15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İlham Rəhimov: “Məhkəmədə sədr məsələsi doğru deyil”
Tarix: 14-05-2019 20:06 | Bölmə: Cəmiyyət

Bakıda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Reyting.az xəbər verir ki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rəhbərlik etdiyi Beynəlxalq konfransda ölkənin dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB dövlətləri, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak ediblər. Konfransda hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovun müəllifi olduğu “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası ətrafında da müzakirələr aparılıb. Bildirilib ki, “Ədalət mühakiməsinin elektron tərəzisi” doktrinası Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə işlənərək hazırlanıb. Məlumat üçün qeyd edək ki, layihənin rəhbəri professor İlham Rəhimovdur.
Çıxış edən professor Xanlar Ələkbərov deyib ki, optimal cəza tədbirinin müəyyən edilməsinin elektron sistemi hakimə-məhkəməyə törədilmiş cinayətə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəza tədbirlərindən, qanuni və əsaslı olmaqla yanaşı, cinayətin ictimai təhlükəsizlik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, habelə onun cinayətdən əvvəlki və sonrakı davranışına uyğun olan ən optimalını seçməyə kömək etmək üçün nəzərdə tutulub.
X. Ələkbərovun sözlərinə görə, “Ədalət mühakiməsinin elektron tərəzisi”nin tədbiri bir çox məsələlərə imkan verəcək. Belə ki, sistem məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, cəza təyini zamanı məhkəmə səhvlərinin sayının minimuma endirilməsinə və cəza təyini üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına şərait yaradacaq. Bundan əlavə, məhkəmələrin nüfuzunun möhkəmləndirilməsi və vətəndaşların ədalət mühakiməsi sisteminə inamın artırılması da sistem sayəsində mümkün olacaq. Hakimin cinayət işinin baxışı və həlli zamanı səlahiyyət həddinin və həcminin qaydaya salınması, cəza təyini prosesində onun hədsiz diskresion səlahiyyətinin qarşısının alınması da sistemə görə mümkündür.
Ümumilikdə bildirilib ki, yaradılan sistem hakimi tamamilə əvəz etməsə də, ona qərar çıxarmaqda köməkçi olacaq.
Tədbirdə çıxış edən deputat Fazil Mustafa da yaradılan sistemi yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu sistem hakim üçün köməkçi vasitədir:
“İndiyə qədər hakim bütün detalları özü müəyyən etməli idi. İndi isə elektron formada bu detalları sistemləşdirib, əldə edə bilir. Bu, hakimin qərar verməsini asanlaşdıran bir mexanizmdir. Ona görə də hesab edirəm ki, bu ideyanı dəstəkləmək, müsbət tendensiya kimi qiymətləndirmək lazımdır. Burada əsas problem ədalət mühakiməsinin effektivliliyinin, onun ədalətliliyinin cəmiyyət tərəfindən qəbul olunmasını təmin edəcək bir vasitə deyil. Azərbaycanda azadlıqdan məhrumetmə cəzalarının faizi MDB ölkələri içərisində ən yüksək faizdir. Bunu biz dəfələrlə qeyd edirik ki, ölkədə bəraət hökmünün səviyyəsi aşağıdır. Bu, siyasətin hüquq sferasına nə qədər çox daxil olmasından asılı bir məsələdir. Ona görə də düşünürəm ki, hüquqi informasiyanın sistemə hansı dildə daxil edilməsi məsələsinə də önəm vermək lazımdır. Burada çox gözəl müzakirələr aparılır və uzun müddət idi ki, belə bir diskussiya mühiti görmürdük. Gəldiyimiz nəticə budur ki, hakimin müstəqilliyini 80-90 faiz təmin edə bilən bir sistem formalaşdıra bilməsək, hakimin ən yüksək təminatlı maaşını, ömürlük seçkisi məsələsini çözməsək, bu elektron vasitələrin də qərarların ədalətli olmasına kömək edə biləcəyi şübhəli olaraq qalmaqdadır”.

Sonda layihə və ölkədə məhkəmə sistemində aparılan islahatlarla bağlı professor İlham Rəhimovun fikri də maraqlı olub. Musavat.com-un məlumatına görə, İ. Rəhimov bildirib ki, layihənin məqsəd və funksiyasını sadə dillə aşağıdakı kimi ifadə etmək olar:
“Ədalət tərəzisinin bir üzündə cinayət, digərində isə cəza olmalıdır. Əsas məqsəd ondan ibarətdir ki, tərəzidə bərabərlik olsun. Ancaq çox zaman görürsən ki, bu, alınmır. Cəza tərəfi ya az, ya da çox olur. Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir ki, hakimlərin hamısı eyni cür qərar qəbul edə bilmirlər. Yəni hakim var, hesab edir ki, törədilən cinayətə görə 5 il cəza düşür. Ayrı hakimin daxili inamı deyir ki, 5 il azdır, bu, 6 il olmalıdır. Niyə? Çünki hakim insandır, insan isə subyektdir. Subyekt olan yerdə də subyektiv fikir olur. Nəzərə alaq ki, hakimə təsirlər ola bilər. Hakim tərəzidən elə istifadə edər ki, bu, kiminsə xeyrinə işləsin. Burada isə ədalət prinsipi pozulur. Biz illərdir ki, bu proqramın üzərində işləyirik. Hazırlamaqda məqsədimiz ondan ibarət idi ki, cinayət, onun subyekti və cəza eyni olsun. Hər kəs də bilsin ki, hakim ədalətli qərar qəbul edib. Ona görə də fikrimiz belə idi ki, proqram hazırlayaq və bu, hakimin hüquqi məsləhətçisi olsun. Proqram elə şeyləri nəzərə alsın ki, bu, hakimi əvəz etməyəcək, ancaq ona köməkçi olacaq. Proqramın tamamilə mahiyyəti bundan ibarətdir. Hakimlər hərdən elə başa düşürlər ki, onları kompüterlə əvəz etməyi düşünürük. Aydın məsələdir ki, bu, mümkün olan şey deyil. Ona görə ki, heç bir texnologiya insanı tam əvəz edə bilməz. Harada ki, insanın taleyindən söhbət gedir, aydındır ki, texnologiya bunu tamamilə əvəz etməyəcək. Çünki məhkəmə prosesi tamamilə hüquqi proses deyil. Burada həm psixoloji, həm fəlsəfi, həm də pedaqoji prosesdən söhbət gedir. Orada insan bir-birinin üzünə baxıb, cürbəcür fikirlər deyir. Birdən görürsən, elə məsələlər ortaya çıxır ki, hakim fikrini dəyişir. Ona görə də hakimlər elə başa düşməsinlər ki, bizim məqsədimiz onların cəza təyinetmə funksiyasını əllərindən alıb, kompüterə tapşırmaqdır. Bu, qətiyyən belə deyil. Söhbət ondan gedir ki, sadəcə, biz hakimlərə bir köməkçi hazırlamışıq. İstəyirlərsə, istifadə edə bilərlər”.
İ. Rəhimov bildirib ki, kompüterin müsbət cəhəti ondan ibarətdir ki, ona təsir etmək mümkün deyil: “Aydındır ki, hakimə kimsə təsir edə bilər. Onu ələ almaq da olar. Ancaq bütün bunları kompüterə qarşı etmək mümkün deyil. Cəmiyyət də bilir ki, bəzən hakimlər heç obyektiv qərar qəbul etmirlər. Təqdim etdiyimiz proqram elə bir sistemdir ki, ona heç cür təsir etmək mümkün deyil”.

Professor İlham Rəhimov ölkə prezidentinin məhkəmə islahatları ilə bağlı fərmanından da danışıb: “Əslində biz bu tədbiri fərmandan öncə planlaşdırmışdıq. Özü də tədbir indiki adında deyil, proqramın təqdimatı formasında olmalı idi. Lakin sonra düşündük ki, doğrudan da bu, həm də fərmana uyğun gəlir. Çünki diqqət etsəniz, fərmanda da məhkəmə sistemində texnologiyanın istifadəsindən söhbət gedir. Ona görə də fikrimizi dəyişdik ki, elə biz də prezidentin fərmanının müzakirəsi kimi bunu ortaya qoyaq”.
İ. Rəhimov jurnalistlərin “Yeni proqram Azərbaycanın məhkəmə sistemində problemə çevrilən məsələnin - hakimin işi sədrə məruzə etməsinin qarşısını ala bilərmi”, - belə cavab verib:
“Düşünürəm ki, məhkəmədə sədr məsələsi doğru deyil. Çünki sən də hakimsən, mən də... Nə üçün sən sədr olmalısan? Sədrin funksiyası bu olmalıdır ki, o, işi hakimlər arasında doğru bölüşdürsün. Yəni ona məlumdur ki, hansı hakim, hansı işi daha yaxşı bilir. Sədrin müdaxiləsi mümkün deyil və buna qanun da imkan vermir.
Proqrama gəlincə, hakim proqramdan istifadə edir və hansı cəzanın ədalətli olduğunu müəyyənləşdirir. Yalnız bundan sonra sədrin və ya hansısa yuxarı instansiyanın ona müdaxiləsi alınmır. Kompüter cavab verib və hakim də özü üçün cəzanı müəyyənləşdirib. Bundan başqa kiminsə müdaxiləsi mümkün deyil”.

Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək