəyişikliklərə məruz qalacaq. Nyutonun Dünyanın birinci görüntüsünü elan etdikdən yüz il sonra Vernadskiy öz biosfera və neosferası ilə Dünyanın ikinci görüntüsünü təklif etdi. İndi sənin müəllifi olduğun – Dünyanın üçüncü görüntüsü yarandı. Mümkün ki, bu yekun görüntüdür. Bununla əlaqədar öz traktatını İsaak Nyutonun sözlərilə başlamağı məsləhət görürəm: “Mən giqantların çiyinlərində dayandıgım üçün digərlərdən uzaqları gördüm...”
Gördüyünüz kimi, Lev Əsgərov belə də edib. Qarşımızdaki kitabda beyinyoran, duman çökdürən elmi söz dövriyyələri tamamilə yoxdur. Aydın, elmi-populyar formada yazılmış traktat yəqin ki, Yer insanının varlığı, onların həyatında Fəza-Zamanın əhəmiyyəti, insan ölməzliyinin, ruhunun sirləri ilə maraqlanan hər bir oxucu tərəfindən oxunacaq.
Ruh var və müəllifin fikrincə, o ali idrak şəraitində və Fəza-Zamanın digər formasında bizim sizinlə varlığımızın olimpinə istiqamətlənmişdir.
Oxucu onda yarana biləcək “Niyə bizim həyatımız, əksliklərlə doludur?” və “Niyə biz hamımız belə müxtəlifik?” kimi suallara da cavab tapa biləcək.
Bununla belə, mənə və həmfikirlərimə elə gəlir bu əsərin əhəmiyyəti birmənalı qəbul edilməyəcək. Təzə söz deyə bilən hər kəsin qisməti belə olub. Öz elində Peyğəmbər olmur. Burda əlavə heç nə yazmaq mümkün deyil. Qoy bu sizi heç də kədərləndirməsin, cənab Lev Əsgərov. Belə olub, belədir və belə də olacaq. Biz isə öz tərəfimizdən istədiyimizi və bacardığımızı etdik. Yazdığınız bu parlaq əsəri Sizin anadan olmağınızın 80 illiyinə kitab halında buraxmağa çalışdıq. Əmin ola bilərsiniz, əsər mütləq, tez və ya gec, dünyanın, dünyaların və bəşəriyyətin dərk edilməsi elmində öz layiqli yerini tapacaq.
Möhkəm can sağlığı, dünya şöhrəti (Siz buna layiqsiniz!) və yaradıcılıq uğurları arzuları ilə.
Qeys ƏBİLOV
31 avqust 2020 il
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək