Tarix: 21-12-2016 13:18 | Bölmə: Cəmiyyət
Orta məktəb dərsliklərinin
hazırlanması ilə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilib.
Təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib ki, səlahiyyətlərə əsasən, nazirlik orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacaq.
M.Cabbarov əlavə edib ki, dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular veriləcək. Nazir qeyd edib ki, bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək:
"Ümumilikdə, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Dərsliklərin keyfiyyəti bağlı fikirlər səslənir və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək”.(APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək