Tarix: 21-01-2026 18:12 | Bölmə: Cəmiyyət

Avstraliyada aparılan və dünyanın ən uzunmüddətli laboratoriya təcrübəsi hesab olunan elmi eksperiment artıq təxminən 100 ilə yaxındır davam edir. Kvinslend Universitetinin alimləri bu müddət ərzində “pek” adlanan maddənin hunidən son dərəcə yavaş axmasını müşahidə edirlər.
Reyting.az xəbər verir ki, bu qeyri-adi elmi təcrübə ilk dəfə 1927-ci ildə dövrünün tanınmış fizika alimlərindən biri olan Tomas Parnell tərəfindən başlanıb. O, peki qapalı huniyə töküb, 1930-cu ildə isə huninin ucunu kəsərək müşahidələri aktiv mərhələyə keçirib.
Alimlərin bildirdiyinə görə, otaq temperaturunda bərk maddə təsiri bağışlayan pek əslində mayedir və onun viskozluğu sudan təxminən 100 milyard dəfə çoxdur.
Eksperiment çərçivəsində ilk damcı səkkiz ildən sonra düşüb. Sonrakı damcıların isə təxminən hər səkkiz ildən bir qeydə alındığı müşahidə edilib. Bununla yanaşı, 1980-ci illərdə laboratoriyanın yerləşdiyi binada kondisionerlərin quraşdırılmasından sonra prosesin daha da yavaşıdığı qeyd olunur.

Huninin ucunun açılmasından 96 il keçməsinə baxmayaraq, bu günədək cəmi doqquz damcı axıb. Son damcı 2014-cü ildə qeydə alınıb. Alimlər onuncu damcının 2020-ci ildə düşəcəyini gözləsələr də, bu baş verməyib.
Maraqlı məqamlardan biri də budur ki, indiyədək heç kim damcının hunidən qopub düşdüyü anı canlı şəkildə müşahidə etməyib. Hazırda təcrübə fasiləsiz canlı yayımda olsa da, əvvəlki illərdə baş verən texniki nasazlıqlar həlledici anların, yəni damcının düşmə məqamının qeydə alınmasına imkan verməyib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək