15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
AMEA-da mənzil davası böyüyür
Tarix: 04-06-2019 14:15 | Bölmə: Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimmlərin mənzil etirazları ilə bağlı açıqlama yayıb.
Reyting.az AMEA-ya istinadla bildirir ki, bir neçə gündür ölkənin bəzi xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında məskunlaşan alimlər üçün nəzərdə tutulmuş yeni tikilidə mənzillərin bölgüsü məsələsi ətrafında müzakirələr yenidən gündəmə gəlib:
"Baxmayaraq ki, mənzil bölgüsünün sosial ədalət prinsiplərinə riayət olunmaqla və tam şəffaflıqla aparılması haqqında akademiya tərəfindən sübut və dəlillərə əsaslanmış açıqlamalar dəfələrlə verilib.
Məlumat üçün bir daha qeyd edirik ki, AMEA ilə "Evrostroy-S” MMC arasında Azərbaycan Milli Elmlər Akademiyasının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,12 ünvanında yerləşən yataqxanasının ərazisində, yataqxanada yaşayan AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış evlərinin tikintisi barədə müqavilə 14 noyabr 2012-ci il tarixdə bağlanmışdır.
"Evrostroy-S” MMC ilə aparılan çoxsaylı görüşlər, gərgin söhbətlər və nəticədə tərəfimizdən respublika prokurorluğuna edilən müraciət sayəsində hazırkı vaxta qədər "Evrostroy-S” MMC tərəfindən AMEA-ya yataqxana ərazisində inşa edilən binadan 58 mənzil (onlardan 4 mənzil mansard hissəsindən) ayrılmışdır. "Evrostroy-S” MMC yataqxana ərazisində inşa edilən binalarda boş mənzillər qalmadığını bildirərək sonralar Bakı şəhərinin kənar hissələrindəki yaşayış məntəqələrində və Bakı şəhərinin digər ünvanlarında yeni inşa edilən binalardan da mənzillər ayırmışdır.
Araşdırma zamanı məlum olmuşdur ki, yataqxanada qeydiyyatda olub yaşayan və adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da işləyir, 36 ailə isə AMEA-da çalışmayanlardır. Bunlardan əlavə, AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu, lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilmişdir.
Yataqxanada yaşayan 71 AMEA əməkdaşından 45 ailənin və yataqxanada qeydiyyatı olub yaşamayan, elmi dərəcəsi olan 16 əməkdaşın mənzil almağa hüququ olduğu müəyyən edilmiş və onlara mənzil ayrılması barədə qərar qəbul edilmişdir.
"Evrostroy-S” MMC tərəfindən Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan ayrılmış mənzillərin azlığını nəzərə alaraq, əsasən elmi dərəcəsi olan əməkdaşlara Şərifzadə küçəsi, 12 ünvanda inşa edilən binadan, elmi dərəcəsi olmayan əməkdaşlara isə kənardakı ünvanlardan mənzillər verilmişdir. AMEA-nın inzibati binasında 06.10.2017-ci il tarixdə keçirilən yığıncaqda mənzil ayrılmış 61 nəfərə mənzillərin sənədləri və açarları təqdim olunmuşdur.
Bundan sonra Şərifzadə küçəsindən kənarda mənzil ayrılmış əməkdaşlardan 5-i uzaqlığı əsas götürərək verilən mənzillərdən imtina etmişlər.
Komissiyanın növbəti iclaslarında isə yataqxanada yaşayan və qeydiyyatı olub yaşamayan 12 AMEA əməkdaşlarına da, o cümlədən qeydiyyatda olub yaşamayan 1 elmlər doktoruna və AMEA-da 0,5 ştatla işləyən, elmi dərəcəsi olan 5 ailəyə mənzil ayrılmışdır. "Evrostroy-S” MMC tərəfindən ayrılmış yeni mənzillərin də əməkdaşlara verilməsi davam etdirilir.
Müraciətlərin və şikayətlərin çoxluğunu nəzərə alaraq, 2017-ci ilin oktyabrından 2018-ci ilin iyul ayına qədər hər həftənin çərşənbə axşamı komissiya tərəfindən qəbul keçirildi. Müraciət edənlərə ətraflı izahatlar və mənzil almayanlara səbəbləri barədə geniş məlumat verilmişdir.
Hazırda şikayət edənlər, yəni mənzillə təmin olunmadıqlarına görə narazı qalanlar aşağıda qeyd edilənlərdir:
- AMEA-da işləyən, yataqxanada yaşadıqları müddətdə adlarına Bakı şəhərində, digər ünvanlarda mənzil olduğuna görə yataqxanada yaşamaq hüququnu itirənlər (11 ailə);
- AMEA-da işləməyən, yataqxanada qeydiyyatı və otağı olan, lakin yataqxanada yaşamayan ailələr (12 ailə);
- AMEA-da 0,5 ştat vahidi ilə işləyən, yataqxanada qeydiyyatı
və otağı olan lakin, yataqxanada yaşamayan ailələr (2 ailə);
- AMEA-da işləmiş, mənzil məsələsinə baxılan zaman AMEA-da işləməyən ailələr (21 ailə);
- AMEA-da heç vaxt işləməmiş, yataqxanada yaşayan ailələr (4 ailə);
- Yataqxanada yaşayan, Bakı şəhərində, digər ünvanda yaşayış sahəsinə hüququ olanlar (2 ailə);
- Mənzil ayrılmış, lakin uzaqda yerləşdiyini əsas götürərək mənzildən imtina edənlər (5 ailə);
- AMEA-da 0,5 ştatla işləmiş, hazırda işləməyən, mənzil məsələsi barədə məhkəmədə iddia qaldıran (1 ailə).
Mətbuatda adları qeyd edilən rəhbər işçilər tərəfindən mənzillərin alınması məsələsinə gəlincə, bildiririk ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə "Evrostroy-S” MMC arasında bağlanmış müqavilənin 2.1.1. bəndində qeyd edilmişdir ki, "Binanın yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyəti və onların satış hüququ (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) "Podratçı”ya məxsusdur”.
Həmin müqavilənin 2.1.3. bəndində qeyd edilmişdir ki, "Podratçı” güzəştli satış üçün tərəflər arasında müvafiq razılaşmaya əsasən göstərilən torpaq sahəsində inşa olunacaq mənzillərdən (Azərbaycan Milli Elmlər Akademiyasına məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları üçün ödənişsiz əsaslarla ayrılmış bir blokun mənzillərindən başqa) AMEA-nın mənzil hüququ olan əməkdaşlarına onların istəyinə uyğun olaraq əlavə sahə ayırır.
Odur ki, AMEA-nın yataqxana məsələsi ilə əlaqəsi olmayan xeyli sayda əməkdaşları, o cümlədən də AMEA-nın bəzi rəhbər işçiləri öz maliyyə vəsaitləri hesabına, alqı-satqı yolu ilə həmin binalardan mənzillər almışlar.
Lakin qeyd edilən müqaviləyə əsasən "Evrostroy-S” MMC tərəfindən həmin binalardan AMEA-ya ayrılacaq mənzillərin sayı az nəzərdə tutulduğuna, AMEA rəhbərliyi ilə "Evrostroy-S” MMC arasında gərginlik yarandığına görə AMEA-nın ərizədə adları qeyd edilən rəhbər işçiləri alqı-satqı qaydasında aldıqları mənzilləri bir neçə il qabaq geri qaytarıblar və ödədikləri maliyyə vəsaitini rəsmi olaraq geri alıblar.
O vaxtdan mənzillər həmin əməkdaşların adlarından çıxarılıb və hazırda da onların adlarına "Evrostroy-S” MMC tərəfindən inşa edilən binalarda heç bir mənzil yoxdur.
AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən yataqxanada boşalan otaqlara AMEA-nın magistrləri və doktorantları təhsil aldıqları müddətə və kirayələrdə yaşayan digər AMEA əməkdaşları isə işlədikləri müddətə, qeydiyyata alınmadan yerləşdirilirlər. Onlarla qanunvericiliyə müvafiq qaydada bir il müddətinə müqavilə bağlanır.
Sonda onu bildirmək istəyirik ki, bu məsələlərdə səriştəsi və savadı olmayan insanların fikir söyləyərək ictimaiyyəti çaşdırmaq, mənfi rəy yaratmaq cəhdləri yersizdir və dövlət strukturuna qarşı böhtandan başqa bir şey deyildir”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək