Tarix: 03-02-2026 10:59 | Bölmə: Cəmiyyət

Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, brusellyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə Naxçıvan da daxil olmaqla, respublikanın şəhər və rayonlarının yaşayış məntəqələrində fəaliyyət göstərən südlük təyinatlı iribuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında 9-20 fevralda monitorinqlər olacaq.
Monitorinqlər çərçivəsində südlük təyinatlı iribuynuzlu heyvanlardan laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlərdə AQTA və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək