Tarix: 14-12-2016 16:39 | Bölmə: Cəmiyyət
Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılıb.
BŞTİ-dən bildirib ki, 2015-2016 tədris ili ərzində aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunmuş faktlarla əlaqədar 26 məktəb direktoru, 5 direktor müavini və 5 müəllim tutduqları vəzifədən azad edilib.
Bundan başqa, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ümumilikdə 56 direktor və 98 direktor müavini, o cümlədən 75 müəllim intizam məsuliyyətinə cəlb olunub, 79 direktora xəbərdarlıq edilib.
Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. BŞTİ-nin bu istiqamətdəki fəaliyyəti cari tədris ilində də davam etdirilməkdədir.(Lent.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək