Tarix: 01-07-2016 10:54 | Bölmə: Cəmiyyət

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və şəbəkəsinin nəzarət etdiyi, müxalifətə qarşı qara piar kampaniyası üçün istifadə edilən saytlar fəaliyyətini dayandırıb.
Reyting.az Azadliq.info-ya istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, həmin saytlar Eldar Mahmudovda ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olması barədə məlumatdan sonra qapadılıb.
Qeyd edək ki, bu məlumat hakimiyyət daxilində ciddi narahatlıq yaratmışdı. Hətta iddia olunurdu ki, hakimiyyət həmin videoları tapmaq üçün ciddi səylər göstərir.
Məlumatdan sonra Eldar Mahmudovun öldüyü barədə xəbərin yayılmasının da həmin videolar və başqa kompramatların kimlərdə olduğunu müəyyənləşdirmək üçün dövriyyəyə buraxıldığı iddia edilirdi. Yəni, düşünülürdü ki, Eldar Mahmudovun ölüm xəbəri onun çöldəki adamlarını hərəkət gətirə bilər. Bununla da hakimiyyətin həmin kompramatları ələ keçirməsi asanlaşar.
Məlumatda deyilir ki, həmin saytları bağlamazdan əvvəl onları işlədən, Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvləri olan şəxslərlə sərt söhbət aparılıb. Onlardan saytları dərhal bağlamaq tələb olunub. Eyni zamanda onlara xəbərdarlıq edilib ki, hansısa saytda hər hansı kompramat yayılacaqsa, məsuliyyəti onlar daşıyacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək