Tarix: 26-12-2016 13:09 | Bölmə: Cəmiyyət
Azərbaycan Liberal Demokrat
Partiyasının (ALDP) sədri
Fuad Əliyev
Sədr
Aparatı və Gənclər Təşkilatının aktivlərinin geniş toplantısını keçirib.
Partiyadan Reyting.az-a verilən məlumata görə, toplantıda ictimai-siyasi vəziyyət, partiyanın 2016-ci ildə fəaliyyəti və 2017-ci il fəaliyyət proqramı müzakirə olunub.
Toplantıda qurultaya hazırlıqla bağlı Təşkilat Komitəsinin və Gənclər Təşkilatının hesabatları dinlənilib.
Çıxış edənlər 2017-ci ildə partiyanın fəaliyyəti ilə bağlı öz təkliflərini veriblər.
ALDP sədri Fuad Əliyev 2017-ci ildə partiyanın təbliğat-təşviqat və təşkilatlanma işlərinin güclənməsi və qarşıdan qələn prezident, parlament və bələdiyyə seçkilərinə hazır olmaq tapşırığını verib.
Daha sonra 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü ilə bağlı Azərbaycan xalqı təbrik edilib və dövlət başçısı İlham Əliyevə müraciət qəbul olunub.
Müraciətdə ölkədə həmrəyliyin təmin olunması, sosial gərginliyin azaldılması, siyasi və iqtisadi böhranın aradan qaldırılması üçün iqtidar-müxalifət dialoqun başlanması və 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə humanistlik göstərərək siyasi məhbusları azad etmək qeyd olunub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək