Tarix: 21-01-2026 00:20 | Bölmə: Cəmiyyət

Polşa Çində istehsal olunmuş bütün minik avtomobillərinin hərbi təyinatlı obyektlərə daxil olmasını və bu ərazilərin yaxınlığında parklanmasını rəsmən qadağan edəcək.
Reyting.az xəbər verir ki, bu barədə yerli "RMF FM" radiosu məlumat yayıb.
Məlumata görə, Polşa ordusu hissələri Çin avtomobilləri vasitəsilə bu ölkədə yerləşən hərbi obyektlər barədə gizli məlumatların ötürülə biləcəyindən narahatlıq keçirir. Baş Qərargah rəisi general Veslav Kukula yaxın vaxtlarda Müdafiə Nazirliyinin müvafiq əmr verəcəyini açıqlayıb.
Rəsmi hərbi mənbələr vurğulayıblar ki, tezliklə qəbul ediləcək bu qərar əslində, gözlənilməz bir addım deyil, eyni zamanda, ölkənin informasiya təhlükəsizliyi ilə bağlı ümumi narahatlıqlarla əlaqəli olduğundan tamamilə başadüşüləndir.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Polşanın Şərqi Araşdırmalar Mərkəzi Çin avtomobillərini "təkər üzərində smartfonlar" adlandırmışdı. Mərkəz eyni zamanda, Çin istehsalı olan maşınların ətraf mühiti skan edə biləcək ən müasir texnologiyalarla təchiz olunduğunu qeyd edib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək