15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycanın talanan sərvəti: “Bloomberg” sensasiyalı faktlar açıqladı - Fotolar
Tarix: 31-07-2019 12:33 | Bölmə: Cəmiyyət

Amerikanın maliyyə media nəhəngi olan “Bloomberg” Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev, onun həyat yoldaşı Zamirə Hacıyeva və qızı Leyla Mahmudova, həmçinin onlara Azərbaycandan Böyük Britaniyaya pulları yollayaraq, orada daşınmaz əmlak əldə etməyə yardımçı olmuş şirkətlər haqqında sensasiyalı məqalə dərc edib.
Məlum olduğu kimi, Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib, Zamirə Hacıyeva isə pulların yuyulması ittihamı ilə Londonda məhkəmə qarşısına çıxarılıb.
“2003-cü ildən 2015-ci ilə qədər Hacıyevlər Böyük Britaniyada tam bir varidat xərcləyiblər, - “Bloomberg” özünün uzun-uzadı hekayəsinə belə başlayır. – Onlar Londonun təmtəraqlı Naytsbric rayonundakı malikanəyə 11,5 milyon funt xərcləyiblər və daha 10,5 milyon funta məşhur Askot cıdırının yaxınlığındakı qolf meydançasını və klubunu alıblar. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi əldə ediblər. Bundan başqa, 35 kredit kartının sahibi Zamirə Londonun ən məşhur univermağı olan “Harrods”da pullarını sağa-sola səpələyib. Yalnız bir həftə ərzində o, burada zərgərlik məmulatlarına, dizayner paltarlarına və digər mallara 725 min funt xərcləyib. Eyni zamanda, 2008-ci ildə onun ərinin Azərbaycan Beynəlxalq Bankındakı maaşı illik cəmi 70 min 650 dollar təşkil edib, Zamirənin özünün isə ciddi gəlir mənbəyi olmayıb.

Cahangir Hacıyev
Lakin xərclərlə gəlirlər arasında bu cür nəhəng fərqə baxmayaraq, bir sıra vasitəçilər – hüquqşünaslar, mühasiblər, investisiya məsləhətçiləri və digər mütəxəssislər – cütlüyə varidatlarını və aktivlərini Böyük Britaniyaya köçürməkdə kömək ediblər”.
Daha sonra “Bloomberg” Cahangir Hacıyevə pulları Azərbaycandan yumaqda yardımçı olmuş şirkətlərin adlarını açıqlayır. “Bunların arasında fidusiar xidmətlər təqdim edən “Trident Trust” və multiailə ofisi adlandırılan “WernerCapital” var. Onlar Normand adalarında və Böyük Britaniyada hüquqi şəxslər yaradaraq, qolf-klubun alınmasına dəstək veriblər. Bunu NCA (Cinayətkarlıq mübarizə üzrə milli agentlik) bildirib.
Londonda yerləşən “Werner Capital” ultravarlı müştərilərə xidmət göstərən hibrid investisiya şirkətlərindən biridir. Adətən, risklər çox yüksək olduğundan, banklar belə müştərilərlə işləməkdən imtina edirlər. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc”nin keçmiş başçısı Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” bir çox xidmət növləri təklif edir – ailələrə malikanələrin alınmasında yardımdan tutmuş, vizaların alınmasına və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə daxil olmalarına qədər. Zamirə Hacıyevanın işi üzündən bu şirkət NCA-in diqqət mərkəzinə düşüb və burada belə hesab edirlər ki, London bütün dünyadan çirkli pulları özünə cəlb edir, buna görə də, pulların yuyulması ilə mübarizəyə başlayıblar”.

Zamirə Hacıyeva
Gizlilik haqqına istinad edərək, Tomas Verner firmasının Hacıyevlər cütlüyü ilə münasibətlərini şərh etməkdən imtina edib. O yalnız qeyd edib ki, şirkətinin Böyük Britaniyanın maliyyə tənzimlənməsi və nəzarət idarəsi ilə heç vaxt problemləri olmayıb və NCA tərəfindən şübhələr üçün heç bir əsas yoxdur.
“Trident Trust”ın Londondakı və Hernsi adasındakı ofisləri, Zamirə Hacıyevanın vəkilləri kimi, “Bloomberg”in sorğularına cavab verməyiblər. Amerika KİV-i xatırladır ki, Cahangir Hacıyev Londonda ilk daşınmaz əmlakını 2003-cü ildə əldə edib.
“O, Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş şirkət vasitəsilə 2,5 milyon funt sterlinqə Naytsbricdə ev alıb. Halbuki, o vaxt onun maaşı 36 min dollardan da az idi.

Londonun Naytsbric rayonunda Cahangir Hacıyevin malikanəsi
Hacıyevlərin ikinci mülkü Belqreyviya adlı elit rayonda qiyməti 3,2 milyon funt olan mənzil olub. 2006-cı ildə Zamirə Hacıyeva “Harrods” univermağının loyallıq proqramına qoşulub və sonrakı 90 gün ərzində orada “Louis Vuitton” və digər firmaların mallarına 15 min funtdan çox pul xərcləyib.
2009-cu ilin dekabrında Cahangir Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vicksburg Global” adlı şirkətdən istifadə edərək, Naytsbricdəki iqamətgahını taunhausa (ayrı-ayrı girişləri olan bir neçə çoxmərtəbəli mənzilli ev – red.) çevirib. İsveçrədəki özəl “Barclays” bank şöbəsi Hacıyevə evin alışı üçün 7,5 milyon funt sterlinq məbləğində ipoteka krediti təqdim edib və bu kredit bir neçə ildən sonra tamamilə qapanıb. Sənədləşdirmə ilə “Mishcon de Reya LLP.” şirkəti məşğul olub.
2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin hesabata görə, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib ki, bu məbləğə digər İsveçrə bankı olan “Bordier&Cie”də qorunan 4,5 milyon və Azərbaycanda iki iqamətgah, Sardiniyada 15 milyon dollarlıq villa daxil edilib. Eyni zamanda, siyahıda Londonun cənub-qərbində yerləşən Sent-Corces-Hill adlı nüfuzlu yaşayış məntəqəsində Uorreners adı altında 1,5 akrlıq (1 akr = 0,405 hektar) torpaq sahəsi olub. Bunun qiyməti 3,7 milyon funtdur”.
2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb bir sövdələşməni həyata keçirməyə kömək edib – Berkşirin kənd yerində, yaşıllıq ərazidə yerləşən, 170 akr ərazisi olan “Mill Ride & Country Club” qolf-klubunun alışı.
“Bu məqsədlə “MRGC 2013” və “NaturaLtd.” şirkətləri yaradılıb ki, bunlar sənədlərə əsasən, Hernsidə yeləşirlər. Öz növbəsində “Natura” şirkəti “Western House Nominees” adlı hüquqi şəxsə məxsusdur, - “Bloomberg” davam edir. – Bunlar hamısı isə “Trident Trust” şirkətinin hissələri olub. Elə həmin ilin sentyabr ayının 9-da “Natura” qolf-klubu 10,5 milyon funt sterlinqə alıb.

Həmin qolf klubu
2016-cı ildə Cahangir Hacıyev həbs edildikdən sonra Zamirə “Christie's” hərrac evi vasitəsilə özünə aid “Cartier”, “Boucheron” və “Van Cleef &Arpels” kolleksiyalarından olan zinət əşyalarını satmağa başlayıb. 2016-cı ilin iyun ayına qədər o, 1,5 milyon funt toplayıb.
2016-cı ilin aprelində Böyük Britaniyada yerli şirkətləri sxemə neçə vasitəçi şirkətin daxil olmasından asılı olmayaraq, son sahibkarlar barədə informasiyanı publik açıqlamağa məcbur edən qanun qəbul edilib.
Elə həmin il “MRGC 2013” şirkəti 6 səhifəlik sənəd təqdim edib ki, həmin sənədə görə, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin azı 75 faizinə nəzarət edir. Lakin qanun qüvvəyə mindiyi gün Zamirəni Kiprdə yerləşən hüquq firmasının başçısı Andreas Georgiu əvəz edib”.
2017-ci ildə Hacıyevlərin adından “Mill Ride” qolf klubunun sahibi olan “Natura” şirkəti Londonun “Savills” firmasından daşınmaz əmlakı 14,5 milyon funta satmağı xahiş edib. Lakin kompleks yoxlama aparıldıqdan sonra “Savills” bu işlə məşğul olmaqdan imtina edib.
Ötən ilin payızında Zamirə Hacıyevanın qızı Leyla Mahmudova “Christie's”ə zərgərlik məmulatlarının növbəti partiyasının qiymətləndirilməsi xahişi ilə müraciət edib. “Boucheron” markalı sapfir boyunbağı 100 min funt, “Van Cleef&Arpels” markalı mirvari boyunbağı 20 min funt həcmində qiymətləndirilib. Bu məbləğ onun ilkin qiymətindən (250 min funt) xeyli aşağıdır. Cahangir həmin boyunbağını 10 il əvvəl İsveçrədən almışdı. NCA zinət əşyalarını müsadirə edib. “Christie's”, Leyla Mahmudovanın vəkili kimi, şərh verməkdən boyun qaçırıb.

Zamirə Hacıyevanın zinət əşyaları[b][/b]
“Lakin Zamirə Hacıyevanı daha çox Azərbaycana ekstradisiya olunması ehtimalı qorxudur ki, burada onu ərinin aqibəti gözləyir. İyun ayında məhkəmə iclasının gedişində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanı pulların yuyulmasında ittiham edərək, onu mütəşəkkil cinayətkar qrupun üzvü adlandırıb. Zamirə məhkəmənin qərarını Naytsbricdəki evində gözləyir”, - Amerika KİV-i məqaləsini yekunlaşdırır.
Xatırladaq ki, Zamirə Hacıyeva Böyük Britaniyada pulların yuyulmasına qarşı yeni qanunun tətbiq edildiyi ilk əcnəbi olub. O, Böyük Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (NCA) tərəfindən qanunsuz əldə olunmuş vəsaitlərin leqallaşdırıklması ilə mübariqə üzrə qanun çərçivəsində həbs olunub.
Z. Hacıyeveya qarşı vəsaitlərin mənimsənilməsi üzrə iki ittiham irəli sürülüb və o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq məbləğidə zamin müqabilində azadlığa buraxıblar. Hacıyevlərin Londondakı əmlaklarına həbs qoyulub.(Virtualaz.org)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək