Tarix: 06-02-2026 13:24 | Bölmə: Cəmiyyət

"Eurohome” MMC-nin xeyli miqdarda vergi borcu olduğu bildirilir.
Reyting.az "Qaynarinfo"-ya istinadla xəbər verir ki, şirkətin vergi borcu 55 281,36 manat təşkil edir.
"Eurohome” MMC 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 306 548 manatdır. MMC-nin qanuni təmsilçisi İbrahimov Niyazi Kamal oğludur.
Əldə etdiyimiz digər məlumata əsasən, Niyazi İbrahimov "Eurohome” inşaat bazarında kommunal sahədə çalışır.
Şirkətin sahibi olduğu deyilən iş adamı Azay Möhnətov isə bir neçə il əvvəl sözügedən bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı gündəmə gəlmişdi. Həmin dövrdə bəzi icarədarlar onlara dəymiş zərərin ödənilmədiyini iddia edirdilər.
Məsələ ilə bağlı narazılıq hələ də davam edir.
İcarədarlardan biri – Rafiq Ocaqverdiyev bu günə qədər ona çatmalı olduğunu dediyi kompensasiyanı ala bilmədiyini bildirir.
Rafiq Ocaqverdiyev sayt əməkdaşı ilə söhbətində deyib ki, məsələni ictimailəşdirdikdən və aidiyyəti qurumlara müraciət etdikdən sonra iş adamı tərəfindən təzyiqlərlə üzləşdiyini iddia edir: "Məndən hüquq-mühafizə orqanlarına şikayət edilib. Guya mən onu sosial şəbəkələrdə və mətbuatda nüfuzdan salıram. Dediklərimin arxasındayam. Bazar yanarkən mənə təxminən 200 min manat ziyan dəyib. Bu məbləğ hesablamalara əsaslanır. Azay Möhnətov kompensasiyanı ödəyəcəyinə söz verib. Bu vədi hüquq-mühafizə orqanlarında keçirilən görüşlərdə də səsləndirib. Lakin indiyədək ödəniş edilməyib. Əksinə, mənə qarşı əsassız şikayətlər olunur”.
O əlavə edib ki, maddi çətinliklər səbəbindən ağır psixoloji vəziyyət yaşadığını deyir: "Kompensasiya ödənilmədikcə borclular da pullarını tələb edirlər. Onları qınamıram, borc qaytarılmalıdır. Amma bu vəziyyət məni çox çətin duruma salıb, çıxılmaz vəziyyətdə qalmışam”.
Rafiq Ocaqverdiyev məsələ ilə bağlı mübarizəni davam etdirəcəyini də vurğulayıb: "Sona qədər mübarizə aparacağam. Başqa yol görmürəm”.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək