Tarix: 29-06-2016 14:46 | Bölmə: Cəmiyyət

AMEA-nın elmi bölmələrinin iclaslarında bir sıra institutlar üzrə direktor seçkiləri keçirilib. Elmi müəssisələrin rəhbərləri gizli səsvermə yolu ilə seçiliblər.
İyunun 29-da AMEA Rəyasət Heyətinin Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan səyyar iclasda isə akademiya institutlarında keçirilən seçkilərin nəticələrinə müvafiq olaraq direktorlar vəzifələrinə təsdiq olunublar.
Reyting.az Moderator.az-a istinadən xəbər verir ki, rəyasət heyətinin qərarlarına əsasən, akademik İbrahim Quliyev Neft və Qaz İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun,AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun,AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun,aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun,tarix üzrə elmlər doktoru Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli isə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təsdiq ediliblər.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək