15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“...Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” - Elçin Mirzəbəyli yazır
Tarix: 11-05-2020 13:49 | Bölmə: Cəmiyyət

Yaxud mədəniyyətin mədə niyyətliləri
...İlk dəfədir ki, yazıya haradan və nədən başlayacağımı bilmirəm. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat məni sözün bütün mənalarında sarsıdıb. Etiraf edim ki, korrupsioner, rüşvətxor icra başçılarının və onların əlaltılarının tükürpədici cinayət əməllərinin gün işığına çıxarılması məni bu qədər silkələməmişdi. Sarsıldım, amma təəccüblənmədim. Qarışıq hisslər yaşadım və bu hisslər hələ də məni tərk etməyib.
Nə üçün sarsıldım?
Ona görə ki, Mədəniyyət Nazirliyi bir dövlətin, xalqın mənəvi aynasıdır, mədəni simasıdır, dünyaya açılan pəncərəsidir. İstəsək də, istəməsək də dünya bizə bu pəncərədən baxır. Bu baxımdan, adıçəkilən nazirlikdə nələrin baş verdiyini təxmin etsəm də, hətta konkret faktlar haqqında məlumatlı olsam da..., yenə də sarsıldım. Və uzun müddət özümə gələ bilmədim.
Ona görə sarsıldım ki, illər boyu mədəniyyəti oynayan bir qrup adam mənəviyyatımızı rüşvətə, korrupsiyaya bulamaq kimi dəhşətli bir cinayətə imza atıb, bunu həyasızcasına gözə kül üfürməklə gizlətməyə çalışıb, mediadakı uzantıları vasitəsi ilə ayrı-ayrı fərdlərin gördüyü işi öz adına çıxarmağa cəhd göstərib. Və bəzən bunu bacarıb da...
Ona görə sarsıldım ki, vaxtilə çalışdığım bu nazirlikdə tutduğu vəzifəsindən asılı olmayaraq, insanların indiki imkanlarla müqayisə edilməyəcək qədər kiçik maliyyə vəsaitləri ilə nə qədər böyük işlərə imza atdıqlarının, necə fədakarlıqla çalışdıqlarının şahidi olmuşam.
Ona görə sarsıldım ki, uzun illər boyu Azərbaycana şərəflə xidmət edən, ifşa edilən və edilməyən, yaxud hələlik edilməyən məmurların basqı və təzyiqləri altında milli mədəniyyətimizi təbliğ etməkdən usanmayan ləyaqətli insanların əzablı simaları gəldi gözümün önünə...
Bu düzənə etiraz edənlərin hansı şər, böhtan kampaniyaları ilə üzləşdiklərini, dışlandıqlarını xatırladım.
Amma heç təəccüblənmədim…
Ona görə ki, son illər Azərbaycanda həyata keçirilən bütün böyük layihələrin, mədəniyyətimizin dünyada təbliği ilə bağlı görülən bütün işlərin Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini bilirdim. Bunu hər kəs bilir...
Təsəvvür edin, əgər Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyinin görməli olduğu işləri həyata keçirməsəydi, indi dünyanın qarşısında rüşvətxor, korrupsioner, daxili mədəniyyətdən ən azı yüz illik bir zaman kəsiyi qədər uzaq olan məmurların obrazı ilə necə görünəcəkdik...
Təəccüblənmədim, ona görə ki, bu nazirlikdə fəxri adlarla, mükafatlarla, vəzifələrlə, xarici səfərlərlə necə alver edildiyini bilirdim. Nazirlikdə hansı səbəblərdən klub və mədəniyyət evlərinin, bəzi kitabxanaların, teatr və konsert müəssisələrinin idarə edilməsində hələ də “sovet təsərrüfat sistemi”nin tətbiq edilməsindən, ideoloji baxımdan əhəmiyyətini çoxdan itirmiş bu təsisatların hansı səbəblərdən dövlətin çiynində yük kimi saxlanıldığından, bəzilərinin isə necə yağmalandığından məlumatlı idim.
Təbii ki, bütün bunlardan sonra ortalığa haqlı bir sual çıxa bilər: Bəs nə üçün bu barədə indiki qədər açıq mətnlə yazmamışam?
Qoy deyim: Deməli, son 10-12 il ərzində ayrı-ayrı kütləvi informasiya vasitələrində, xüsusilə də internet resurslarında Əbülfəs Qarayev və Mədəniyyət Nazirliyi ilə bağlı yayımlanan tənqidi və hətta jurnalsitikanın və mənim şəxsi prinsiplərimlə daban-dabana zidd olan bütün yazıların “günahını” məndə görüblər. Əsasları da nə olub? Həmin yazıların yayımlandığı saytların rəhbərlərinin mənimlə şəkillərinin olması... İndi belə bir möhtəşəm “analitik təfəkkür”ün sahibi olan bir adamın və onun “müəssisə”si haqqında açıq mətnlə nə isə yazsaydım, o zaman şübhə etmirəm ki, məni çox asanlıqla “Vətənə xəyanət”də də ittiham edə bilərdilər. Və Qarayevin mediadakı “şəbəkə rəhbəri” də, böyük məmnuniyyətlə, həm də “xüsusi peşəkarlıq” nümayiş etdirərək “yemlədiyi” KİV-lərdə bu ittihamın tirajlanmasına nail ola bilərdi...
İndisə keçək mətləbə.
Ola bilsin ki, kimsə Mədəniyyət Nazirliyinə hələ də öz məhdud dünyagörüşü çərçivəsindən “çalıb oynayanların təsərrüfat idarəsi” kimi yanaşır.
Ola bilsin ki, buna müəyyən əsaslar da verilib. Amma Azərbaycan kimi torpaqları işğal altında olan, tarixi, mədəni, dini abidələri dağıdılan, məhv edilən, bütün dünyada azərbaycanlıların mənfi obrazını yaratmağa çalışan, bizi bəşəriyyətə qəddar, qaniçən xalq kimi təqdim etməyə çəhd göstərən azğın, simasız, riyakar bir düşmənlə üz-üzə qalan bir ölkə üçün Mədəniyyət Nazirliyi Müdafiə Nazirliyi qədər önəmli bir strukturdur.
Qeyd edim ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında bir sıra mühüm məqamlarla yanaşı, Ermənistanla aparılan informasiya müharibəsində buraxılan boşluqlara da diqqət çəkmişdi.
Cənab Prezidentin sözügedən nitqindən bununla bağlı seçdiyim iqtibası hörmətli oxucuların diqqətinə çatdırıram:
“XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır”.
Bəli, bu xüsusi bir istiqamət olmalıdır və Mədəniyyət Nazirliyi də bu işə bütün digər strukturlardan daha çox töhfə verməlidir. Amma bunu bacarırmı, yaxud bacarıbmı?
Mədəniyyət Nazirliyi bu günədək ortalığa normal bir internet resursu belə qoymağı bacarmayıb. Elektron kitabxana sisteminə sərf olunan vəsaitlərin necə və hara xərcləndiyini görmək, bu işin hansı keyfiyyətdə həyata keçirildiyini müəyyənləşdirmək üçün, elə həmin resurların özünə nəzər salmaq yetərlidir. İşğal altında olan torpaqlarımızdakı tarixi, mədəni abidələrin necə dağıdıldığı, məhv edildiyi barədə məlumatların faktlarla təsbit olunduğu internet resursları, həm informasiya, həm də emosional yükü olan kiçik, yaxud böyük həcmli filmlər necə, hazırlanaraq dünya miqyasına çıxarılıbmı?
Bu sahədə görülən bütün peşəkar işlərdə yalnız Heydər Əliyev Fondunun imzası var, vəssalam! Çünkü Mədəniyyət Nazirliyinin başbilənləri daha “vacib”, daha “mühüm” işlərlə məşğul olublar.
Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin saxlanılması da bu “vacib” və “mühüm” işlərin nələrdən ibarət olduğunu, məsul şəxslərin onlara həvalə edilən strateji vəzifələrin öhdəsindən necə gəldiklərini sübuta yetirir.
“Turana qılıncdan daha kəskin ulu qüvvət...”
Azərbaycan yalnız bu ölkənin mövcud hüquqi sərhədləri çərçivəsində yaşayan insanların deyil, bütün dünya azərbaycanlılarının Vətənidir! Sayımız 50 milyondan çoxdur! Biz dünyanın böyük xalqlarından biriyik! Ayrı-ayrı ölkələrdə, öz tarixi torpaqlarımızda, yaxud başqa ölkələrdə yaşasaq da, bizi ortaq dil və mədəniyyət birləşdirir. Bu gün azərbaycanlıların mənəvi birliyini, həmrəylini təmin etməyin yeganə yolu MƏDƏNİYYƏTDİR! Böyük Cavid XX əsrin əvvəllərində
“Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”, - deyə hayqırırdı.
Cavid hazırda 300 milyondan artıq insanın yer aldığı bir mədəni məkanı nəzərdə tutaraq, birliyin, həmrəyliyin yolunu göstərirdi...
“Topal Teymur” əsərinin qələm alındığı dövrdən 100 ildən çox vaxt keçir. Artıq 29 ildir ki, ayaqda olan, milli dəyərlər üzərində qurulan müstəqil dövlətimiz var. Bəs bizim 50 milyonluq azərbaycanlıya ünvanlanmış mədəniyyət siyasətimiz hardadır?
İranda 30 milyondan artıq soydaşımızın yaşadığını deyirik. Sadəcə deyirik, vəssalam.
Öncə qeyd edim ki, biz heç bir dövlətə qarşı ərazi iddiası irəli sürmürük. Amma onlar bizim bir parçamızdır. Azərbaycanın güneyində çox böyük mədəni, yaradıcı potensial var. Müasir dünyada bir xalqın birliyi, bütövlüyü üçün onun bütün fərdlərinin eyni dövlətin sərhədləri çərçivəsində yaşaması vacib deyil. Əsas şərt mədəni birlik, mənəvi bütövlüyün təmin edilməsidir.
İmkan düşdükcə, sosial şəbəkələr üzərindən güneydə yaşayan soydaşlarımızın mədəni həyatını izləməyə çalışıram. Bəzən Azərbaycan mahnılarını böyük şövqlə, hətta bizim müğənnilərdən daha artıq bir sevgiylə və daha yüksək peşəkarlıqla ifa etdiklərinin şahidi oluram. Nə musiqi məktəbləri var, nə rəqs dərnəkləri... Bəzi yerlərdə yeni-yeni yaranmağa başlayıb...
Nədən onları ölkəmizə çağırıb konsertlərini təşkil etmirik?
Nədən mədəni məkanımızı 50 milyon insanın yaşadığı coğrafiya qədər genişləndirmirik?
Milli mədəniyyət tam, bütöv bir anlayışdır. Onun əhatə etdiyi mədəni məkan da tam və bütöv olmalıdır. Günahı hər zaman kənarda axtarmağa alışmışıq. Soydaşlarımızı rahatlıqla bu və digər məsələdə ortalığa vahid mövqe qoymamaqda ittiham etməyə də həmçinin... Amma unuduruq ki, vahid milli-mədəni məkan olmayanadək vahid milli mövqe də olmayacaq. Vahid milli-mədəni məkanın yaranması üçün isə ilk növbədə bu işə məsuliyyət daşıyan qurumlar bu məkanın sərhədlərini hiss edə bilən, milli əxlaqlı, müasir düşüncəli və öz işinin peşəkarı olan mütəxəssislərdən təşkil edilməlidir.
Bu bağlamda dəyərli oxucularımızın diqqətini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzetinə müsahibəsində yer alan bəzi məqamlara cəlb etmək istəyirəm.
Qüdrət Həsənquliyev deyir: “Bu gün cənublu soydaşlarımız İranın fars yönətiminə Qarabağ siyasəti ilə əlaqədar təsir edə bilmirsə burda bizim də günahımız var. İrandan xaricə mühacirət etmiş soydaşımız Bakıya gəlir, Diaspora Komitəsindən görüş istəyir, mən də xahiş edirəm ki, bu adamı dinləyin, amma xeyiri yoxdur. Başları başqa işlərə qarışıb. Mədəniyyət Nazirliyi qardaş Türkiyənin də müvafiq qurumlarını bu işə cəlb etməklə milli, mədəni birliyimiz naminə Cənubdakı hər kəndimizdə, şəhərimizdə incəsənət xadimlərimizin görüşlərini təşkil etməli, cənublu mədəniyyət xadimlərini, farslar da daxil, Azərbaycana dəvət etməli idilər, amma yox, onların da başı başqa işlərə qarışıb. Biz müstəqil dövlət kimi siyasiləşmiş dini təbliğatla “kor edilmiş” cənublu soydaşlarımızın milli kimliklərini dərk etmələri, onunla qürur duymaları və farslardan təbii, ayrılmaz milli haqlarına, heysiyyatlarına hörmət edilməsini tələb etmələri üçün məsuliyyət daşıyırıq”.
Kifayət qədər açıq və birmənalı ifadə olunub deyə, əlavə şərhə ehtiyac duymuram.
Amma mədəniyyətimizlə bağlı toxunulacaq, şərh olunacaq başqa məqamlar da var. Və hesab edirəm ki, bu məqamlar haqqında mədəniyyət adamları danışmalıdırlar. Həm də kluarlarda səsləndirdikləri tükürpədici faktları da açıqlamaqla...
Azərbaycan mədəniyyətinin gələcəyi həm də onların cəsarətindən asılıdır.
Elçin Mirzəbəyli
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək