Tarix: 30-09-2016 15:32 | Bölmə: Cəmiyyət

Bir neçə gün əvvəv Təhsil naziri Mikayıl Cabbarov Bakı Qida Sənayesi Kollecinin həyətində aparılan tikinti işlərinə biganə yanaşdığı üçün kollecin direktoru Anar Mayılovu vəzifədən azad edərək, tikintinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarına müraciət etmişdi. Buna səbəb kimi, kollecin divarlarında və tavanında çatlarların yaranması göstərilirdi.
Reyting.az xəbər verir ki, "Qafqazinfo”nun əməkdaşları bu gün Bakı Qida Sənayesi Kollecinə baş çəkib. Məlum olub ki, tikinti işləri davam edir, ərazidə fəhlələr işləyir.
Kollecin direktor müavini Əmirxan Zeynalov isə tikinti gedən ərazinin kollecin həyəti olmadığını bildirib:
"Hazırda tikinti gedən ərazidə yaşayış binaları var idi. Şirkət binaları alıb, sakinlərin də hər birinə 300 manat verib kirayəyə çıxarıb. Deyildiyi kimi, həmin ərazi kollecin həyəti deyil. (Təhsil Nazirliyi isə yaydığı məlumatda tikinti aparılan yerin kollecin həyəti olduğunu bildirmişdi-red.) Direktor kimdir ki, sənədli-sübutlu iş görən adamlara tikintini dayandırmağı əmr etsin? Əslində, Anar müəllimin çıxarılmasına səbəb tikinti deyil. Direktor nazirliyin icazəsi olmadan texnikumu Qaraçuxura köçürmüşdü. Nazir bunu biləndə onu çıxartdı, həmin gün yerinə yeni direktor təyin olundu”.

Direktor müavini hazırda kollecdə hər hansı bir təhlükəli vəziyyətin olmadığını qeyd edib:
"Bizim Keşlədə başqa bir korpusumuz da var. Tikinti şirkəti kollec üçün üçmərtəbəli bina tikmək istəyirdi, təklif elədilər ki, ora köçək. Onlar da burada işini rahat görsün. Nazirlik razı olmadı. Hazırda binada hər hansı təhlükəli vəziyyət, çatlar yoxdur. Xırda bir-iki çat var, onlar da zəlzələdən yaranıb”.
Keçmiş direktorun onlara qarşı çox yaxşı olduğunu bildirən kollec tələbələri də Anar Mayılovun işdən çıxarılmasına təəssüfləndiklərini bildiriblər.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək