Tarix: 09-01-2017 10:57 | Bölmə: Cəmiyyət

Milli Məclisin tətili bitdikdən sonra komitələr işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.
Parlamentin yaz sessiyasının ilk planer iclası isə fevral ayının 1-də olacaq.
Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat dinləniləcək.
Qeyd edək ki, bu prosedur, "Milli Məclisin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
Daha sonra isə hesabatın müzakirəsi başlanır.
Hesabat əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunur, deputatlara paylanılır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək