Tarix: 22-09-2016 12:16 | Bölmə: Cəmiyyət

"Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar və mütəxəssislər hazırlayacaq yeni peşə məktəbi açılacaq".
Reyting.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyyətə başlayacaq: "Yeni yaradılan peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası-aqroxidmətlər kimi ixtisaslar öyrədiləcək".
M.Cabbarov qeyd edib ki, BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni mütəxəsislərin hazırlanması" layihəsi çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib: "Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək