Tarix: 18-08-2016 13:24 | Bölmə: Cəmiyyət

Türkiyədə törədilmiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.
Reyting.az-ın məlumatına görə, bu barədə "Report”a onun
yaxınları məlumat veriblər.
Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O,
qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə
məşğuldur.
Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi
Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin
məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, məşhur avtoritet 90-ND-011 markalı maşında hücuma məruz qalarkən sürücüsü ilə birlikdə olub və onların hər ikisi ölüb.
Məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır.
Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.
***
Rövşən Lənkəranskinin ailə üzvləri, hətta qohumu, millət vəkili Fəzail Ağamalı ölüm faktını təsdiqləsə də, Türkiyədən ziddiyyətli xəbərlər gəlir.
APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.
Agentliyin əməkdaşı onu da öyrənib ki, R.Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.
Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R.Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək