15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qarabağ və Qüds naminə İslam həmrəyliyi - Fotolar
Tarix: 21-05-2020 15:11 | Bölmə: Cəmiyyət

Bu münaqişələrin ədalətli həllində vəhdətin rolu və əhəmiyyəti haqqında Ayətullah Xameneinin baxışları
Giriş: Hazırki təlatümlü dünyada bəşərin müxtəlif sahələrdə möcüzəvi inkişafına rəğmən sanki İslamdan əvvəlki cahiliyyət dövrü yeni bir formada meydana gəlmişdir. Hər gün günahsız insanların qətlə yetirilməsi, köməksiz qadınların və uşaqların didərgin düşməsi, müdafiəsiz müsəlmanların kütləvi şəkildə öldürülməsi və torpaqların işğal olunması haqqında ürəkdağlayan və əzabverici xəbərlər eşitməkdəyik. Təəssüf ki, bu faciələrin əksər qurbanları Suriya, İraq, Yəmən, Əfqanıstan, Bəhreyn, Myanmar və ... kimi İslam dövlətlərinin müsəlmanlarıdır ki, İŞİD kimi təkfirçi-sionist qruplar, yaxud Ali-Səud kimi zahirdə müsəlman olan bəzi dövlətlər tərəfindən qana bulanır və öz ev-eşiklərindən didərgin düşürlər.
Belə acı hadisələr elə bir şəraitdə baş verir ki, İslam dünyasının bədənində başqa yaralar, o cümlədən Fələstin, Kəşmir və Qarabağ yaraları da vardır və bu şəraitdə təbiidir ki, İslam ümmətinin dərin yaralarına bir məlhəm olacaq şəfaverici məcun tapmaq lazımdır. Doğrudan da müsəlmanlar arasında vəhdət və həmrəylikdən başqa daha faydalı və təsirli məlhəm tapmaq mümkün deyil.
İran İslam Respublikası yaranandan bəri daim İslam ümməti arasında həmrəyliyin yaranması və möhkəmlənməsi üçün çalışmış və bu yolda əlindən gələni əsirgəməmişdir. Həzrət Peyğəmbərin (s) mövludu günlərinin “Vəhdət həftəsi” adlandırılması, müsəlmanların ilk qibləsini işğal edənlərə qarşı mübarizənin koordinasiyası məqsədilə İmam Xomeyni (r) tərəfindən mübarək Ramazan ayının son cümə gününün “Beynəlxalq Qüds günü” elan edilməsi, Həzrət Ayətullah Xamenei tərəfindən “İslam məzhəblərinin yaxınlaşdırılması assambleyası”nın yaradılması və “Beynəlxalq vəhdət həftəsi” konfranslarının müntəzəm şəkildə keçirilməsini təkidlə vurğulaması İran islam Respublikası rəhbərlərinin bu barədə təsirli fəaliyyətlərindəndir. Bundan əlavə, son otuz ilə yaxın dövrdə İranın ali rəhbəri daim İslam dünyasında münaqişələrin həlli və sıxıntıların aradan qaldırılmasına kömək məqsədilə İslam ölkələri arasında həmrəylik və vəhdətin vacibliyini təkidlə vurğulamışdır.
Bu məqalənin “İslam həmrəyliyi və Qarabağ” mövzusunda təqdim olunduğunu nəzərə alaraq Ayətullah Xameneinin bu barədə baxışlarını və bəyanatlarını yenidən gözdən keçirmək və onun Qarabağ münaqişəsinin həlli üçün İslam vəhdətinin yaradılması yolunda dəyərli səylərini xatırlatmaq vacib görünür.
İran İslam inqilabı rəhbərinin mövqeyi və baxışı

1. Həzrət Ayətullah Xamenei dünyanın ən nüfuzlu dini və siyasi şəxsiyyətlərindən biri kimi İslam ölkələrinin və təşkilatlarının, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının (əvvəllər İslam Konfransı Təşkilatı adı ilə fəaliyyət göstərirdi) potensialından istifadə edilməsini təkidlə vurğulamışdır. O, 1997-ci il 9 dekabr tarixində İran İslam Respublikasında keçirilən İslam ölkələri rəhbərlərinin səkkizinci sammitinin açılış mərasimində həmin dövlətlərinin yüksək rütbəli şəxslərinin Tehranda olması fürsətindən istifadə edərək özünün mühüm və tarixi çıxışında Qarabağ münaqişəsinə işarə edərək buyurdu:
“Qarabağda və dünyanın bəzi başqa yerlərində müsəlmanlar sıxıntıdadırlar. İslam Ölkələri Konfransı xüsusi komitələr vasitəsilə bu işlərə diqqət ayıra və bütün üzvlərin qatıldığı təsirli bir fəaliyyətlə problemi həll edə bilər.” Göründüyü kimi, İranın Ali rəhbəri bu mühüm toplantıda Qarabağ münaqişəsinin həlli üçün konkret bir təkliflə, yəni xüsusi komitələrin təşkili və bütün üzvlər arasında birliyin yaradılması təklifi ilə çıxış etmişdir. Bu təklif sonralar müxtəlif formalarda İslam Konfransı Təşkilatının Qarabağ münaqişəsi ilə əlaqədar qətiyyətli mövqe ortaya qoyması ilə nəticələndi.
Ali Rəhbərin çıxışından bir gün sonra Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1997-ci il 10 dekabr tarixində Ayətullah Xamenei ilə görüşündə onun çıxışını mənalı, müdrik və iftixarlı bir çıxış kimi dəyərləndirdi və Azərbaycan Respublikasını İslam dünyasının ayrılmaz hissəsi adlandırdı.
2. Ayətullah Xamenei Qarabağ münaqişəsi barəsində İslam həmrəylinin yaradılması yolunda İslam ölkələri rəsmiləri ilə görüş fürsətindən də istifadə edirdi. Belə ki, o, 1994-cü il 11 sentyabr tarixində Pakistanın o dövrkü prezidenti Faruq Əhmədxan Loğari ilə görüşdə Kəşmir, Fələstin, Bosniya və Qarabağda müsəlmanların hüquqlarının pozulmasına göz yumduqlarına görə ABŞ-ı və insan hüquqları tərəfdarı iddialı beynəlxalq birliyi pislədi. Təbiidir ki, İslam inqilabı rəhbərinin İslam dünyasındakı nüfuzunu nəzərə alaraq onun Qarabağın müsəlman əhalisinin hüquqlarının pozulmasına diqqət ayırması və bunu Fələstin məsələsi ilə bir sırada səsləndirməsinin müsəlman dünyasının, həmçinin İslam dövlətlərinin ictimai rəyinin Qarabağ məsələsinə yönəlməsində xüsusi rolu olmuşdur. Ayətullah Xamenei bu sözləri ilə yalnız İslam dünyasını deyil, dolayısı ilə bütün dünya ölkələrini və insan hüquqları təşkilatlarını Qarabaq məsələsində konstruktiv mövqe tutmağa dəvət etmişdir.
3. İran İslam inqilabı rəhbəri Qarabağ münaqişəsinin həlli istiqamətində İslam həmrəhliyinin yaradılması üçün Həcc ziyarəti günlərinə xüsusi önəm verir. O, Həcc ziyarətini Qarabağ müsəlmanlarının məzlumiyyət səslərinin bütün müsəlmanların qulağına çatdırılması üçün münasib fürsət bilir və böyük Həcc konqresinə ünvanladığı çoxsaylı müraciətlərində, həmçinin bu İlahi mərasimin təşkilatçıları ilə görüşündə Qarabağ münaqişəsi və İslam dünyasının məsələyə diqqət ayırmasının vacibliyi barədə çox mühüm sözlər bəyan etmişdir.

- Həzrət Ayətullah Xamnei 1992-ci il 3 iyun tarixində özünün adətən dünyanın önəmli media qurumlarının diqqət mərkəzindəki, Həcc ziyarətində olanlara etdiyi xüsusi müraciətində Şərqin super dövləti olan SSRİ-nin süqutuna və ABŞ-ın islamafobiya fəaliyyətinin artmasını qeyd edərək müraciətinin iki ayrı yerində Qarabağ məsələsinə işarə etmişdir. Əvvəlcə, Qarabağ müharibəsini o dövrün ən acı və qəmli hadisələri sırasında tanıtdırmış, sonra müraciətinin önəmli məqamında təkidlə vurğulamışdır: “Qafqaz regionunda da bəzi ölkələr azca təzyiqlər göstərməklə Qarabağ müsəlmanlarının qətlə yetirilməsinə mane ola bilərdilər, lakin nəinki heç bir ciddi iş görmədilər, əksinə, İran İslam Respublikasının vasitəçilik səylərini sui-qəsd və müxalifətlə hədəfə aldılar və Qafqazın yenicə müstəqillik əldə etmiş xalqlarının taleyinə etinasız olduqlarını bir daha sübut etdilər.”
SSRİ-nin dağılmasından az sonra qəbul olunan bu müraciətdə Ali Rəhbər sionist rejimin cinayətləri, Fələstin xalqı və bəzi rəhbərlərinin vaxtında müqavimət göstərmədiklərindən Fələstinin başına gələn bəlalara işarə edərək və İslam müqavimətinin sionistlər müqablində şücaət və fədakarlığını tərifləyərək buyurdu: “Kommunistlərin 70 il anti-islam təbliğatı apardığı yeni müstəqillik əldə etmiş respublikalarda dinimiz haqqında isti və həyəcanla danışılır, lakin İslama zidd qüvvələr bu ölkələrdə İslam fundamentalizmi təhlükəsindən bəhs edir və onların ən şirin bağlılıqlarını təhlükə kimi qələmə verirlər.”
Göründüyü kimi, Ayətullah Xamenei yenicə müstəqillik əldə etmiş respublikaların problemlərinin həlli üçün İslam həmrəyliyinin formalaşması yolunda maneələrə işarə edərək Fələstin məsələsindən ibrət almağı, anti-islami qüvvələrin sui-qəsdlərindən xəbərdar olmağı və İslami potensialdan, o cümlədən İslam birliyindən faydalanmağı Qarabağ münaqişəsi kimi problemlərin həlli üçün münasib həll yolu olaraq təqdim edir.
- Ali rəhbər 1994-cü il 14 may tarixində də böyük Həcc mərasiminə ünyanladığı müraciətində Qarabağ münaqişəsinə işarə edib və ABŞ kimi bəzi güclərin müsəlmanlara qarşı zahirdə tərəfsiz, əməldə isə düşmənçilik mövqeyini tənqid edərək bildirib: “Məzlum müsəlmanların münaqişənin bir tərəfi olduğu və düşmənlərin zülmünə və təzyiqinə məruz qaldığı bütün münaqişələrdə ABŞ-ın və onun İngiltərə kimi avropalı müttəfiqlərinin izləri görünür, buna misal olaraq ağrılı Kəşmir və Qarabağ münaqişələrini göstərmək olar.”
- İslam inqilabının rəhbəri 1994-cü il 20 aprel tarixində Həcc ziyarəti təşkilatçıları ilə görüşündə Qarabağın Azərbaycan məxsus olduğunu vurğulayaraq buyurub: “Bizim öz yaxınlığımızda, Azərbaycan Respublikasının Qarabağ regionunda müsəlmanların başlarına gətirilənlər elə o (serblərin Bosniya və Hersoqovinada törətdiyi cinayətlər) faciələr kimidir. ”
4. Seyid Əli Xamenei cənabları 1993-cü il 26 iyun tarixində Təbrizə səfəri çərçivəsində Qarabağ məsələsinə toxunaraq buyurdu: “Ermənistan dövləti və Qarabağ erməniləri bu regionun müsəlmanlarına zülm və sitəm edirlər. Biz Qarabağ ermənilərinin Ermənistan dövlətinin köməyi ilə etdiyi son əməllərini pisləyirik və gözləntimiz budur ki, ölkəmiz daxilindəki ermənilər də bu əməlləri pisləsinlər.”
5. Azərbaycan Respublikasının o dövrkü prezidenti Heydər Əliyevlə görüşdə Azərbaycan Respublikası xalqının öz torpaqlarını təcavüzkarlar qarşısında müdafiə etməyi dini prinsip sayaraq demişdir:
“Azərbaycan Respublikası əhalisi ermənilərin təcavüzünə məruz qalmışdır və Ermənistan dövləti bu hadisədə təcavüzkardır. İran erməniləri də keçmişdə Ermənistan dövlətini bu təcavüzkarlığına görə pisləmişdir. Ümid edirik, bu müharibə tezliklə haqq cəbhəsinin qələbəsi ilə sona çatacaqdır.”
Prezident Heydər Əliyev həmin görüşdə vurğulamışdır:
“Azərbaycan Respublikası xalqı 70 il kommunist hakimiyyəti dövründə yaşamasına baxmayaraq, heç vaxt öz milli adət-ənənəsini və əqidələrini unutmamış və müqəddəs İslam dinini öz qəlblərində qoruyub saxlamışdır.”

Görüşün önəmli məqamı ondan ibarətdir ki, Ali Rəhbər Azərbaycan Respublikasının müsəlman və şiə əhalisinin missiyasına təkidlə onların öz torpaqlarını müdafiə etməsini dini bir vəzifə bilmiş və əslində İslam torpağını şəhid vermək bahasına da olsa qorumağın vacibliyini nəzərə çatdırmışdır. Bundan əlavə, təcavüzkarın kimliyini bildirməklə və bu işi pisləməklə, həmçinin Azərbaycan Respublikasını haqq cəbhəsi hesab etməklə Qarabağ münaqişəsi barəsində İran İslam Respublikasının mövqeyini açıq şəkildə bəyanlamışdır.
Nəticə: Qarabağ münaqişəsi SSRİ-nin etnik siyasətinin acı nəticələrindən biri kimi bu regionun sakinləri üçün çoxsaylı maddi və mənəvi faciələrə səbəb olmuşdur. Bu münaqişə yaranandan indiyə qədər müxtəlif səbəblərdən, o cümlədən münaqişə tərəflərinin İran İslam Respublikası ilə qonşuluğu, tarixi və mədəni ortaqlıqlara malik olmaları və daha önəmlisi Ali Rəhbərin Qarabağ müsəlmanlarının vəziyyətinə həssaslıqla yanaşması və bundan narahatlığı səbəblərindən ölkəmizin xarici siyasətinin diqqət mərkəzində olmuşdur.
İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri kimi Qarabağ münaqişəsi başlayan andan tərəflər arasında davamlı vasitəçilik fəaliyyəti ilə münaqişənin miqyasının genişlənməsinə mane oldu. Bu səylər 1992-ci ilin 7 may tarixində Tehranda Azərbaycanın və Ermənistanın o dövrkü rəhbərlərinin bəyanat imzalaması ilə nəticələndi. Lakin münaqişənin bitməsi ilə razılaşmayan və İran İslam Respublikasının konstruktiv rol oynamasına qarşı çıxan bəzi region ölkələrinin təxribatı səbəbindən bu təşəbbüs Tehranın bəyanatına zidd olaraq Ermənistan tərəfindən atılan addımlardan və Şuşanın işğalından sonra nəticəsiz qaldı. Doğrudur, İslam Respublikası vasitəçilik fəaliyyətinə paralel şəkildə Qarabağın müsəlman qaçqınlarının acılarını azaltmaq üçün heç bir köməkliyini əsirgəmədi. Qarabağ qaçqınları üçün 100 min nəfərlik qaçqın düşərgəsinin salınması və onların ilkin ehtiyaclarının və təhlükəsizliklərinin təmini, həmçinin İmam Xomeyni (r) İmdad komitəsinin uzun illər ərzində bəzi qaçqınların maddi təminatını təyata keçirməsi İranın İslam həmrəyliyi amalına əsasən reallaşdırdığı dəstək fəaliyyətlərindən bəzi nümunələrdir.
İran dövləti keçən illər ərzində Ali Rəhbərin təyin etdiyi siyasətə əsasən daim Azərbaycan Respublikasının ərazi bütövlüyünü, Qarabağ münaqişəsinin beynəlxalq prinsiplər və beynəlxalq sərhədlərin qorunması əsasında ədalətli həllini təkidlə vurğulamışdır. Ölkəmiz daim beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.
Qarabağ və digər beynəlxalq münaqişələrin ədalətli həllinə dəstək üçün İslam həmrəyliyi məsələsinin gündəmdə saxlanılması İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindəndir. Bu dövlətin araşdırma mərkəzləri, elm və mədəniyyət xadimləri müxtəlif elmi konfranslar və toplantılar təşkil etməklə, həmçinin Azərbaycan Respublikasının elm və mədəniyyət mərkəzlərinin toplantılarına qatılmaqla Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addım atırlar.
Seyid Əli Musəvi
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək