Tarix: 10-10-2016 14:47 | Bölmə: Cəmiyyət

"Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu tövbə etməyə çağırıram”.
Reyting.az xəbər verir ki, belə bir çağırışla Modern.az saytında "Tövbə” Cəmiyyətinin sədri, keçmiş millət vəkili Hacı Əbdül Əbdülov çıxış edib.
O deyib ki, ümumiyyətlə, hər hansı kiçik günahı olan şəxsləri də tövbəyə çağırmaq lazımdır.
"Nəinki Eldar Mahmudovu, zərrə qədər səhvi, günahı olan insanı da tövbəyə dəvət edirəm. Kiminsə bilərəkdən ya da bilməyərəkdən xalqa, millətə, dövlətə qarşı xoşagəlməz hərəkətləri olubsa, onları tövbəyə çağırıram. Eldar Mahmudov və digərləri də bura aiddir. Tövbə qapısı Allahın qapısıdır və hamının üzünə açıqdır”,-deyə o əlavə edib.
Hacı Əbdül keçmiş müdafiə naziri Səfər Əbiyevlə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tövbə etməyə çağırıb.
"Səfər Əbiyev də, Füzuli Ələkbərov da bu millətin, xalqın övladlarıdır. Bu keçmiş nazirləri də tövbəyə dəvət edirəm. Gəlsinlər, tövbə etsinlər”.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək