Tarix: 12-08-2016 14:23 | Bölmə: Cəmiyyət

Bakıdan Batumiyə gedən turistlər istirahət əvəzinə turizm şirkəti əməkdaşlarının ağlasığmaz cinayətlərinin qurbanı olublar.
Reyting.az Criminal.az-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən "İnTravel” səyahət şirkəti Batumiyə apardığı turistləri yolda qoyub.
Şirkət 50 nəfərdən əvvəlcədən pul alaraq Batumi şəhərinə aparıb. Bütün problemlər Qara dənizin sahillərində yerləşən bu şəhərə çatdıqdan sonra baş verib. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri axşam Batumidə fəaliyyət göstərən kazinolardan birinə gediblər. Turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan larisi məbləğində pulu uduzublar.
Məlumata görə, ödəniş edilmədiyi üçün hazırda otellər həmin turistləri qəbul etmir. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina edirlər. Vəziyyətin belə olduğunu görə turistlər bələdçilər barəsində Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.
Məsələ ilə əlaqadar "İnTravel” şirkəti ilə əlaqə saxlanılsa da, şirkətin xanım əməkdaşlarından biri Batumidə baş verən hadisə ilə bağlı heç nə deyə bilməyəcəyini bildirərək telefonu qapadıb. Hazırda şirkətin Batumiyə apardığı 50 nəfər turistin taleyi isə sual altında qalıb.
***
17:56
"İnTrevel” şirkətinin direktoru İlqar Kərimli Criminal.az saytı ilə əlaqə saxlayaraq baş vermiş hadisəyə aydınlıq gətirib. Şirkət rəhbəri bildirib ki, Batumiyə aparılan turistlərin məsuliyyəti onun üzərində deyil, həmin turistləri "RayTravel” aparıb. Turistlər arasında "İnTravel” tərəfindən göndərilən cəmi iki turist var. Həmin turistlərlə əlaqə saxlanılıb və onlara bildirilib ki, taksi ilə Bakıya qayıtsınlar. Qayıdandan sonra onların xərci ödənəcək.
İ.Kərimlinin sözlərinə görə, bundan əvvəl də Batumiyə bir neçə dəfə turist göndərilib. Belə bir hadisə heç vaxt yaşanmayıb.
"RayTravel” şirkəti ilə əlaqə saxlamaq cəhdi isə baş tutmayıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək