15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Asılılıq və alışqanlıq yaradan məhsullardan uzaq ol!
Tarix: 02-08-2019 15:40 | Bölmə: Cəmiyyət

Müasir dünyada bəşəriyyət qarşısında duran həlli çətin və mürəkkəb problemlərdən biri addiktiv (asılı) davranışdır. İnsanların əksəriyyəti şirniyyatlardan tutmuş, nikotin, alkoqol, narkotika, toksikomaniya kimi kimyəvi tərkibli müxtəlif məhvedici maddələrdən asılılıqdan - yəni kimyəvi addiksiyadan əziyyət çəkirlər.
Yaşadığımız istehlakçı cəmiyyətin standartları reklamlar vasitəsi ilə asılılıq və alışqanlıq yaradan məhsulların dəstəklənməsini həyata keçirir. Bu gün bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilmiş ciddi problemlərdən biri olan narkomaniya sürətlə genişlənməkdədir. İnsan orqanizminə, səhhətinə, sağlamlığa və mənəviyyata ağır zərbə vuran, çirkin və ikrah doğuran bu zərərli vərdiş, narkotika aludəçiliyinə qarşı dünyanın bütün sivil ölkələrində ciddi mübarizə aparılır.
Azərbaycanda narkomaniyaya qarşı aparılan maarifləndirici, proflaktik və cəza tədbirlərinə baxmayaraq bu faciəni - bəlanın nəinki kökünü kəsmək mümkün olmuş, əksinə, narkotika istifadəçilərinin sayının artımı və onun yeniyetmə və gənclər arasında da yayılması güclənməkdədir.
Zərərli vərdiş və asılılıq yaradan maddələr mərkəzi sinir sistemində, yəni baş və onurğa beyində, beyincikdə əhəmiyyətli dəyişikliklərin yaranmasına, beyin hüceyrələrində oksidləşmə - bərpa prosesinin pozulmasına səbəb olur. Bunların təsiri nəticəsində insanın emosional vəziyyətində depressiv fon-əhval düşkünlüyü, intellektual fəaliyyətində, yəni təfəkkürü və zehni qabiliyyətlərində, habelə hafizə, iradəsi və davranışında müxtəlif pozğunluqlar meydana gəlir.
Alkoqol və narkotika kimi maddələr həm də insanda psixoloji və fiziki asılılıqlara yol açır. Məsələn, alkoqol və ya narkotika aludəçisi olan şəxsdə onları davamlı şəkildə qəbul etmək arzusunun yaranması psixoloji asılılıq əlaməti hesab edilir. Əgər alkoqol və ya narkotika aludəçisi həmin maddələri tələbat hiss etdiyi zamanda tapa, əldə edə bilməzsə və ya istifadəsi üçün əlverişli şərait olmazsa, bu zaman onda ruhi narahatlıq, məyusluq, əsəbilik və ya aqressivlik kimi psixoemosional dəyişikliklər meydana gəlir.
Davamlı və mütəmadi olaraq spirtli içkiyə və narkotikaya mübtəla olmuş şəxsdə tədricən “fiziki asılılıq” adlanan yeni asılılıq halı yaranır. O, bu maddələrdən o dərəcədə asılı vəziyyətə düşür ki, bədənin hüceyrə və toxumalarının normal fəaliyyətdə olması müəyyən zamanlarda alkoqol və ya narkotikanın qəbulundan asılı olur. Alkoqol və ya narkotikanın kəsilməsi bunlara mübtəla olmuş şəxslərdə “məhrumiyyət mənzərəsi” (Abstinens sindromu) adlandırılan vəziyyətin yaranmasına səbəb olur. Belə şəxslərdə müxtəlif aqnoziya və hallüyüsünasiyalar, qarabasmalar, illüziyalar baş verir, gözünə müxtəlif xəyali mənzərələr görünür.
Narkotik maddələrə hərislik uzaq keçmişdən məlumdur. Qədimdə təbiblər narkotik tərkibli maddələrdən bəzi xəstələri sakitləşdirmək, ağrıları azaltmaq və yuxugətirici məqsədlərlə istifadə edirdilər. Bir çox ölkələrdə, xüsusən Şərqdə XIX əsrdə morfi, həşiş, kafein və onların törəmələrindən istifadə halları geniş yayılmış, XX əsrin əvvəllərindən etibarən narkomaniya ayrıca bir xəstəlik kimi öyrənilməyə başlanılıb.
XX əsrin 80-90-cı illərindən başlayaraq dünyanın əksər ölkələrində narkotikadan istifadə sürətlə genişlənməyə, yeni-yeni narkotik tərkibli bitkilər və preparatlardan, o cümlədən marixuana, həşiş, kokain, heroin, fensiklidin, habelə psixotrop, andidepressant və psixostimulyatorlardan istifadə hallarının miqyası genişlənmişdir. Son illərdə bəzi toksiki maddələrin özündən və buxarından (efirli yağlar, benzin, aseton, məişət kimyasında istifadə edilən müxtəlif aerozollar və inqalyantlar) istifadə halları artıb.
Müşahidələr göstərir ki, psixopatik, mənəvi cəhətdən davamsız, zəif iradəli, təlqinə həssas, psixi və mənəvi cəhətdən yetkin olmayan, intellektcə zəif olan və kəskin duyğular axtaran şəxslər daha tez narkotik və psixotrop tərkibli maddələrdən istifadəyə meyl edir, narkoman olurlar. İctimai mühitin qeyri-sağlam, ailə tərbiyəsinin qeyri-qənaətbəxş olması narkomaniyaya şərait yaradır. Bəzi gənclər sadəlövhlük göstərərək “bir dəfə dadına baxmaq” nəticəsində get-gedə asılılığa düşür və “ağ ölüm”ün girdabına yuvarlanırlar.
Bu zərərli vərdişin yaranmasında irsi meyllilik amilinin rolu da vardır. 4 LSD (Lizerjik turşusu dietilamidi) buğdada əmələ gələn bir göbələkdən əldə edilir. Rəngsiz, dadsız, qorxusuz bir maddə kimi tanınır və çox təsirli olduğu göstərilir. LSD-ni qəbul edən bir şəxsin gözünə gözəl xəyallar və parıldayan işıqların göründüyü bildirilir. Bununla belə, aparılan təcrübələr nəticəsində LSD-nin az miqdarda qəbul edilən dozalarının belə, insanın irsiyyətlə əlaqədar olan xromosomlarını dağıtdığı sübut olunub. Xüsusilə də hamiləlik zamanı LSD-nin qəbul olunması anadan olacaq uşaqlarda müxtəlif fiziki qüsurların əmələ gəlməsinə səbəb olur.
Fensiklidin adlı zərərli maddə də insanda LSD kimi xəyali hisslər oyadır. “Mələk tozu” (angel dust) deyə adlandırılan maddə 1963-cü ildə anesteziya kimi cərrahiyyə əməliyyatlarında işlədilmiş, ancaq zərərli xüsusiyyətləri müşahidə edilincə, tibbi istifadəsi dərhal dayandırılmış, 1970-ci illərdən isə narkotik maddələr qrupuna daxil edilmişdir.
L.Hüseyn
Bu yazı “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək