15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Etibar Cəbrayıloğlu: “KİVDF-nin yeni rəhbərinin komandası məsələnin ciddiliyini tam anlamır” - Müsahibə
Tarix: 06-06-2020 18:03 | Bölmə: Cəmiyyət

Tanınmış jurnalist Etibar Cəbrayıloğlu “Yeni sabah”-a müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Etibar bəy, Vüqar Səfərlinin KİVDF-nin rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu qurumun adı ətrafında yaranan ajiotaj səngimək bilmir. Hər gün yeni faktlar açıqlanır, yeni iddialar ortaya çıxır. KİV Fondunun idarəçiliyində bu qədər ciddi nöqsanların olduğunu bilirdinizmi?
- Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin rəhbəri vəzifəsinə təyin olunub. Mən onun bacarğı, idarəçilik xüsusiyyətləri, insani keyfiyyətləri barədə tənqidi fikrlərimi hələ 10-il öncə - 2010-cu ildə “Reytinq” qəzetində açıq mətnlə bildirmişəm. Həmin müsahibədən sonra qəzetin baş redaktoru Afiq Mirzəbəyliyə irad, giley-güzar edənlər Səfərli işdən qovulandan sonra bizə qonaqlıq vermək üçün növbəyə dayanıblar.
KİVDF-nin sabiq rəhbəri haqqımda fikirlərimi bilmək istəyənlər zəhmət olmasa “Qafqazinfo” saytının 2010-cu ilə aid arxivinə göz atsınlar, köşə yazımı oxusunlar. Mənim KİVDF-nin artıq sabiq rəhbərinə münasibətimi o, özü də, Səfərlini layiq olmadığı vəzifəyə dürtüşdürənlər də yaxşı bilirdilər. Onunla ara-sıra üz-üzə gələndə heç bir-birimizə salam belə verməmişik. Etibar Cəbrayıloğlu KİVDF-nin heç bir müsabiqəsində iştirak etməyib, tədbirinə qatılmayıb.
Bu gün Vüqar Səfərli artıq vəzifəsindən çıxarılıb və indi onu tənqid etmək, necə deyərlər, gedənin arxasınca danışmaq aldığım tərbiyəyə uyğun gəlmir. Amma bu illər ərzində elə baş redaktorlar var idi ki, oxuculardan dönə-dönə üzr istəyirəm, Vüqar Səfərli ayaq yoluna gedəndə qapının arxasında növbəyə dururdular ki, içəridən gələn iy-qoxu onların da bahalı kostyumlarına hopsun. Demək istədiyim odur ki, KİVDF-nin fəaliyyəti, müsabiqələrin mənasızlığı və “Jurnalistlər Evi”ndəki problemlər barədə hər zaman, hər yerdə danışmışam. Bunu səs yazılarımızı Səfərlinin masası üzərinə qoyanlar, “muzdlu xəbərçilər” gözəl xatırlayılar.
- Hazırda əsas narazılıq jurnalistlər üçün tikilən mənzillərin bölüşdürülməsiylə bağlıdır. Siz də həmin binada yaşayırsınız. Ətrafınızda, qonşularınız arasında jurnalistikaya dəxli olmayan adamlar var?
- Əvvəla onu deyim ki, mənə jurnalist üçün tikilən birinci binada mənzil verilib. Bu məsələ barədə çox danışmışam, təkrarda fayda var. “Ədalət” qəzetinin rəhbəri, millət vəkili Aqil Abbas bu məsələdə böyük bir kişilik, qətiyyət göstərib, mənə görə döyüşüb, söyüşüb. Bunu KİVDF-nin, Mətbuat Şurasının rəhbərliyində təmsil olunanlar yaxşı bilir. Bir nəfərin də adını çəkməyi özümə borc bilirəm, bu, şəxs də Prezidentin sabiq köməkçisi Əli Həsənovdur.
Hər iki binada mənzillərin bölüşdürülməsi ilə bağlı narazılıqlara gəlincə, təbii ki, tam obyektivliyi qorumaq mümkün deyil. İnşallah, növbəti binanı bölüşdürəndən sonrakı hay-küyü hamımız görəcəyik. Bir az səbirli olun, lap az qalıb. Bu gün mənzillərin bölüşdürülməsində Vüqar Səfərlini ittiham edənlər məsələnin mahiyyətini dəqiq bilmir. Vüqar Səfərli bu məsələdə yekun qərar verən olmayıb. KİVDF-nin sabiq rəhbərini maliyyə məsələlərində ittiham etmək olar, zatən hüquq-mühafizə orqanları bu prosesə başlayıb artıq. Yekun sözü də onlar deyəcək.
Verdiyiniz sualın digər bir hissəsinə gəlincə, binamızın həyətində ünsiyyət qurduğum, oturub-durduğum insanlar arasında jurnalistikaya dəxli olmayan adam demək olar ki, yoxdur.
- KİV Fondunun yeni rəhbərliyindən nə gözləyirsiniz? Sizcə, bu qurumun fəaliyyətində hansı dəyişikliklər etmək lazımdır?
- KİVDF-nin yeni rəhbərliyini yaxından tanımıram, yəqin ki, heç o da məni tanımır. Əhməd İsmayılovdan yeganə gözləntim “Jurnalist Evi” MMC deyilən amorf bir qrumla bağlıdır. Bu təşkilatı kim yardıb, nə ilə məşğul olub, maliyyə məsələlərini necə həll edib, jurnalistlər üçün tikilən birinci binanın altını-üstünü necə kənar təşkilatlara bağışlayıb? Mənzillərin xidmət haqqını necə müəyyən edib və necə xərcləyib, onları ciddi araşdırsın.
Əhməd müəllim artıq xeyli vaxtdır bu vəzifəyə təyin olunub, amma hələ də fikirlərini, planlarını açıqlamayıb. Zəhmət çəkib açıqlayar, sonra biz də münasibət bildirərik. İndi nəsə demək mümkün deyil.
Amma ilkin müşahidələrimdən belə görünür ki, KİVDF-nin yeni rəhbərinin gətirdiyi komanda məsələnin ciddiliyini tam anlamır. Tutaq ki, mənzil haqqına görə ödəməni etməyən sakini onun baş redaktoru ilə hədələyirlər. Bu, orta məktəbin ibtidai sinif müəllimlərinin yanaşmasıdır. Onlar intizamsız şagirdin valideynini məktəbə çağırıb danlayırdılar.
Mən mənzil haqqını hansısa səbəblərə görə etiraz edib ödəmirəmsə, bunun baş redaktora nə aidiyyatı var? Mühafizə zəif işləyəndə hansısa sakin baş redaktoruna şikayət edir? Tutaq ki, mən artıq neçə ildir rəsmən “Ədalət” qəzetində çalışmıram, mənim xidmət haqqı borcuma görə niyə həmin qəzetin rəhbərliyi məsuliyyət daşımalıdır? Məsələ sakinlə KİVDF arasında həll edilməlidir.
Prezidentin köməkçisi Hikmət Hacıyev binanın sakinidir, hörmətli Hikmət müəllim mənzil haqqını yubatsa KİVDF-nin işçiləri Prezidentə zəng vurub şikayət edəcəklər? Bu yanaşmanı anlaya bilmirəm.
- Jurnalistlərin yeganə problemi mənzil deyil axı. Məvacib azdır, mənbələr üzümüzə bağlıdır, tənqid imkanı məhduddur... Nəhayət, yaxın vaxtlara kimi müəyyən qrup jurnalist trolluq kimi eybəcər işə cəlb olunmuşdu. Bu problemlər necə həll olmalıdır? Jurnalistikanın əvvəlki nüfuzunu necə qaytarmaq olar?
- Mətbuat aləmi son illər həqiqətən də problemlər içindədir. Ölkə inkişaf etdikcə media nədənsə zəifləyir. Etiraz bildirəndə də bəziləri mənzili az qala adamın gözünə soxular. Jurnalistlərin problemi təkcə mənzil-məişət şəriati ilə bağlı deyil axı. Mətbuat yayımı çökdürülüb, ölkədə müstəqil, tərəfsiz qəzet qalmayıb, peşəkarlıq unudulub. Jurnalistləri trola, qəzet və sayt redaksiyalarını trolxanalara çevirənlər dövlətə də, onun rəhbərinə də ən böyük pislik edənlərdir. Jurnalistikanın əvvəlki nüfuzunu qaytarmaq, mətbuatı güclləndirmək üçün KİVDF-nin lazımsız, mənasız müsabiqələrindən qurtulmaq lazımdır. Hər il 30 sahə üzrə keçirilən müsabiqələrdə az qala həmişə eyni imzalar qalib elan edilir. Kim məni inandıra bilər ki, bizim ölkədə siyasəti, iqtisadiyyatı, təhsili, tibbi, mədəniyyətin ayrı-ayrı sahələrini eyni zamanda yüksək dərəcədə bilən 5 jurnalist var...
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək