15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Pandemiya xəstəxanasının həkimi: “Cəmi bir həftəyə...” - Müsahibə
Tarix: 27-07-2020 17:46 | Bölmə: Cəmiyyət

Həkim-terapevt Kəmalə Nəbiyeva 13 ildir ki, Sumqayıt şəhərindəki 3 saylı poliklinikada çalışır. O, koronavirus infeksiyasına yoluxmuş xəstələri müalicə etmək üçün iyunun 10-da könüllü şəkildə müraciət edərək müvafiq xəstəxanada çalışmağa başlayıb.
Reyting.az-ın xəbərinə görə, Kəmalə Nəbiyeva Unikal.org-a müsahibəsində deyib ki, ondan əvvəl Sumqayıt Pandemiya Xəstəxanasında çalışan bir neçə həkim virusa yoluxduğu üçün tibb müəssisəsində ciddi kadr çatışmazlığı yaranıbmış:
- Mən bura gələnə qədər də “COVİD”li xəstələrin müalicəsində iştirak edirdim, amma telefon vasitəsilə. Həmişə ambulator müalicə ilə məşğul olduğumdan stasionarda, yəni intensiv terapiya və palatada xəstələrin nələr çəkdiyinin şahidi olmamışdım. Düşünürdüm ki, xəstədir, dərmanın verirsən, iynəsin vurursan, nəzarət edirsən... Burda çətin nə var ki? Amma mən koronavirusun belə dəhşətli olduğunu təsəvvür etmirdim.
Bura sözün həqiqi mənasında sanki cəbhə xəttidir, müharibə bölgəsidir. Əminəm ki, bu vaxta qədər heç bir xəstəxanada belə mənzərə yaranmayıb...
Xəstələr xəstəxanaya dəhşətli qorxu, təşviş içərisində daxil olurlar. Onları sakitləşdirmək çox çətindir. Elə boğulmaların çoxu da bu stressin fonunda baş verir. Daxil olan xəstəyə kim yaxınlaşırsa, əlindən, ayağından tutub, “doktor, qurban olum, qoyma ölüm, kömək edin”, - deyirlər. O an öz həyatım yadımdan çıxır. İlk vaxtlar ürəyim dözmürdü...
Mən o dərəcədə ağır, çapalayan xəstə görməmişdim. Çox həssas idim. Bura gələndən cəmi bir həftəyə saçım ağardı. Gecə də yatmırdım. Sonra özümü toparladım.
İlk xəstələrim sağalanda artıq qorxularım keçdi, ürəkləndim.
Xəstələrimiz evə gedəndə bizi qucaqlaya, öpə bilmirlər, amma bunu elə arzulayırlar ki... Bizim üzümüz maskada, eynəkdə, xəstələrim ağlayır ki, doktor, bir dəfə üzünü görüm ki, sabah rastlaşanda səni tanıyım, bilim ki, mənə ikinci dəfə həyatı kim verdi?
Mən həkimliyi anamın xəstəliyinə görə seçmişdim. Anam astma idi, onun da boğulmaları olurdu. Buna bənzər halı qismən də olsa yaşamışam, görmüşəm. Amma bu boğulma o boğulmadan deyil.
- Xəstələrin gərginliyi, stressi Sizə də sirayət edir. Bunun qarşısında necə tab gətirirsiz? Məncə, bu xəstələrə “COVİD” müalicəsi ilə yanaşı ciddi psixoloji dəstək də lazımdır...
- İşə başlayanda bütün hisslərimizi gizlədirik.
Palataya keçəndə xəstələrimi əzizləyib deyirəm: maşallah, bu gün rənginiz açılıb, nəfəsiniz xırıldamır, deyəsən, saturasiyanız qalxıb.
Ölçürəm, görürəm ki, yox, saturasiya düşükdür. Amma bildirmirəm. Xəstə soruşanda, deyirəm - əladır. Bəzən belə deyəndə xəstə rahatlanır və həqiqətən də saturasiya qalxır.
Mənim nəzarətimdə xroniki xəstəliyi çox olan mürəkkəb xəstələr vardı. Şükür, nəticələrim yaxşı oldu. Hər müalicəyə başlayanda deyirəm, ay Allah, nə olsun həkiməm, məni doğru yönləndir, indi bu xəstəyə nə lazımdırsa, beynimə gətir.

Həkimlik həm də məntiq tələb edir. Xəstə ilə fərdi işləmək lazımdır.
Adi bir şok xəbərdən qorxan normal insan belə təngənəfəs olur, təzyiqi oynayır, havası çatışmır, saturasiyası düşür. Bu xəstəlikdə virusun ağciyərləri zədələməsi ilə yanaşı, həyəcan, stress fonunda xəstədə spazmlar, boğulma daha da artır.
Çox ağır, yaşlı xəstəm olub, ona görə çox qorxurdum. Özünə deyirdim ki, burda elə ən yüngül xəstəm sənsən. Görürdüm rahatlaşır, inanır.
Bəzən özümdənrazı davranıram. Xəstəyə deyirəm, mən elə xəstələri götürürəm ki, sağalsın, xəstə itirməklə reytinqimi sala bilmərəm. Bunları deməyə məcburam. Heç bilmirəm bu sözləri hardan tapıb deyirəm.
Xəstə də həkimə güvənir. Düşünür, hə, bu həkim yüngüllərlə işləyir, bu həkimin hələ ölən xəstəsi olmayıb. Onda o, isterika, təşviş və güvənsizlik içində olmur.
Bəzən xəstələr həyat hekayələrini bizə danışırlar, həyatlarından xatirələr yadlarına düşür; hamısı zəhmətkeş, əziyyətli həyat sürüb. Amma yenə o xəstə halları ilə kimi ərini, kimi övladını düşünür.
- Bəs Sizi kim sakitləşdirir? Həkimlər bir-birinə necə dəstək olur?
- Biz həkimlər onsuz da vəziyyətin əsl üzünü görürük, bilirik. Bir-birimizə necə ümid verək? Eləcə Allaha yalvarırıq ki, nə olar, bu gün təcili yardım gəlməsin, xəstə gətirməsin, bitsin bu xəstəlik. Amma bitmir (göz yaşlarını saxlaya bilmir).
Xəstələri Rentgenə, KT-yə göndəririk ki, müalicənin nəticələrinə baxaq. 5 xəstə göndərmişik, o xəstənin yerinə təcili yardım 7 xəstə gətirib. Heç 1-2 saat çəkmir. Deyirik, vallah yer yoxdur, təcili yardım həkimi deyir, nə vicdansız adamsan, bəs bu xəstə evdə ölsün? Evimə aparım xəstəni? Bu sözlərə layiq olmaya-olmaya onu eşitmək işgəncədir. O sözün ağırlığı adamı əzir. Axı mən burda döyüşürəm. Bəs xəstəni hara yerləşdirək, dəhlizə, döşəməyə?
- Bu qədər ağır xəstənin olmasına səbəb nədir? Yanlışlıqlar nədədir?
- Çox xəstələr kənarda yanlış müalicə aldıqdan sonra gəlir. O müalicə ki, xəstəni daha da ağırlaşdırır. Niyə bizim insanlar elə bilir ki, xəstəxanaya gedəndə öləcəklər?
Ölən - özünü gecikdirəndir, ölən – həm də digər ağır xəstəlikləri olandır. O xəstələrin orqanizmi həkimə imkan vermir ki, müalicə etsin. Orqanizm müalicədən imtina edir. Burda həkim çarəsizdir.
Nəfəs ala bilməyənləri, boğulma sindromu olanları daha çox gətirirlər. Çox xəstələrdə qorxudan boğulma olur.
Bəzən natri-xlora vitamin C qatırdım, köçürürdüm, xəstəyə deyirdim, sənə deksametazon vurdum, bu dəqiqə bronxun açılacaq. Həqiqətən də bronxu açılırdı.
- Yeri gəlmişkən, artıq deksametazon koronavirusun müalicəsində təsdiqlənmiş ikinci dərmandır. Sadəcə, insanlar onu evlərdə çox istifadə edir. Xəstəxanada hansı xəstələrə tətbiq edirsiz və həqiqətən effektlidirmi?
- Ən güclü, yüksək dozalı dərmanları, hormonal preparatları xəstələrə yükləmək, onların gələcək sağlamlıqlarını təhlükə altında qoyur. Heç kim bilmir ki, bu xəstə 3-5 ay sonra yenidən yoluxmayacaq, ya pnevmoniya olmayacaq, ya başqa xəstəliklə xəstələnməyəcək. Ən yüksək molekul hormonal dərmanları bu gün versək, sonra onu nəylə müalicə edəcəyik? Hormonal preparatı sona saxlamaq lazımdır.
Uzun müddət eufillin, deksametazon vurmaq asılılıq yaradır. Ümumiyyətlə, hormon preparatlarını hər xəstəyə, xüsusən zob, şəkər xəstələrinə vurmaq olmaz.
Hormonal dərman orqanizmə düşəndə böyrəküstü vəzilər tənbəlləşir. Vəzilər artıq qanda həmin hormonun olduğunu görür və işləmir. Təbii hormonu ifraz etmir. Orqanizm sonradan istəyir ki, hər şey ona kənardan hazır gəlsin.
Əgər mən xəstəni deksametonsuz müalicə edəcəyəmsə, niyə istifadə edim. Bu iynədən, artıq başqa yolum olmayanda istifadə edirəm. Bir də var ki, evdə hələ təzə yoluxub, xəstəyə sistemə deksametazon qatıblar.
Koronavirusun müalicəsinə həkim, dərman və psixoloji dəstək 50/50-yə təsir edir. Xəstəni sözlə sağaltmaq lazımdır. Mən xəstələrimə idman etdirirəm, qoymuram uzansınlar. Tapşırıram ki, bir-birinizin kürəyinə arxadan vurun, ağciyərlər üçün yaxşıdır.
Telefonu kənara qoyun, xəbərləri izləməyin, neqativ şeylər oxumayın. Xüsusən xəstəxanada yatan xəstələr gərək, gündəlik xəbərləri, ölüm, yoluxma sayını oxumasın.
60-70 faiz ağciyəri zədələnmiş xəstərimiz nəyin hesabına sağaldı? “Sənin heç nəyin yoxdur, ən yüngül xəstə sənsən”, - deməyimizin.
- Ən ağır, yaddaqalan xəstələriniz və itirilən xəstələrdən Sizə ən çox təsir edəni kimlər olub?
- Bizdə digər şöbədə həkimimizin ağır qadın xəstəsi var idi. Elə yalvarırdı ki... Deyirdi: “Məni yetimimə salamat göndərin”.
Həmin qadın “Sədərək” Ticarət Mərkəzində yoluxmuşdu. Üstəlib tək tələbə oğlunu da yoluxdurmuşdu. Xocalı köçkünü idilər.
Sonradan oğlu da xəstəxanaya düşdü. Anası sağalırdı, oğlan da müalicə olunurdu. Amma sonra nə baş verdisə, oğlanın vəziyyəti 2 günün içində ağırlaşdı və dünyasını dəyişdi. Qorxu fonunda insult oldu, ürəyi dayandı.
Bu oğlanın ölümünə elə yandıq ki... Xocalıdan əziyyətlə bu yerə gəlib çatan ailənin faciəsi idi.
Oğlan şəkər xəstəsi olmaya-olmaya şəkəri yüksəldi və heç cür sala bilmədik.
Bu ilk deyil. Koronavirusda mən bir neçə dəfədir belə klinik gedişatın şahidi oluram. Yaşa baxmayaraq, şəkər olmaya–olmaya şəkər anidən yüksəlir. Hələ bu xəstəlikdə müəmmalı məqamlar çoxdur.
- Xəstələriniz əsasən harada, necə yoluxduqlarını deyirlər?
- İndi ən çox evlərdə, ailə içi. Xırdalandan bir xəstəm var idi, xəstə kök, şəkər xəstəsi idi, and-aman edirdi ki, doktor, 2 aydır evdən küçəyə çıxmamışam. İnandım, çünki dizindən əməliyyat olunmuşdu, harasa getməsi mümkün deyildi. Onu qızı yoluxdurmuşdu. Qızı da xəstə idi. İnsan var yoluxur, xəstələnmir, ya gec büruzə verir. Amma o yoluxdurucudur. Qız da deyir marketə getmişəm, başqa heç yerə.
Bir də görürsən bir ana zəng edir, azyaşlı uşaqda filan-filan əlamətlər, qızdırma və s. var. Dərhal deyirəm ki, o koronaya yoluxub, uşaq yüngül keçirəcək, amma onu təcrid edin. Sonra yazır ki, yox, başqa pediatra apardıq, dedi qurddandır. Mən də heç bir şey demədim. 2 həftə sonra həmin qadın zəng edir ki, bəs biz yoluxduq.

Bəs mən deyirdim axı o uşaq virusludur, vaxtında tədbir görmədin. Bəlkə də “qurd tapan” pediatrın özü də yoluxdu, ailəsi də.
İnsanların çoxu xəstəliyi ciddiyə almır. 2-3 həkimlə danışır, hansının sözü ona xoş gəlirsə, asan gəlirsə, ona inanır.
Evdə oturan yaşlıları kim yoluxdurur? Ailənin çölə çıxıb gedib-gələn üzvləri, oğlu, gəlini, hətta balaca nəvəsi.
- İnsanlarımızın immuniteti necədir? Heç normal immunitetə malik xəstəniz olubmu? Profilaktik olaraq nə etməlidirlər ki, virusa yoluxmasınlar?
- Profilaktik olaraq heç bir dərman, antibioitk, antiviral preparat qəbul etməyin.
Kimsə deyəndə ki, doktor gedim profilaktik olaraq Azitmorisin içim, deyirəm yox, niyə içməlisən? Azitmorisini indidən içsən, yoluxanda nə edəcəksən?
Profilaktik olaraq nəsə etmək istəyirsinizsə, yoxlanın. Qanın azdır, qanını artır. Şəkərin çoxdur, şəkərini sal. Özünü toparla. Vitaminin, fermentin çatışmırsa, onu qəbul et. Orqanizm özü mübarizə aparmalıdır. İmmunomodulyatorlar lazım deyil.
Evlərdə profilaktika məqsədilə və ya xəstəliyi yüngül keçirən xəstələrə, xüsusən gənclərə çoxsaylı infuziya, sistemlər, vitaminlər, sistemin içində 10 cür dərman qarışdırıb vurmağın qəti əleyhinəyəm.
Biz öz tariximizə, kökümüzə baxsaq, virus və zökəmdə nələr istifadə ediblər, ilk başda onları etməliyik: əvəlikli isti sulu yemək, şorbalar, mürəbbəli çaylar, bitki çayları, nanə dəmləməsi, itburnu, qatıq sarımsaq, soğan yeyin. Brokkoli kələm çox istifadə edin. Hər gün ət yemək olmaz.
Tərəvəzləri bol edin. Meyvə şirələri, kompotları için.
D vitamini günəşdədir, C vitamini qidalardadır.
12 günə yüksək dozalı D vitamini qəbul etməklə, siz virusdan qaça bilməyəcəksiz. Gecdir artıq. Bunu əvvəldən etmək lazımdır. Amma indi bildiniz ki, immunitetə nə lazımdır. Günəş şüası altında gəzin. Hərəkətsiz olmayın.
Bizə tam sağlam, əlavə problemi olmayan xəstə gəlməyib. Problem çoxdur, saymaqla bitməz. Xüsusən qadınlarda qabırğalararası əzələlər hansı ki, ağciyərlərin də hərəkətliliyini, elastikliyini təmin edir, o zəifdir, yorğundur. Vaxtından tez tonusdan düşüb. Daxili orqanlar piylə örtülüb. Qolunu qaldırırsan , əzələ işləmir. Ağciyərlər tənbəlləşib, nəfəs almağa sanki “can çəkir”.
Azərbaycan qadını fədakar ana, övladdır, bəli, dəyərli xanımlardır. Amma heç özlərinə baxmırlar, özlərini düşünmürlər.
Xəstələrin çoxuna korona bəhanə idi. Onlar çox əvvəldən xəstə idilər və xəstəxanaya da xəstəliklərlə gəlirlər.
Qan dövranı yaxşı işləyən xəstə görmədim.
Psixoloji problemlə gəlirlər, evdarından tutmuş vəzifəlisinə qədər. Nevroz, panikatak. Xəstə ölüm ayağındadır, oğlunun, gəlininin probleminin həllini düşünür. Bu dəqiqə sən özünü düşünməlisən, dünyanın mərkəzi sənsən. İmkan ver xəstəliyinlə məşğul olaq.
Bizim insanlar ildə bir dəfə çekup olunmurlar. Bilmirlər ki, bədənlərində nə var. İnanın ki, koronavirus olub xəstəxanaya düşəndən sonra xəstə bilib ki, şəkəri, anemiyası var. Korona olandan sonra ürəyinin xəstə olduğu aşkarlandı. O qədər xəstələr olub, KT ediblər, ağciyərində şiş və ya zobu aşkarlanıb.
İnsanlar heç olmasa ildə bir dəfə çekup olunsalar, ildə bir dəfə sağlamlıqlarına bir az vəsait xərcləsinlər, həm vaxtında xəstəliklərindən xəbərlərləri olar, həm həkimə müalicə üçün asan olar, həm də belə pandemiya dövründə ağırlaşmazlar.
Qəfləti ölümlərin səbəbini ona görə tapa bilmirik. Bu kimi məqamlar bizim işimizi çətinləşdirir.
Sağalanları da çox çətinliklə sağaltdıq. Bilmədik “COVİD” müalicə edək, yoxsa şəkər, qan, böyrəklə məşğul olaq.
95% xəstə buket xəstəliklərlə gəlir. 50% -i heç bilmir ki, onun yanaşı xəstəliyi var. Biz yenidən müayinə, diaqnoz, təzədən başqa müalicə ilə məşğul oluruq.
- Eşitdik ki, çox yüksək vəzifəli bir ailənin üzvü sizin xəstəxanaya gəlib, 1 gün sonra onun yaxınları xəbər tutanda, mötəbər yerlərdən zənglərlə Bakıda daha prestijli xəstəxanada yer tapıblar. Amma xəstə getməkdən imtina edib...
- Qadın xəstə bircə gün idi gəlmişdi. Bir də gördüm, şöbə müdiri məni axtarır - bu xəstəyə görə. Sözün açığı, narahat oldum. Bir deputat zəng etmişdi, xəstənin köçürülməsi üçün danışıqlar aparırdılar. Amma xəstə elə şöbə müdirinin yanında həmin şəxsə dedi ki, artıq mən bura yerləşmişəm, müalicə həkimimdən razıyam. Həmin an sevindim. Əgər getsəydi, qüruruma toxunmuş olardı. Həmin xəstə sağaldı. Özüm ona bir gün öncədən proqnoz verirdim: sabah hərarətin düşəcək. Həqiqətən elə oldu.

- Nə vaxta kimi “ön cəbhədə” qalmaq fikriniz var? Belə deyirlər ki, bu meydana bir girən, daha çıxa bilmir. Vicdanı, ürəyi yol vermir...
- Bəli, mən könüllü gəldim. Qaydalara görə 15 gün işləyib, sonra test veririk, 2 həftə karantində qalıb evə getməliydim. Mən 15 gün qala bilmədim. Xəstələrim var idi, onların müalicəsini sona çatdırmalıydım. Axı xəstə də istəmir bir həkimdən başqa həkimə keçsin.
Baxmayaraq ki, gəlməyə bilərdim, amma ürəyim dözmədi. Peşman da deyiləm.
Döyüş meydanını yarımçıq qoyub çıxmaq olmaz. Bu müharibənin də öz generalları, əsgərləri var.
Çox ümid edirəm ki, üzü payıza vəziyyət düzələcək.
Arzu edirəm əvvəlki həyatımıza qayıdaq, o qədər toyu olmalı yaxınlar var...
Biz heç vaxt bilməzdik, dünyamız belə olacaq. Gələcəyimizi də bilmirik. Bu sınaq bizə dərs olmalıdır.
Həyat tərzimizi dəyişməliyik. Pul qazanırıqsa, onun bir qismini sağlamlığımıza xərcləməliyik. Bu virus seçim də etmir: nazir, deputat, polis, həkim, varlı, kasıb, işli, işsiz.
Virusun müsbət tərəfləri də oldu: bu gün klinikalar doludur, hərə bir analiz verir, Rentgen, KT, USM-dən keçirlər. Sağlamlıqlarının qeydinə qalırlar. Bunu hər il etmək lazım idi.
İkinci müsbət cəhət isə odur ki, Azərbaycan həkimləri son 20 ildə belə sevilməmişdi. İndi dəyərli olduq. Bu qədər alqış almamışdıq. “COVİD” bitsə də, kaş ki, həkimlərə olan inam, hörmət bitməsin.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək