15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Xidmətlər fövqündə dayanan xidmət
Tarix: 31-05-2019 18:28 | Bölmə: Cəmiyyət

Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, əvəzolunmaz xoşbəxtlikdir.
Mərdliyi, döyüşkənliyi və cəsarəti ilə şöhrətlənmiş Azərbaycan xalqı köləlik zəncirindən qurtulmaq üçün bütün dövrlərdə əzmkar mübarizə aparmışdır. 1918-ci il mayın 28-də xalqımızın azadlıq və müstəqillik ideallarının təcəssümü kimi elan olunmuş "İstiqlal Bəyannaməsi" Şərqdə ilk dəfə olaraq respublika dövlət idarəçiliyinin əsasını qoymuş, dövlət müstəqilliyimizi rəsmiləşdirmişdir. Mövcud olduğu 23 ay ərzində respublikamızda müstəqillik, azad yaşamaq, beynəlxalq aləmdə tanınmaq istiqamətində müəyyən işlər görüldü.
XX əsrin sonlarında ictimai-siyasi sahədə gedən proseslər nəticəsində SSRİ-nin dağılması ilə yaranmış əlverişli şərait xalqımıza yenidən müstəqilliyə qovuşmaq, öz milli dövlətini qurmaq imkanını verdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə Azərbaycan öz müstəqilliyini elan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınlığın hökm sürməsinə səbəb oldu. Getdikcə anarxiya, başıpozuqluğa yuvarlanan Azərbaycan1993-cü il iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. İyunun 4-də Gəncədə başlayan qiyam ölkəni fəlakətə sürükləyirdi. O vaxtkı Azərbaycan rəhbərliyinin cəsarətsizliyi və qətiyyətsizliyi üzündən qiyamçılar paytaxt Bakıya hərəkət edirdilər. Belə bir vəziyyətdə iqtidar çarəsiz qalmışdı və nə etmək lazım gəldiyini bilmirdi. Xalq isə üzünü Heydər Əliyevə tutaraq onu köməyə çağırırdı. Ümummilli lider Heydər Əliyev xalqın çağırışını qəbul etdi. 1993-cü il iyunun 9-da onun dalınca göndərilmiş xüsusi təyyarə ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-dəki iclasında proqram xarakterli çıxışında deyirdi: "Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün ictimai və siyasi təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən qurtarmalıyıq".
Beləliklə, Azərbaycan Respublikasında dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə respublika əhalisinin böyük əksəriyyətinin səs verməsi ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Andiçmə mərasimindəki nitqində dahi rəhbərimiz deyirdi: "Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır". Milli qurtuluş yolunun bu əsas istiqaməti Heydər Əliyev qüdrətilə günbəgün, ilbəil möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.
Təsadüfi deyil ki, ömürdən ötüb keçən hər bir gün tarixə çevrilir. Azərbaycan xalqı müstəqilliyinin bərpa etdiyi bir vaxtdan keçilən yola bir daha nəzər salmaq, tarixin dərslərindən nəticə çıxarmaq lazım gəlir. Keçmişi yada salmaq, tarixi keçmişimizdən ibrət dərsi götürmək bizə, hər şeydən əvvəl, gələcəyimizi düzgün müəyyənləşdirməyə imkan verir. Həqiqətən də, tarixin sınaqlardan çıxmış çoxəsrlik təcrübəsi birmənalı olaraq təsdiqləyir ki, müstəqilliyin qorunub saxlanması onun əldə olunmasından qat-qat çətindir. İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun siyasi iradə nümayiş etdirən şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin taleyi baxımından müstəsna əhəmiyyət kəsb edən 1993-cü il 15 iyun hadisələrinin - Milli Qurtuluş Gününün mahiyyətinə vararkən qəti əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin köməyi ilə reallaşdırmaq olar, əks təqdirdə, fürsət itiriləcək, məhrumiyyətlər və qurbanlar hədər gedəcəkdir. Bu mənada, Mustafa Kamal Atatürkün Türkiyə, Şarl De Qollun Fransa, Cəvahirləl Nehrunun Hindistan üçün etdiklərini Heydər Əliyev ən çətin məqamlarda Azərbaycan xalqı üçün edib.
Azərbaycanın keçdiyi tarixi yola baxış prizmasından alman filosofu İmmanuel Kantın "Sürətlə öz siyasi süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər" fikri ümummilli liderin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini bir daha təsdiqlədi.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rışələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" prinsipindən çıxış etmiş, hakimiyyətin daim hər bir vətəndaşın maraq və mənafeyini uca tutmasına çalışmışdı.
Ulu öndər Heydər Əliyev 1994-cü ilin oktyabr qiyamı və 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri günlərində gücün siyasətinə qarşı siyasətin gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində öz liderinin ətrafında toplaşarkən məhz "haqlı adam güclüdür" deyimi bir daha təsdiqləndi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var. "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə",- deyən Heydər Əliyev dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü.
Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamağı zəruri etmişdi. Məhz ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi bazası yaradılmağa başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan daxilində yaranmış stabillikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, "Əsrin müqaviləsi"nin imzalanması, bu sazişlərin Azərbaycana gətirdiyi milyardlarla dollar sərmayələr isə iqtisadi tərəqqinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz xətlərinin çəkilişi kimi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də məhz Heydər Əliyev sözünün intizarında idilər. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri- cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi, insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərini ortadan götürdü. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü "Mən ona özüm qədər inanıram" əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı Azərbaycanın tezliklə qədəm qoyduğu böyük yüksəliş yolunun, yeni bir inkişaf mərhələsinin başlanğıcına çevrildi.
Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn qətiyyətli addımlar atılmışdır. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilib.
Azərbaycan Prezidenti, cənab İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan bu gün bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda özünün zəngin enerji ehtiyatları ilə Avropa regionunun enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir.
Bu gün ölkəmizdə ən müxtəlif sahələr üzrə davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir. Bütün bunlara paralel olaraq ölkədə aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir.
Azərbaycan istiqlalının, Azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyımızin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları hər bir Azərbaycan vətəndaşını, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə və fədakarlığa çağırır. Heydər Əliyev ideyaları milli azadlığa qovuşan azad, müstəqil Azərbaycanın daha xoşbəxt gələcəyə gedən dönməz tərəqqi, intibah yollarında ən şərəfli, ən real, ən perspektivli xilaskar qüvvədir. Heydər Əliyev ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur, hərəkətverici beyin mərkəzidir. Bu ideyalar Azərbaycan reallığının bütöv tarixi yollarından, inkişaf, intibah pillələrindən, eləcə də müəyyən dövrlərin tənəzzül, böhranlı eniş məqamlarının analitik dərkindən çıxış edərək, bu günün və sabahın, perspektiv gələcəyin yaxın və uzaq yollarını göstərir.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin ən layiqli siyasi varisi, regionumuzun lideri cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bundan sonra da ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: "Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir".
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən digər sahələrə olduğu kimi, təhsilin inkişafına da həmişə qayğı və diqqət göstərilir. Dövlət səviyyəsində və ölkə başçısının dəstəyi ilə davam etdirilən islahatların nəticəsidir ki, bu gün təhsil sisteminin səmərəli fəaliyyəti və inkişafı üçün mütərəqqi normativ huquqi bazası yaradılıb.
Kamal TƏHMƏZOV,
Masallı rayonu, Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbinin direktoru
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək