Tarix: 04-10-2016 15:09 | Bölmə: Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Nobel sülh mükafatına layiq görülə bilər.
Reyting.az saytı Teleqraf.com-a istinadla xəbər verir ki, Allahşükür Paşazadənin namizədliyi bu il Nobel Komitəsinə təqdim edilib.
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov deyib ki, bu il Azərbaycandan 4 iş ekspertlər qrupundan keçib və gizli səsverməyə buraxılıb: "Bu namizədlərdən biri də Hacı Allahşükür Paşazadədir”.
Digər Nobel mükafatı iddialısı olan azərbaycanlılar da var.
Olardan biri kimyaçı alim, akademik Adil Qəribov, digəri fiziologiya üzrə professor Telman Əliyevdir.
Məlumata görə,Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müəllifi olduğu "Kosmik hadisələr haqqında nəzəriyyə" də Nobel Sülh Mükafatına layiq görülə bilər.
Teleqraf.com xəbər verir ki, S.Cəlaloğlunun müəllifi olduğu nəzəriyyə artıq gizli səsverməyə buraxılıb.
Xəbəri Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov da təsdiq edib.
Vitse-prezident bildirib ki, Sərdar Məmmədovun (Cəlaloğlu) nəzəriyyəsi ekspert qrupunun qiymətləndirməsindən keçib və gizli səsverməyə buraxılıb: "Gizli səsvermə nəticəsində hansı elmi işin qalib gələcəyi bəlli olacaq. Eyni sahə üzrə mükafat dünya üzrə üç şəxsə verilə bilər”.
"Bu il Azərbaycandan kimsə Nobel Mükafatına layiq görülə bilərmi”, – sualına gəldikdə, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti deyib ki, əgər işlər ekspert qrupundan keçibsə, deməli, şans var: "İndilikdəson qərar gizli səsvermədən sonra bəlli olacaq. Biz deyə bilmərik ki, gizli səsvermədən kim çıxacaq”.
Böyük ehtimalla, bu gün Nobel Komitəsinin gizli səsverməsinin nəticəsində fizika elmi üzrə Nobel mükafatı alan şəxslərin adı açıqlanacaq. Məlumata görə, bu sahə üzrə kimin qalib olacağı axşam saatlarında bəlli olacaq.
Bəybala Ələsgərov qeyd edib ki, gizli səsvermədən sonra Nobel Mükafatına layiq görüləcək şəxslərin adı açıqlanacaq.
Onu da qeyd edək ki, ilk dəfədədir ki, Azərbaycan alimlərinin və ictimai-siyasi xadimlərin işləri gizli səsverməyə buraxılır.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək