15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ağrının on ikinci balı - Vaqif Osmanov yazır
Tarix: 13-05-2020 20:45 | Bölmə: Cəmiyyət

“İblisin busəsi”nin şirinliyini, “Azan gəmilərin limanı”nın yerini, “Hürməyən küçüyün ariyası”nın səsini, “Sükutun rahatlığı”nı yaxşı bilən yazıçı Yaşar Bünyadın bir hekayəsini - “Yüz birinci məktub”u oxudum və ürəyimdə Yaşar müəllimi qınadım: “Ay insafsız, oxucunun ürəyini nəzərə almırsan, alma, bəs öz urəyin? Bilirəm ki, bir az narahatdı, yanından meh əsəndə payızda ağacda qalan yarpaq kimi titrəyir, həssasdır, elə mənim ürəyim də. Yaradan şəfqətini əsirgəməsin.
Yüzlərlə məktub oxumuşam. Amma bu onlara bənzəmədi. Hekayəni oxuyandan sonra təəssüratımı yazmaq istədim. Ovqatım təlx idi. Ha fikirləşdim, yazıma adqoydu edə bilmədim. Yazdıqca ağrıdan başqa gözümün qarşısında heç nə görmədim. Hətta ağrının dozasını, dərəcəsini, rəngini təyin etməyə girişdikcə yazacaqlarımı unudurdum. Bu hekayəni insanlığın zəlzələsi sandım. Gücünü Rixter cədvəli ilə ölçə bilsəydim, on iki balla (son hədd) qiymətləndirərdim. Çox fikirləşəsi halım qalmamışdı. Ona görə də yazıma ad tapanda sevindim. Qoy, “Ağrının on ikinci balı” olsun...
“Yazmağı öyrənənə kimi deyəcəklərini ürəyinin bir küncündə qoruyan, yaddan çıxmasın deyə tez-tez təkrarlayan, ürəyi tab gətirməsə heç olmasa yaddaşına ilişib qalacağına” ümidli körpə qız uşaq evinə gəldiyi günü, anasını, anası ilə gələn yekəqarın əmini, anasının o əmini çoxdan tanıdığına şübhəsi olmadığını yaxşı xatırlasa da, atasını, evlərini heç yada sala bilmirdi. Bircə öz varlığı qədər hiss etmişdi ki, o, atılmışlardandır. Amma onun ürəyində öləzimiş ümidin işartıları hələ boylanmaqdaydı. Vay o günə ki, o ölə...
Yazmağı öyrənəndən sonra yazdığı məktubların anasına yetişməyəcəyini, oxumayacağını çox sonradan - Qapıçı əminin dediklərindən anlayan talesiz qızcığaz “yuxusuzluqla əlbəyaxa gecəni gündüzə qatan”dan o, “hamının həsrətlə, ümidlə gözlədiyi hər açılan səhərə nifrət edirdi”. Amma yenə də möcüzəyə inanırdı bu günahkar zamanın məsum övladı:
“O gündən gözünün qəmi nəmli gözlərimə hopub... Gözləyirəm... Heç məni yadına salırsanmı? Gözlərində şəklim qalıbmı, ana?.. Deməli hər şey yaxşı olmadı. Yoxsa aldatmazdın məni. Niyə aldadasan ki? Axı analar yalan danışmaz.... Yəqin sən də acı çəkirsən, mənim kimi... Məni heç əzizlədinmi, ana? Nağıl danışıb uyumağımı gözlədinmi? Gözlərimdən öpdünmü? Əgər öpdünsə, niyə yadıma sala bilmirəm, axı niyə?! Öldür, yadıma düşmür”...
Bu ağrılı sadə və cavabı tapılmayan sualların hekayənin lirik qəhrəmanının yüz bir məktubunda da təkrarlanmağına şübhə yoxdur. Dərd insanı sevindirməsə də vaxtsız böyüdərmiş, hətta körpə ikən filosof olmağa məcbur edərmiş.
Bir nüansı da vurğulayım ki, yazılarımda müqəddəs insanın - Ana sözünün birinci hərfini dilimizin orfoqrafik qaydalarına zidd olsa da, həmişə böyük hərflə yazmağa adət etmişəm. Bu hekayədəki ürəyi, beyni boş, analıq hissləri ölmüş anaya bunun dəxli yoxdur. Hətta bu sözü dırnaq arasında yazmaq da könlümdən keçdi. Yazmadım. Analara hörmət naminə. Yenə deyirəm, bu hekayədəkinə yox. Çünki belə anaların buna haqqı çatmır. Körpə qızcığazsa hər an anasından nigarandır:
“Yəqin sən də acı çəkirsən, mənim kimi... Bəzən ağlıma elə axmaq fikirlər gəlir ki!.. Fikirləşirəm, bəlkə sən heç mənim anam deyilsən?! Hə, bilirəm, çox axmaq fikirdi. Bağışla... Hətta belədirsə də, demə, ana, inamımı qırma, ümidimi heç eləmə... Yaxşı?.. Qoy bu, sənin ən böyük sirrin olsun. Mən sirr saxlamağı bacarıram, ana. Yol gözləmək dəhşətdi, ana, bilirsənmi necə dəhşətdi?.. Çox yoruldum gözləməkdən...”
Burada - “hamı kimisə gözləyən” uşaq evində “ümidlərin sonsuzluqda” olduğunu anlayandan sonra yaşamaq cəhənnəm əzabından betərmiş... Nədir bu gözləri yolları yoran, özü də “çox yoruldum, gözləməkdən” yazsa da ümidinə xilaf çıxmayan bu talesizin günahı? Şəhvətini cilovlamağı bacarmayan anamı, yekəpər, lopabığ əmilərmi? Hələ bir yuxu görəsən, bir qız doğma ananı “ana!” deyə çağıra, “doğma ana da ona “can bala!” deyib sarıla, əzizləyə, yanağından öpə. Yuxudan tər içində ayılasan, hönkür-hönkür ağlayasan, çünki o qız sən deyilsən...”
Belə ana məhəbbətinə həsrət körpələr gecəyə, yuxuya, sevgisi axtalanmış anaya, gecikdiyi üçün anasının üstünə çəmkirən, “əl-qol atan” əmilərə necə nifrət eləməsin? Cəmiyyətimizin stresslərinə biganə qalmayanların aqressivliyinə haqq qazandırmasam da belələri necə rəhmdil, xeyirxah olsun?
Amma Yaşar Bünyadın genişürəkli qəhrəmanı səmimidir, mərhəmətlidir, anası üçün “hər şeyin yaxşı olmadığına, anasının onu aldatmadığına” inanır, “yol gözləməyin dəhşəti onu yorsa da”:
“Samir yol gözləmir. Çünki “heç kimi yoxdu, ata-anası, qohumlar müharibədə minaya düşüblər...”
Rüstəm heç kimi gözləmir, çünki heç kimi yoxdu, evləri qazdan partlayıb... “Rüstəm həmişə od-alov şəkli çəkir...”
Samirə yuxularındakı anasını çəkir. “Yuxuda analar çox gözəl olur” - deyir...
Gülnarə onu döşəməsilənlə döyən ögey atasını çəkir...
Qahir bacı-qardaşını çəkir. Deyir ki, böyüyüb onları axtaracam, mütləq tapacam!
Alik Moskvada anasıyla qalan bacısını”...
Anasına yüz bir məktub yazan isə... Qəlbində dostlarından çox şəkillər çəkirdi: onu atıb gedən anasının, yekəqarın əminin, “heç yadına gəlməyən ata”sının. Xatırlamadığı, görmədiyi adamı necə sevəydi? Ona görə də özünə kövrək təsəlli verir:
“Sevmədiyim adamı unutmaq asan olurmuş...”
Ancaq televiziya kanalları çəkilişə gələndə direktorun tapşırığı ilə təzə paltar geyinən, iyirmi dəqiqəlik süjetin yarısını direktor danışan, ancaq müğənniləri iri planda göstərib uşaqları “unudan” əmilər... Yazıçı direktorların, şou-biznes sənətciklərinin özünü reklamının alt qatlarını vurğulamaqla onların təmənnalı “xeyirxah”lığının arxasında nələr gizləndiyini bizim mühakiməmizə verir. Düşünün, insanlar, biz talesiz, sevinc qanadları qırılmış məsum uşaqlara belə necə “mərhəmət”liyik...
Yazıçı hekayənin uşaqlığında müdrikləşən qəhrəmanının qarşısına “hər dəfə anaya yazdığı məktubu gətirəndə ölüb-dirilən Qapıçı əmi”ni çıxaranda, həyatı ağdan çox qaraya bürünmüş lirik qəhrəmandan çox bəlkə də mən sevindim. Məsum qızın ümid adlı saf və şirin dünyasını qurub-yaradan, yaşadan Qapıçı əminin “isti nəfəsi, gözlərindən onun yanağına düşən ilıq göz yaşı”, ömrü boyu görmədiyi və dadmadığı doğmalıq yığvalı qaranın dünyasının rəngini dəyişəcəkdi. Amma... Bunu da qoca və fani dünya ona çox gördü. Yazdığı məktubları o, Qapıçı əmiyə verirdi ki, anasına yollasın. Çünki Qapıçı əmi demişdi ki, anasının ünvanını direktordan öyrənib. “Şimal ayısıyam” söyləyən, uşaq evi həm evi, həm də iş yeri olan Qapıçı əmi onun inam və ümid “talisman”ı, həm də şad xəbərlər gözlədiyi poçtalyonuydu...

Yaşar Bünyad
Bir həftə əvvəl anasına ünvanladığı yüzüncü məktubu Qapıçı əminin otağında görən qızın qulaqlarında qapıçı əminin səsi bir ömür boyu yaşayacaqdı:
- Bunlar sənin... ordakılar hamısı... sənin mək... məktublarındı... O vaxt sənə yalan demişdim, lənət şeytana!.. Ünvan-zad yox idi. Olmayıb. Yoxdu. Ünvansız məktublar isə sahibinə çatmır... Mən sənə ümid vermək istəyirdim... Daha bacarmıram. Bacarmiram! Hər dəfə anana yazdığın məktubu gətirəndə ölüb dirilmişəm. Daha dözə bilmirəm... Bilirsən ananın imzaladığı hansı sənədlər olub? Bilmirsən... O... o səndən imtina edib. Başa düşürsən? Həmişəlik! Bağışla, bacarırsansa, mən axmaq qocanı bağışla... qızım...
Qapıçı əminin bir damla göz yaşı əslində mərhəmətə həsrət qalmış insanlığı heç olmasa səksəndirməli, qəflət yuxusundan oyatmalıydı. Oyatdımı? Heç tükü də tərpənmədi insanlığın. M. Ə. Sabirin azı bir əsr bundan qabaq dediyi “daş qəlbli insanları neylərdin, ilahi?” naləsi hələ də buz bağlamış yerlərimizə təsir etmirsə, biz geriyə addımlamaqdayıq. Ona görə də bizim quduz şəhvət, tamah, nifrət ağacımız həmişəbahar ömrünü yaşayır...
Bu ağrılarla limhəlim dolu hekayə isə həyatında qaradan başqa rəng tanımayan yüz bir məktub yazıb təkcə daş qəlbli anasından yox, həm də çirkab içində boğulan zəmanədən imdad uman bir Vətən övladının iztirablarının sonu olmasa da, sonuncu məktubu idi. Bu məktubu heç kim oxumayacaqdı. Nə yekəpər əmidən qorxan, o biri qızına “can bala!” deyən anası, nə də “şimal ayısıyam!” deyən Qapıçı əmi. Onun bu məktubu yetim idi, lap özü kimi...
“Yüz birinci məktub”un son cümləsi məni haldan-hala saldı, izaholunmaz vəziyyətlə üzbəüz qoydu, iç dünyamda təlatüm yaratdı:
“...Bu gün onu dəfn etdik, sənə yazdığım məktublarla birgə...”
Sözün aciz qaldığı, ümidlərin yerin və göyün zülmət boşluqlarında dəfn edildiyi an...
Yox, mən belə fikirləşməkdə çox insafsızlıq etdim. Kölgə varsa, işıq da var. Mən işıq “xəstə”siyəm. Hələ neçə il əvvəl ünlü yazıçı Kənan Hacının “Qara pişik” hekayəsində qaranlıqda qara pişiyin gözlərindəki işığı görəndə elə bil dünyanı mənə vermişdilər. “Yüz birinci məktub”da da adətimdən əl çəkməyib işıq axtardım və tapdım. N. Kalderonun fikrinə istinad edərək bu nəticəyə gəldim ki, tale cəsurların tərəfindədir...
Düşündüklərimi qələmə alanda “tale”, “talesizlik”, “məsum”, “qızcığaz” (əzizləmə mənasında) kəlmələrini tez-tez işlətdim, yazıya açar sözlər kimi, amma “yazıq” kəlməsini yox...
Dahi Hüseyn Cavid əfəndi “hər ümidsizlikdə bir ümid, hər qaranlıqda bir ümid yaşayır” deyirdi.
Cənab Şahabəddin “Tiryaki sözlər”dəki örnəklərin birində vurğulayır ki, tale acizləri qorxudur, cəsurlara cəsarət verir.
“Cəsur”, “cəsarət”, “mübarizə” sözlərində həmişə işıq görmüşəm, eləcə də, mərhəmət, ədalət, iradə, azadlıq sözlərində...
Mən bir ilahi işıq gördüm o məsum qəhrəmanın gözlərində, sözlərində, zəkasında...
Vaqif OSMANOV
(Mart 2020)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək