15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycanlı iş adamına qarşı ağır ittihamlar irəli sürülür
Tarix: 13-04-2020 18:40 | Bölmə: Cəmiyyət

“Bir müddətdir “Mosenerqo”nun hesabdarları Yeni Moskvada və paytaxtın cənub-şərqindəki “Nijniye Polya” küçəsi ərazisində elektrik enerjisi sərfiyyatının görünməmiş dərəcədə artığını qeydə alırlar. Amma həmin ərazilərdə əhalinin xüsusi artımı müşahidə olunmur və sənaye istehsalında da durğunluq var”.
Reyting.az xəbər verir ki, bu, Чечня FREE.RU saytında azərbaycanlı iş adamı ilə bağlı “Qod Nisanovun dəftərindəki “Çukça“ ləqəbli adam kimdir?” başlıqlı məqalədə yazılıb.
Sayt, elektrik enerjisinin istifadəsindəki artımın səbəbinə aydınlıq gətirməyə çalışıb:
“Sıçrayışın səbəbləri aydındır: 2014-cü ildən bu yana Yeni Moskvadakı Mamıri kəndinin yaxınlığında “Food City” topdansatış bazarı 91 hektarlıq ərazidə gurultu və hay-küy salıb. “Nijniye Polya”nı sivilizasiyaya birləşdirən isə eyni gurultunu qoparan “Sadovod” bazarı ilə “Yujnıe vorota” avtovağzalıdır. Bütün bu topdan-pərakəndə ticarət obyektələri “Rusiya daşınmaz əmlakının kralı”, Azərbaycandan olan tat-dağ yəhudisi Qod Nisanova məxsusdur. Onun çox şeyi var, ancaq bu obyektlər daha gəlirlidir və Nisanov ilə şəriklərinə ildə ən azı bir milyard yarım təmiz gəlir gətirir. Söhbət rəsmi gəlirdən gedir. Qeyri-rəsmi gəlirin nə qədər olduğunu isə ancaq ehtimal etmək olar. Görünən qisim olan müxtəlif ticarət obyektləri, dükanlar, mağazalar, kafelər, bərbərxanalar, anbarlar və digər infrastrukturlar əsas gəliri gətirən görünməyən hissəni – müxtəlif dərəcəli və ağırlıqlı narkotik maddə alverini, onu dərhal tamamlayan “sevgi” və əyləncə biznesini gizlətməyə xidmət edir. Ən müasir yeniliklər də Nisanova yad olmadığından o, gizli kabinetlərdə və topdansatış bazarlarının geniş zirzəmilərində kriptovalyuta “mayninq”i (ing. “mining”) fabriklərini yerləşdirib.
Qısaca ifadə etsək, bu “şaxta-fabriklər” məlum blokçeyn texnologiyası və İnternet vasitəsilə bitkoinlər və digər kriptovalyutalar əldə etməyə, sonra onları adi milli pullara çevirməyə imkan verir. Burada Mərkəzi Bank bitkoinlərə nəzarət edə, hüquq-mühafizə orqanları keçirdikləri reydlər zamanı onları tuta bilmirlər: kriptovalyutaları, necə deyərlər, trans-sərhəd üsulları ilə köçürmək və nağdlaşdırmaq mümkündür. Bu əməliyyat cinayətkarlar, terrorçular və bu bizneslə yaxından maraqlanan bütün fırıldaqçılar üçün əlverişlidir. Mayninqin (bitkoin əldə etmək) yeganə çatışmayan cəhəti çox güclü kompüter sistemi və həddindən artıq çox elektrik enerjisi tələb etməsidir. Son iki-üç ildə “Sadovod”, “Food City” və “Yujnıe vorota”nın elektrik enerjisi istifadəsini kəskin artırmaları, bunun üçün kabelləri, elektrik avadanlıqlarını yeniləmələri, elektrik kəsintilərinin qarşısının alınması üçün ehtiyat dizel generatorlar qoymaları bundan ötrüdür.
Qanunsuz pulların yuyulmasına və onlardan terror məqsədilə istifadəyə qarşı mübarizə aparan Beynəlxalq FATF (Financial Action Task Force) təşkilatı bu cür “fabrikləri” aşkar etməyə çalışır. Bunun üçün əsas etibarilə həm “şaxtalarda” istifadə olunan elektrik enerjisinin artım dinamikasını, həm də əldə olunan kriptovalyutanın təxmini həcmini müəyyənləşdirməyə imkan verən üsul tətbiq olunur. Beləcə, Nisanovun sözügedən obyektlərinə tətbiq olunan metod göstərir ki, onun zəhmətkeş çinliləri (onlar mayninq üzrə dünya lideri olan ÇXR-dən xüsusi olaraq bunun üçün dəvət olunublar) öz sahibləri üçün hər gün 200 milyon rubl məbləğində kriptovalyuta qazanırlar! Bütün kənar subyektlər üçün qəti çəkildə qapalı olan, dünya üzrə əldə olunan blokların 2 faizinə malik xüsusi gürcü “pul”u (burada “pul” sözü kapitalist inhisarı növlərindən biri kimi başa düşülməlidir – tərc.) “Bitfury“dən istifadə edərək nə qədər rublu bitkoinlərə və valyutalara çevirib xaricə köçürdüklərini tam dəqiqiliyi ilə yəqin ki, ancaq FATF deyə bilər. Yeri gəlmişkən, bu xidmət Moskvada əldə olunan və “pul”ların miqdarına görə Rusiyanı dünyada beşinci yerə çıxaran kriptovalyutanın görünməmiş sıçrayışını qeydə alıb”.
Чечня FREE.RU daha sonra Q. Nisanova qarşı digər ittihamlar irəli sürür:
“Kriptovalyuta Qod Nisanova təkcə əlavə gəlir kimi lazım deyil. Əsas məqsəd və mənfəət Rusiyada qazanılan böyük pulları sərhəddən xaricə – Moskvadakı maymaq yerlilərə arabir baş çəkən uğurlu müstəmləkəçi Nisanovun əsas yaşayış yerinə keçirməkdir. Nisanovun qurbanlarından biri də iş adamı İlqar Hacıyevdir. O da azərbaycanlıdır, ancaq nə dağ yəhudisidir, nə də tat. Yəqin elə buna görə, Nisanov onu əvvəlcə bir sıra yaşayış binalarını birgə inşa etməyə dəvət edib, sonrada sınaqdan çıxardığı üsullarla ona “atıb”, on milyonlarla dollar məbləğində aktivlərini quldurcasına qəsb edib. Bu hadisə elektron KİV-də geniş işıqlandırılıb və hüquq-mühafizə orqanlarında hərtərəfli araşdırılır.
Lakin çox mühüm bir detal pərdə arxasında qalır: özünün yetərincə iş adamı olan Moskva üçün kənar və yad olan Nisanov və onun şəriki İliyevin gücü nədədir? Niyə onlara heç kəsin dişi batmır? Onlar nə üçün öz vətənləri Azərbaycana qayıtmırlar? Nisanov çox sadə bir səbəbdən qorxubilməz və cəzasız fəaliyyət göstərir, öz cinayətkar çevrəsini günü-gündən genişləndirir; çünki Moskva meriyasında qüdrətli himayədarları var. Əvvəllər bu şəxs Yuri Lujkov idi, indisə Nisanovun kapitalı Sergey Sobyaninin gözlərini qamaşdırır.
İlqar Hacıyev xatırladır ki, Nisanovla şərik işlədiyi vaxtlar sonuncu Sobyaninə vermək üçün ümumi dövriyyədən 12 faiz çıxarırmış. “Rusiya daşınmaz əmlakının kralına” müntəzəm təqdim olunan xərclər və rüşvətlər “qara mühasibatında “Çukça – 12 faiz” qrafası varmış. Belə bir “şərti” işarənin arxasındakı məkrlilik aydındır: möhtəkir keçmişə malik hər bir şəxs kimi Nisanov da qəlbində rüşvət verməyə məcbur olduğu məmurlara nifrət edir, çünki onları müftəxor, özünü isə ağlı və alın təriylə çalışan zəhmətkeş sayır və s. Özünü seçilmişlərə aid edən insana “çukça” adı qoyulması isə təbiidir. Bundan başqa, “çukça” şimal xalqlarına verilən ümumi addır, hərçənd, Sobyanin qismən fin-uqorlardan olan mansidir. Ancaq milli mənsubiyyətlərindən asılı olmayaraq, onları pula olan sevgi birləşdirir. Sobyaninin Nisanovla əməkdaşlığının əsas səbəbi onun bir çox müəssisələrindən yaxşı pay almasıdır. Onlardan biri də Avropadan, Azərbaycandan, Türkiyədən gətirilən nəhəng qaçaq malı kütləsinin bölüşdürüldüyü və “Food City”də yerləşən logistika mərkəzidir. Bu gəlirlər əsasən nağd şəkildə olur, ona görə də, onları leqallaşdırmaq lazım gəlir. Bu leqallaşdırma qismən bukmeker kontorları vasitəsilə aparılır, ancaq əsas pul kütləsi həcmi Nisanovun “kriptofabriklərindən” keçir. Bu işdə diribaş və zirək işbazın Sergey Semyonoviçə əməlli-başlı köməyi dəyir və bu izdivac hər iki tərəfə sərf edir. Bir məsələ istisna olunmaqla: əgər hüquq-mühafizə orqanları Nisanovu da tat millətindən olan keçmiş dostu Telman İsmayılov kimi, FATF-nin təhriki ilə qamarlasalar, Sergey Semyonoviçin ölkənin birinci şəxsi vəzifəsini tutmağa olan siyasi ümidləri puça çıxacaq. Nisanovun xərac dəftərində ləqəbi “Çukça – 12 faiz” yazılan adama axı kim səs verər?”
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək