Tarix: 27-01-2026 16:19 | Bölmə: Cəmiyyət

Yanvarın 26-da Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirov 53 saylı xətt avtobusunda olarkən qəfil halı pisləşib və hadisə yerində dünyasını dəyişib.
Reyting.az Oxu.az-a istinadla xəbər verir ki, ilkin ehtimala görə, M. Aydəmirov infarkt keçirib.
Məlumata görə, M. Aydəmirov 40 il Sumqayıt səhiyyəsində çalışıb. O, uşaq cərrahı kimi fəaliyyət göstərib.
1957-ci ildə Quba rayonunda anadan olan M. Aydəmirov 1974-1980-ci illərdə Rusiya Federasiyasının Saratov Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Tambov vilayətində uşaq xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.
1981-1984-cü illərdə isə həmin vilayətin Miçurinsk şəhərində Bryuxinin adına Şəhər Xəstəxanasında çalışıb.
1984-1993-cü illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib.
1993-2023-cü illərdə isə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olub.
2023-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxan M.Aydəmirov Bakıda özəl klinikalardan birində uşaq cərrahı kimi fəaliyyət göstərirmiş.
"Unikal"ın məlumatına görə, M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək