Tarix: 22-01-2026 17:01 | Bölmə: Cəmiyyət

2025-ci ildə Rusiyada 81 jurnalistə cinayət işi açılıb.
Reyting.az xəbər verir ki, bu barədə Media Hüquqlarını Müdafiə Mərkəzinin hesabatında bildirilir.
Qeyd olunur ki, bu göstərici 2024-cü illə - rusiyalı jurnalistlər arasında cinayət məsuliyyətinə cəlb edilən 45 şəxsin məhkəmə işi ilə - müqayisədə iki dəfə çoxdur.
Jurnalistlərə qarşı ən çox tətbiq olunan maddələr "xarici agent" öhdəliklərindən yayınma (28 nəfər), ordu barədə "saxta məlumat yayma" (12), terrorçuluğa bəraət qazandırma (8), "arzuolunmaz" təşkilatların fəaliyyəti (7) və hədə-qorxu ilə tələb etmə (6) olub.
Hesabata görə, cinayət işinin 18-i ekstremizm və terrorçuluq maddələri üzrə açılıb.
2024-cü ildə Rusiya məhkəmələri yerli jurnalistlərə qarşı 27 cinayət işi, 2025-ci il ərzində isə təxminən 41 hökm çıxarıblar. Dövlət tərəfindən edilən təzyiqlərin əsas hədəfi "xarici agentlər", eyni zamanda, "arzuolunmaz" media qurumlarında çalışan əməkdaşlar olub. Nəticədə bir il ərzində "xarici agentlər" reyestrinə adı salınan şəxslərin sayı 219 nəfərə çatıb.
Hesabatda qeyd olunur ki, "Dojd", "Meduza", "The Barents Observer", "Exo" və "Deutsche Welle" nəşri ilə bağlı qərarlar, eyni zamanda Rusiya Federasiyasında və ölkə xaricində fəaliyyət göstərən rusdilli mediaya nəzarət daha da sərtləşdirilib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək