Tarix: 06-10-2016 18:32 | Bölmə: Cəmiyyət

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Abşeron rayonunun Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan 4 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Reyting.az Azərtac-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı şagirdlər qarşılayıblar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yeni inşa olunan məktəb barədə məlumat verib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binasının tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa olunan təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.
Məlumata görə, təhsil ocağı zəruri inventar və əyani vəsaitlərlə tam təchiz edilib. Burada ümumilikdə 36 sinif otağı var. Üçmərtəbəli 800 yerlik məktəbdə Azərbaycan və rus bölmələrində 646 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.
Masazır kənd 4 nömrəli tam orta məktəbində müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana fəaliyyət göstərəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Son 11 ildə bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində 420-dək məktəb binası inşa olunub və yenidən qurulub.


Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək