Tarix: 29-06-2016 11:32 | Bölmə: Cəmiyyət

İstanbulun
Atatürk Hava Limanında baş verən son terror hadisəsindən sonra Azərbaycanın
aeroport, dəmir yolu və avtovağzallarında təhlükəsizlik tədbirləri daha da gücləndirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin
sözlərinə görə, daxili prosedurlara uyğun olaraq Azərbaycanın bütün
aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
P.Kəsəmənski qeyd edib: "Terminallara giriş zamanı nəzarət gücləndirilib, aeroport ərazisində obyektlər və təyyarələr ciddi şəkildə yoxlanılır".
Eləcə də ölkənin dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir
Əzməmmədov bildirib ki, rəhbərlik qatarların, dəmir yolları vağzalları və dəmir
yolları körpüləri ərazisində nəzarətin gücləndirilməsi ilə bağlı qərar qəbul
edib.
Trend.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək