Tarix: 20-08-2016 22:00 | Bölmə: Cəmiyyət

Moskvada "qanuni oğrular” növbəti dəfə bir yerə toplaşıblar.
Təcili toplantı kriminal aləmdə kifayət qədər nüfuzu olan "Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun təşəbbüsü ilə baş tutub. Kriminal aləmin "xaç ataları” 12 nəfəri "qanuni oğru” titullarından məhrum ediblər. Onların arasında azərbaycanlı Namiq Səlifov da var.
Namiq Səlifov hazırda həbsdə olan və "Lotu Quli” kimi ad çıxaran Nadir Səlifovun kiçik qardaşıdır. Namiq "qanuni oğru” adından məhrum edilən yeganə azərbaycanlı deyil, ondan başqa daha iki azərbaycanlı –"Rafət Əlibayramlinski” təxəllüslü Rafət Əlirza oğlu Əmirov və "Ceyhun Gəncinski” ləqəbli Ceyhun Nəbi oğlu Əsgərovun da "tac”ları əllərindən alınıb.
Azərbaycanlı "qanuni oğru”lara qarşı bu addımın bir neçə il öncə qətlə yetirilmiş "Ded Xasan”nın qohumlarının və yaxın ətrafının göstərişi ilə atıldığı bildirilir.(vesti.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək