Tarix: 04-07-2016 10:35 | Bölmə: Cəmiyyət

"Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov nəhayət azadlığa buraxılıb.
Reyting.az-ın
məlumatına görə, bu barədə Modern.az-a Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan məlumat verilib. Məlumatda bildirilir
ki, 3-4
aydır girovluqda saxlanılan Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi Araz Məmmədovu bu günlərdə azad ediblər.
Onun
girovluqdan azad edilməsi müqabilində oğrulara 3 milyon dollar ödənildiyi vurğulanır.
Xatırladaq
ki, "Aztelekom”» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub. M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Baş
direktorla birlikdə "Aztelekom”un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək